Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Fiziologiyanın əsas bölmələri



Yüklə 31,99 Mb.
səhifə4/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

1.2.Fiziologiyanın əsas bölmələri


Fiziologiya iki sərbəst elm sahəsindən ibarətdir:
1. Bitki fiziologiyası; 2. İnsan və heyvan fiziologiyası.
İnsan və heyvan fiziologiyası müxtəlif istiqamətlərdə inkişaf edərək sərbəst əhəmiyyət kəsb edən və bir-birilə əlaqəsi olan bölmələr əmələ gətirmişdir:

  1. Ümumi fiziologiya – bütün canlı varlıqlara xas olan fizioloji funksiyaları tədqiq edir. O canlı varlığın əsasını təşkil edən maddələr və enerji mübadiləsinin ümumi termodinamik qanunauyğunluqlarını, qıcıqlanma formalarının təbiətini və təkamülünü, doğum, qocalma və ölüm problemlərini, orqanizmin ətraf mühitə münasibətini və həyat fəaliyyətinin digər ümumi təzahürlərini nəzərdən keçirir. Orqanizmin xarici mühitin təsirinə qarşı reaksiyasının ümumi qanunauyğunluqlarını izah edir. Hüceyrə fiziologiyası da ümumi fiziologiyanın sahələrindən biridir.

  2. Müqayisəli fiziologiya – fərdi inkişafın müxtəlif mərhələlərində olan növlərin və eyni növ fərdlərin orqanizmlərinin funksiyasının spesifik xüsusiyyətlərini postnatal inkişafın müxtəlif dövrlərində öyrənir. Müqayisəli fiziologiyanın son pilləsi olan təkamül fiziologiyası bir və çoxhüceyrəli heyvanların müxtəlif sistematik qruplarına aid olan canlıların həyat fəaliyyətinin qanunauyğunluqlarını öyrənir.

  3. Müxtəlif həyati prosesləri və onlar arasında qarşılıqlı əlaqəni öyrənən xüsusi fiziologiya sahəsi:

  1. Ayrı-ayrı sinif və heyvan qruplarının (kənd təsərrüfatı

5
heyvanları, quşlar, həşəratlar);

  1. Ayrı-ayrı heyvan növlərinin (qoyun, inək, keçi);

  2. Ayrı-ayrı orqanların fiziologiyasını (qaraciyər, ürək, böyrək və s. toxumalar (sinir və əzələ));

  3. Müxtəlif sistemlərin (ürək-damar, həzm, tənəffüs sistemi və s.) funksiyalarını öyrənir.

Fiziologiyanın xüsusi sahələrindən daha çox insan və heyvan fiziologiyası və tibbi fiziologiya öyrənilir. İnsan fiziologiyasının (tibbi fıziologiya) daha çox əmək, idman, yaş, qida rasionu, aviasiya və yeni sahəsi olan kosmik fiziologiya sahələri inkişaf etmişdir. Kosmik fiziologiya insan və heyvanların orqanizminin həyat fəaliyyətini yerdən fərqli olaraq kosmosda havasız şəraitdə öyrənir. Həyati prosesləri normal insan və heyvanların orqanizmində öyrənən normal fıziologiyadan fərqli olaraq, patoloji fiziologiya xəstə orqanizmlərdə həyati proseslərin əmələgəlmə mexanizmini öyrənir.
Bioloji elmlər təkamül islahatlarını, ekologiyanı, növ xüsusiyyətlərinin məhsuldarlığını, davranışını nəzərdən keçirərək, bioloji varlıqların canlı mühitə uyğunlaşmalarını öyrənir. Lakin fiziologiya – maddələr mübadiləsi, qan dövranı, tənəffüs, əzələlərin, sinir sisteminin fəaliyyəti kimi proseslərin və orqanizmin digər funksiyalarının qanuna uyğunlaşmalarının mexanizmini aydınlaşdırır.
Sosial varlıq olan insanın fəaliyyətini humanitar elmlərlə öyrəndikləri halda, fiziologiya bu fəaliyyətin canlı orqanizmdə nə cür icra olunduğunu və bu zaman orqanizmdə nə baş verdiyini təyin edir. Məsələn, uşaqlar məktəbdə təhsil alırlar. Müəllimin tədris prosesini didaktikanın (təlim prosesinin) tələblərinə müvafiqliyi baxımdan nəzərdən keçirərək, davamiyyətin tərbiyə prosesində effektliyini qiymətləndirir. Psixoloq şagirdlərin gündəlik dərs prosesi ərzində yaddaşlarını, diqqətlərini, fərdi psixi xüsusiyyətlərini, mücərrəd təfəkkürün inkişafını öyrəndiyi halda, fizioloq A.A.Uxtomskinin mülahizəsinə əsasən, «beyində fikrin, ideyanın nə cür istehsal olunduğunu» öyrənir.
Yaş fiziologiyası ilk növbədə uşaqlarda, yeniyetmələrdə və yaşlı insanlarda fizioloji funksiyaların xüsusiyyətlərini tədqiq edir. Bu məlumatlar pedaqogikanın praktiki məsələlərinin həllində, yeniyetmənin əmək şəraitini nizama salan qaydaların işlənib hazırlanmasında, yaşlı insanlarda qocalma prosesinin təbiətini öyrənmək və insan ömrünü uzatmaq kimi məqsədlərə xidmət edir.
Əmək və idman fiziologiyası sürətli hərəkətlər yerinə yetirməyə dair bacarıqların formalaşması üçün, optimal qərarların qəbul olunması və dəqiq hərəkətlər kompleksinin yerinə yetirilməsi ilə sıx şəkildə əlaqədardır. İdmançıya funksional imkanlarının maksimal hərəkətliyinə nail olmağa imkan verən orqanizmin ehtiyatlarını tədqiq edir.
Qidalanma fiziologiyası insanın müxtəlif həyat şəraitində qida rasionlarının işlənib hazırlanması üçün elmi əsaslar təqdim edir.
Ekstremal şəraitdəki fiziologiyanı süni və təbii mühitin fövqəladə şəraitlərində insan orqanizminin funksiyalarının uyğunlaşmalarının yenidən qurulmasının öyrənilməsi adlandırmaq olar. Belə ki, aviasiya və kosmik fiziologiya yüklənmə, sürətləndirmə, çəkisizlik və psixoloji streslər kimi eksperimental amillər ilə sıx şəkildə əlaqədar olur. İnsan fiziologiyası xüsusi iqlim-coğrafi şəraitlərdə insanın Arktikada və Antarktidada, yüksək dağlıq rayonlarda, susuz səhralarda və rütubətli tropiklərdə mövcud olan həyat şəraitinə uyğunlaşmasının fizioloji mexanizmlərini nəzərdən keçirir.

6 7
Kənd təsərrüfatı heyvanlarının fiziologiyası diqqətini heyvanın təsərrüfat məhsuldarlığını öyrənməyə yönəldir. Həzm və maddələr mübadiləsinin xüsusiyyətlərini nəzərə almaqla müxtəlif heyvanlar və quşlar üçün ət, süd və digər qida məhsullarının daha yüksək məhsuldarlığını təmin edən qida rasionlarını işləyib hazırlayırlar. Heyvanların davranışının idarə olunmasına əsas etibarilə qidalandırıcı və müdafiəedici şərti reflekslərin təşkilinə əsaslanan metodlar vasitəsilə nail olunur. Belə ki, müəyyən gündəlik rejimə riayət olunması sürüdə inəklərin, quşçuluq fermasında toyuqların və ördəklərin davranış stereotipinin işlənib hazırlanmasına yardım edir. Təlim prosesi xüsusi itlərin yetişdirilməsi müəssisəsində itlərin hazırlaşdırılmasının, atların qaçışa çıxması üçün məşq etdirilməsinin əsasını təşkil edir. Çiçəklərin ətrinə dair şərti qida reflekslərinin işlənib hazırlanması yolu ilə yem otlarının, tərəvəzlərin və meyvə ağaclarının çiçəklərinin arılar tərəfindən tozlandırılmasına dair yeni tədris proqramı da praktiki olaraq tətbiq olunur. Balıq zavodlarında xırda balıqların yırtıcı balıqlardan xilas olmalarına dair eksperimentlər keçirsələr də, bu baxımdan müdafiəedici şərti reflekslər hələ də işlənib hazırlanmamışdır.
Bionik fiziologiya – fizioloji funksiyaların bəzi xassələrini tədqiq edən bionik sistemlərin əsasını qoyan fiziologiyanın kibernetika ilə əlaqəsinin nəticələrindən biridir. İdarəetmə proseslərinin avtomatlaşdırılması elmi-texniki proqressin aparıcı tələblərindən biri kimi bionikanın inkişafının ilk növbədə beynin fəaliyyətinin imitasiya etməyə qadir olan informasiya-idarəetmə sistemlərinin işlənib hazırlanmasına doğru istiqamətləndirir. Robot texnikası EHM-da idarəetmə sistemləri, şəbəkələrdə də neyrona oxşar elementlər vasitəsilə təchiz olunmuşdurlar. Bu cür sistemlərə qarşı maraq sənayedə, iqtisadiyyatda, nəqliyyatda, tibbdə və xalq təsərrüfatının bir çox digər sahələrində də mövcuddur.
Müasir tibb elminin əsası – tibbi fiziologiya – insan orqanizminin funksiyalarını onun ətraf mühitlə qarşılıqlı təsiri ilə birlikdə – orqanizmi vahid bir tam kimi öyrənməklə molekul, hüceyrə və orqan səviyyəsində baş verən prosesləri birləşmiş şəkildə başa düşülməsinə imkan yaradır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin