Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Fiziologiyanın inkişaf tarixi



Yüklə 31,99 Mb.
səhifə8/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

1.5. Fiziologiyanın inkişaf tarixi



14 15

Qədim Misir, Türk, Hindistan, Yunanıstan və Romanın indiki dövrə kimi qorunub saxlanılan yazılı abidələri insan və heyvan orqanizminin həyat və fəaliyyətinin sirlərinin öyrənilməsi problemləri qədim dövrlərdə də bir çox alimləri narahat etdiyini sübut edir.
A ntik dövr və orta əsrlər. Antik elm daha çox orqanların xarici təzahürlərinin müşahidə olunması əsasında canlı orqannizmin funksiyalarını təsvir edirdi. Buna görə də daha çox səhv təsəvvürlər formalaşırdı.
Qədim yunan fəlsəfi-elmi fikrinin yaradıcıları – Heraklit, Demokrit, Hipokrat, Sokrat, Platon, Aristotel və başqaları insan və heyvanların təbiətdə yeri, eləcə də onları idarə edən qüvvələr barəsində bütöv bir təlim yarada bilmişlər. Heraklit eramızdan əvvəl (VI əsrin sonu, V əsrin başlanğıcı), Hipokrat
(460-377-ci illər), Demokrit (470-
390-cı illər), Aristotel (384-322-ci Hipokrat (460-377) illər) sadəlövh materializm mövqeyindən, Sokrat (470-393-cü illər) və Platon (428-348-ci illər) isə dini idealist mövqeyindən çıxış edirdilər.
Tibb elminin atası sayılan Hipokrat (Buqrat) (460-377) insan sağlamlığını qorumaq üçün qiymətli fikirlər söyləmişdir.
Hipokrat qeyd edirdi ki, bizim sevinci, həzzi, şadlığı hiss etməyimiz, kədərlərimiz, ağrımız, göz yaşlarımız məhz beynin fəaliyyəti nəticəsində əmələ gəlir. O, insan bədəninin quruluşunu, şişlərin və çıxıqların müalicə üsullarını göstərmişdir. Onun fikrincə, insanın sağlamlığı dörd əsas mayenin miqdarından asılıdır. Hipokrat bu mayenin miqdarına görə insanları dörd tipə bölmüşdür:

  1. Sanqviniklər – qanı çox olanlar – sakit, dözümlü;

  2. Fleqmatiklər – seliyi çox olanlar – az hərəkətli, səbirli;

16

  1. Xoleriklər – sarı ödü çox olanlar – cəld, enerjili;

  2. Melanxoliklər – qara ödü çox olanlar – özünə inanmayan, küsəyən olurlar.

B elə ki, qədim Yunanıstanın dahi mütəfəkkiri Aristotel (384322) (Şərq ədəbiyyatında Ərəstun – b. e. ə. IV əsr) qanın qaraciyərdə əmələ gəldiyini, daha sonra isə qaraciyərdən hiss, həyəcan mənbəyi olan – ürəyə daxil olduğunu və limfa damarlar vasitəsilə qan ilə qidalanan digər orqanlara yayıldığını göstərirdi. Cəsədin yarılması zamanı cərrahi yolla arterial damarları kəsən
zaman qan olmadığından, onlara
hava aparan damarlar adı ver- Aristotel (384-322) ilmişdir. Bu baxımdan, hava (ok-
sigen) daşıyan arteriyaların adı (yunan dilindən tərcümədə aeroshava, tireo-ibarət olmaq) indiki dövrə kimi qorunub saxlanılmışdır. O, cift qan damarlarını, qaraciyərin həzmdə rolunu, üçgünlük toyuq rüşeymində ürək döyünmələrini, insanın yaş dövrlərini təsvir etmişdir. Aristotel «Məşhur ruh haqqında traktat» əsərində ruhun, şüurun, beynin fəaliyyəti nəticəsində əmələ gəldiyini göstərmişdir.
Demokritin «Solidar» (solidus – bərk) nəzəriyyəsində irəli sürdüyü fikrə əsasən insan psixikası xarici aləmin cisimlərindən qopan atomların bədənə təsiri sayəsində yaranır. Atomlar birbirinə yaxınlaşdıqca insan sağlam olur, əksinə, uzaqlaşdıqca, orqan yumşalır və xəstəlik baş verir.
Bununla bərabər Aristotelin, Hipokratın və xüsusilə də Roma təbibi Qalenin (b.e.ə. II əsr, 129-201) elmi əsərləri bir sıra səhvlərdən və yanlış mülahizələrdən ibarət olsa da, insan və heyvan bədəninin quruluş və fəaliyyəti haqqında pərakəndə məlumatları birləşdirərək, fiziologiya elminin təşəkkül tapması
17
üçün zəruri olan ilkin şərtlər kimi çox böyük əhəmiyyətə malik olmuşdur. Belə ki, Qalen heyvanların üzərində apardığı təcrübələrə əsaslanaraq qanın nəinki venalardan, o cümlədən arteriyalardan da axdığını göstərmişdir. O, insan beynini bədənin «ümumi idrak və təfəkkür qabiliyyəti» kimi nəzərdən keçirərək, onun quruluşunu və ondan çıxan sinirləri təsvir etmişdir. Qalen hərəkət zamanı sümüklərin və əzələlərin işini öyrənməklə bizim bütün hərəkətlərimizin beyin tərəfindən nizamlandığını müəyyən etmişdir. Qalenə görə bizim hisslərimiz xarici mühitin təsirindən yaranır. Makedoniyalı İsgəndərin təbibi Erazistrat (b.e.ə. III əsr) hərəkətlərin idarə olunmasında və hissiyatın əmələ gəlməsində sinirlərin rolunu göstərməklə yanaşı, süd şirəsi vəzilərini təsvir etmişdir.

Orta əsrlərdə dahi filosof və təbib kimi tanınmış türk təbibi Əbu Əli İbn Sina (980-1037) həmin dövrdə orqanizmin bir çox funksiyalarının dərk olunmasına əhəmiyyətli töhfəni vermişdir. O, hesab edirdi ki, xarici aləm hiss üzvlərimiz vasitəsilə beynə təsir edərək və müxtəlif duyğular əmələ gətirir. Onun XII əsrdə latın dilinə tərcümə olunmuş «Təbabət
elmlərinin qanunları» əsəri Avropada təbabətin inkişafına güclü
təsir göstərmişdir. Əbu Əli İbn Sina
Orta əsrlərdə insan meyiti (980-1037)
üzərində anatomik müşahidələr, cərrahi əməliyyatlar aparmaq qadağan olunsa da A.Vezali (15141564) belə müşahidələr aparmış və bunları «İnsan bədəninin fabrikası haqqında» əsərində anatomik və fizioloji funksiyaları birlikdə təsvir etmişdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin