Reseptor sistemlər. Adrenalin və noradrenalinın ən azı iki reseptoru mövcuddur – alfa və beta-reseptorlar. Bu tiplərin hər biri formakoloji preparatlarla uyğunluğa görə sonradan alfa1-, alfa2-, beta1-, beta2-reseptorlara ayrıla bilər. Reseptor növlərinin bu cür müxtəlifliyi katexolaminlərin müəyyən orqana yüksək spesifik təsirini izah edir. Belə ki, məsələn qarın boşluğunda damarların yığılması alfa reseptorla əlaqədar olduğu halda, metobolik effektlər və əzələlərdə olan damarların genişlənməsi beta reseptorlarla bağlıdır. İnsulinin sekresiyasının zəifləməsi alfa reseptorların iştirakı ilə olur, lipolitik təsir və ürək əzələsinə təsir isə beta reseptorla əlaqədar olur. Beta reseptorlarla əlaqədar katexolaminlərin təsiri adrenilatsiklazanın aktivləşməsi və tsiklik AMF-in II hüceyrədaxili vasitəçinin yaranması ilə əlaqədardır. Müxtəlif tip reseptorların mövcud olması kliniki vacib əhəmiyyətə malikdir, belə ki, bu reseptorları blokada edən maddələrdən ürək-damar xəstəliklərinin və orqanlarının qan ilə təchizatının pozulmasında müalicə üçün istifadə olunur.
Böyrəküstü vəzinin beyin qatının peptidləri. Bu yaxınlarda müəyyən olundu ki, böyrəküstü vəzinin beyin qatının hüceyrələri adrenalin və noradrenalindən başqa MSS-də və mədə-bağırsaq traktında tənzimləmə funksiyasını yerinə yetirən peptidlər hazırlayır. Bu peptidlərdən müasir dövrə qədər P-maddəsi, ihtestinal vazoaktiv polipeptid, samostatin, beta-enkefalin və xolesistokininə oxşar maddələr idendifıkasiya olunur..
Böyrəküstü vəzilərin qabıq maddəsi. Böyrəküstü vəzilərin
299 qabıq maddəsi üç zonadan ibarətdir, nəinki, morfoloji baxımdan ayrılmış, eləcə də müxtəlif fizioloji funksiyaları yerinə yetirən 3 zonadan ibarətdir ki, bunlar morfoloji cəhətdən bir-birindən fərqlənir:
l) Xarici-yumaqcıqlı zona; 2) Ondan altda yerləşən dəstəli zona; 3) Daxili-torlu zona.
Bu zonalar müxtəlif hormonlar hazırlayır. Torlu zonada əsasən androgenlər, həmçinin qlükokortikoidlər, dəstəli zonada qlükokortikoidlər, yumaqcıqlı zonada mineralokortikoidlər hazırlanır.
Böyrəküstü vəzilərin qabıq maddəsində külli miqdarda hormonlar hasil olunur. Yalnız onlardan bir hissəsi – təxminən 80 hormon yaxşı tədqiq olunmuşdur. Onları 3 qrupa bölmək mümkündür: cinsiyyət hormonları, mineralokrtikoidlər, qlükokortikoidlər. Böyrəküstü vəzilərin qabığında hasil olunan hormonlar bir çox hallarda steroidlərdirlər: onlardan bir çoxu qana daxil olan hormonların sonuncu formalarının sələfləridirlər.
Böyrəküstü vəzilərin qabığında orqanizmin cinsindən asılı olmayaraq həm kişi, həm də qadın cinsiyyət hormonları hasil olunur. Müvafiq cinsiyyət vəzilərində əmələ gələn hər hansı bir cins üçün səciyyəvi olan hormonlar böyrəküstü vəzilərin qabığı ilə ifraz olunan cinsi hormonların ifraz olunması səviyyəsini artırırlar. Torşəkilli zona tərəfindən ifraz olunan esterogenlər, androgenlər və progesteronlar böyrəküstü vəzilərin cinsi hormonlarıdırlar. Çox güman ki, məməlilərdə androgenlər əsas cinsiyyət hormonlarıdırlar. Onların təsir altında heyvanın cinsinə müvafiq olaraq tüklərin artımı, əzələlər ilə skeletin inkişafı baş verərək xarici cinsiyyət orqanları diferensiasiya edərək, orqanizmin müvafiq cinsiyyət davranışı formalaşır.
Bəzi hallarda böyrəküstü vəzilərin şişli zədələnməsi nəticəsində cinsiyyət hormonlarının ifrazı kəskin şəkildə artaraq uşaqlarda erkən cinsiyyət yetişkənliyi başlanır. Qadınlarda hipernefrianın inkişafı zamanı qadınlarda aybaşı dövrü başa çataraq kobud kişi səsi əmələ gəlir. Şişin kəsilməsi bu pataloji
300 təzahürləri aradan qaldırır.
Böyrəküstü vəzi qabığının mineralokortikoidləri qanda qeyriüzvi ionların, orqanizmdə su ilə mineral duzlar mübadiləsinin miqdarının tənzimlənməsində fəal şəkildə iştirak edirlər. Onlardan yaxşı tədqiq olunmuş ionlar yumaqcıqlı zonanın ifraz etdiyi 11dezoksikortikosteron və aldosterondur. Birincisi – orqanizmdən Na+ ionlarının, xloridlərin və suyun çıxarılmasını müvafiq şəkildə azaldaraq, K+ ionları ilə fosfatların xaric olunması prosesini gücləndirir. 11-dezoksikortikosteron Na+, H+ və K+ ionlarının xaric olunması əvəzində reabsorbsiyanı stimullaşdıraraq Henle ilgəyinin yuxarı sahəsinə və distal kanallara təsir göstərir. Bu hormonun kifayət qədər olmaması zamanı Na+ ionlarının orqanizmdən ifraz olunması proseslərinin əhəmiyyətli şəkildə güclənməsi baş verir. Orqanizmdə Na+ və K+ mübadiləsinin tənzimlənməsində əhəmiyyətli rol aldosterona məxsusdur. Onun insan qanında miqdarı 0,08 mkq/100 ml təşkil edir.
Böyrəküstü vəzilərin qabıq maddəsinin dəstəli zonasında hasil olunan qlükokortikoidlərə antiiltihabi fəaliyyətə malik olan kortizon və hurokortizon aiddir. Bu hormonların təsiri altında amin turşularının dezaminləşməsi proseslərinin sürətlənməsi və onların azotsuz qalıqlarının karbohidratlara çevrilməsi yolu ilə qaraciyərdə qlikogenin miqdarı artır.
Qlikokortikoidlər yağlar mübadiləsinə təsir göstərirlər: onların təsiri altında yağın yağ deposundan səfərbər olunması və ondan enerji mübadiləsi reaksiyalarında istifadə olunması prosesi güclənir. Qlükokortikoidlər orqanizmdə su ilə elektrolitlərin paylanmasında, su-duz mübadiləsinin tənzimlənməsində iştirak edirlər. Kartizonun təsir altında iltihab və allergiya reaksiyalarının zəiflənməsi başlayır.
Böyrəküstü vəzi qabığında hormonların ifrazat intensivliyi orqanizmin fizioloji tələbatlarının dəyişilməsi zamanı dəyişikliyə məruz qalır. Böyrəküstü vəzi qabığında hormonların təşkili proseslərinə xüsusilə güclü stimullaşdırıcı təsirə hipofizdə hasil olunan AKTH hormonu malik olur. AKTH böyrəküstü vəzi qabığı hormonlarının bütün üç qrupunun ifraz olunmasına yardım
301 edərək, qlükokortikoidlərin ifrazına xüsusilə güclü təsir göstərir. Hipofizektomiya zamanı heyvanlarda böyrəküstü vəzi strukturlarının dəstəli və torşəkilli zonalarının atrofiyası müşahidə olunur.