Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qlükokortikoidlər. Sekresiyanın tənzimlənməsı, sintezi və maddələr mübadiləsinə təsiri



Yüklə 31,99 Mb.
səhifə158/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Qlükokortikoidlər. Sekresiyanın tənzimlənməsı, sintezi və maddələr mübadiləsinə təsiri. Müəyyən hipotalamik neyronlar iri peptid (41 amin turşu qalıqlı)-kortikotropin-rilizinq-hormon (KRH) hazırlayır. Bu neyropeptid qapı sistemi damarına daxil olur, hipofizin ön payına gəlir və burada AKTH-nun sekresiyasını stimulə edir. AKTH hipofiz vəzisinin ön payından qana buraxılır, böyrəküstü vəzilərin qabıq qatına gəlir və onun hüceyrələrində qlükokortikoidlərin yaranmasını stimulə edir. İnsanda vacib qlükokortikoid kortizol hesab olunur. O, orqanizmdə çoxlu funksiyalar yerinə yetirir. Həmçinin hipofiz və hipotalamusun sekretor aktivliyini zəiflədir. Bu halda o, «-» əks əlaqə prinsipi ilə təsir edir və bununla da KRH və AKTH-nun sekresiyasına aid olan tənzimləmə zəncirini qapayır. Bu tənzimləmə sisteminin sxemi şəkil 7.14-də verilib.

Şəkil 7.14. Hipotalamus-hipofiz-böyrəküstü vəzin qabıq sistemi. Bu sistemin tarazlığı ətraf mühit faktorlarından-xüsusilə stress faktorlarından pozula bilər.
Ekstrahipotalamik strukturlardan, xüsusilə orta beyin və limbik
302
sistemdən emosiyalar haqqında informasiya, ağrı hissiyatı və s. haqqında informasiya hipotalamusa, oradan isə AKTH sintez edən hüceyrələrə ötürülə bilər.
Kartizolun səviyyəsinin dəyişməsi. AKTH-bu böyrəküstü vəzlərin qabığında kortizolun sintez və sekresiyasını stimulə edən trop hormondur. Sutka ərzində kortizolun qanda konsentrasiyası dəyişikliklərə məruz qalaraq sirkadion (sutkalıq) ritmə tabe olur. Səhər saatlarında kortizolun konsentrasiyası gecə saatlarına nisbətən çoxdur. Belə ki, bu dəyişmə yuxu rejimindən deyil, sutkanın vaxtından asılı olur. Yuxu rejimi pozulmuş insanlar üzərində (məsələn, növbəli iş rejimində işləyənlərdə) aparılan təcrübələr göstərmişdir ki, sirkadion ritm bu cür dəyişikliklərə tədricən uyğunlaşır. Buradan belə çıxır ki, səhər saatlarında kortizolun yüksək səviyyəsi fiziolojidir, ancaq bu səviyyənin günortadan sonra və ya gecə vaxtlarında müşahidə edilməsi artıq patologiyaya işarədir.
Peptid hormonlar bioloji aktiv formada sintez olunmurlar, onlar daha iri molekullu sələflərdən ayrılırlar. Bir qədər əvvəl AKTH-nun sələfınin amin turşu ardıcıllığı müəyyən olunub. AKTH 39 amin turşu qalığından ibarət olduğu halda, bu molekula beta endorfin və alfa-melanosit-stimulə edən hormon – MSH adlı endogen opioid peptidin aminturşu ardıcıllığına malikdir. Bu halda, bu sələfın sintezi genetik proqramlaşdırılmış hüceyrələri AKTH hüceyrələr (sintez edən) deyil, propiomelanokortin-sintezedici hüceyrələr POMX-hüceyrələr adlandırmaq lazımdır. Bu
hüceyrələrdə bir yüksək molekullu sələfdən 3 maddə-betta-endorfin, alfa-MSH, AKTH yaranır. Başqa sözlə, klassik AKTH-hüceyrələr əslində POMK-sintez edən POMK-hüceyrələrdir. Baxmayaraq ki, bu hüceyrələr alfa-MSH, beta-endorfinlə sintez edirlər, onlar hormon kimi müəyyən rol oynamırlar. Ona görə bu hüceyrələrin sekresiyasının vacib məhsulu AKTH-dir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin