Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə9/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

İntibah dövrü. Burjuaziya quruluşundan kapitalizm quruluşuna keçid uğrunda mübarizəni əks etdirən bu dövr (XV və XVI
18

əsrlər) təbiət elmlərinin, o cümlədən də insan və heyvan orqanizminin həyat fəaliyyəti haqqında elmin sürətli şəkildə çiçəklənməsi ilə məşhurdur.
İngilis təbibi Vilyam Harvey (1578-1657) eksperimental tədqiqatın morfoloji və funksional üsullarından istifadə etməklə ilk dəfə qan dövranını təsvir etmişdir. Buna görə də V.Harveyin «Heyvanlarda ürəyin quruluşu və qanın damarlarla hərəkəti haqqında anatomik tədqiqatlar» kitabının işıq
üzü gördüyü 1628-ci ili fiziologi-
yanı sərbəst elm kimi meydana çıx-

ması tarixi hesab edirlər.
XVII-XVIII əsrlərdə mexani-

Vilyam Harvey (1578-1657)

kanın, astronomiyanın, riyaziyyat
digər təbiət elmlərinin, o cümlədən də biologiyanın sürətlə inkişaf etməsi burjua iqtisadiyyatının elmə olan maraqlarına əsaslanırdı. Lakin bu dövrün fiziologiyası əsas etibarilə anotomik tədqiqatların əsasında inkişaf etmişdir. Belə ki, süd vəzilərinin təsvir olunması (B.Azelli, 1622) limfa dövranının öyrənilməsinin əsasını qoydu. Qan kapilyarlarının kəşf olunması isə (M.Malipigi, 1697) qan dövranının qapalı sistem olmasını isbat etməyə imkan verdi.
Fizika və kimya elmlərinin nailiyyətləri fizioloji hadisələrin fiziki və kimyəvi proseslər əsasında nəzərdən keçirilməsinə şərait yaratmışdır. K.Şeyner (1643) işığın göz linzalarında sınmasının optika qanunları əsasında baş verdiyini göstərmişdir. S.Xels (1733) arteriyada qan təzyiqinin həcmini ölçərək, qanaxmanın hidravlik qanunlarını nəzərdən keçirmişdir; L.Spallansani (1786) qidalanma prosesini qida maddələrinin kimyəvi parçalanma reaksiyaları kimi nəzərdən keçirmişdir.
Dahi fransız filosofu dualist mövqedən çıxış edən R.Dekart
(1644) bədəndən ayrı, dərkedilməz «şüurlu ruhun» varlığını qəbul
19
edir, əsas həyati prosesləri isə mexaniki baxışlar mövqeyindən izah etməyə çalışırdı. O, canlıya özünəməxsus maşın kimi baxırdı və maşını işə salan mexanizmlərin fəaliyyətində xarici amillər və sinir sisteminin əsas rol oynadığını, hər bir həyat hadisəsinin reflektoru təbiətə malik olduğunu göstərmişdir. O, xarici qıcıqlara cavab olaraq insan və yaxud heyvan orqanizmində icra olunan əksetdirici hərəkət anlayışını irəli sürmüşdür. Bununla da sinir sisteminin fəaliyyətinin reflektor üsulunun dərk olunmasına ilk addım atılmışdır. Lakin Dekart reflektor davranışın izahını sadə reaksiyalar vasitəsilə məhdudlaşdırmışdır. Məsələn, qaynar sudan əlin reflektor şəkildə çəkilməsi. Dekart, bunu insanın şüurlu fəaliyyətilə əlaqədar olduğunu görə bilmədi.
İtalyan təbibi L.Qalvani (1791) «heyvan elektirik enerjisi» ilə bağlı təcrübələrini dərc etdirərək, fizik A.Volt (1792) ilə mübahisələrində canlı toxumalarda elektrik hadisələrinin universallığını təsvir edən tədqiqatların bünövrəsini qoymuşdur. Çexiya fizioloqu İ.Proxaska (1794) reflekslərin əsas xassələrini təsvir etmişdir. O, refleksi xarici mühitin qıcıqlarına orqanizmin sinir sisteminin iştirakı ilə verdiyi cəld cavab reaksiyası kimi adlandırmışdı.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin