[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
306 Böyrəküstü vəzin androgenləri. İnsanın bütün həyatı boyu böyrəküstü vəzin torlu zonasında androgenlərin böyük miqdarı hazırlanır. Androgenlər içərisində böyük aktivliyə testosteron malikdir. Androgenlər arasında daha vacib olanı dehidroepiandrosterondur. Qadınlarda bu androgen böyrəküstü vəzilərdə fizioloji şəraitdə sintez olunur. Belə ki, bəzi patoloji vəziyyətdə onu çoxlu miqdarda yumurtalıqlar sekresiya edir. Kişilərdə androgenlərin 2/3 hissəsini toxumluqlar, 1/3 hissəsini isə böyrəküstü vəzi sekresiya edir. AKTH-nun yüksək konsentrasiyası nəinki qlükokortikoidlərin (az miqdarda mineralokortikoidlər) həm də androgenlərin sintez və sekresiyasını stimulə edir.
AKTH-nun yuxarıda sadalanan təsirləri adrenogenital sindromun (həmçinin anadangəlmə hiperplaziya adlandırılır) inkişafında mərkəzi rol oynayır. Bu xəstəlik zamanı kortizolun yaranması müəyyən qədər və ya tamamilə ferment çatışmazlığından blokada olunur. Yəni kortizolun normal şəraitində həyata keçirilən «-» əks əlaqə iştirak etmir. Buna görə hipotalamus çoxlu KRH sintez edir ki, bu da hipofizin çoxlu AKTH sekresiya etməsinə gətirir.
Böyrəküstü vəzin ferment çatışmazlığı zamanı kortizol lazımi miqdarda yaranmır, ancaq digər steroidlər artıq miqdarda sekresiya olunur, o cümlədən androgenlər. Androgenlərin artıqlığı qadın genotipinə malik döldə kişi genotipinin inkişafına gətirir. Androgenital sindrom müxtəlif səviyyədə ola bilər və bəzi hallarda aldosteronun aşağı sekresiyası ilə əlaqədar duzların itirilməsi ilə müşayət olunur. Bəzən ferment çatışmamazlığı daha gec yaşlarda əks olunur və xəstəliyin simptomları yalnız cinsi yetişkənlik və ya onun qurtarmasından dərhal sonra (gecikmiş adrenogenital sindrom) üzə çıxir. Elə hallar da məlumdur ki, məlum olmayan səbəblərdən böyrəküstü vəzinin qabıq qatı androgenlərin yüksək miqdarını sekresiya edir (çox vaxt dehidroepiandrosteronu), halbuki, bu vaxt kortizolun sintezində iştirak edən fermentlərin çatışmamazlığı əlaməti olmur. Qadınlarda bu hallarda kişi tipli tüklənmə (virsutizm) və