Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


irilizosiyanın digər simptomları olur (klitorun böyüməsi və s.) Mineralokortikoidlər



Yüklə 31,99 Mb.
səhifə162/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

307
irilizosiyanın digər simptomları olur (klitorun böyüməsi və s.)
Mineralokortikoidlər. Onlar böyrəküstü vəzin yumaqcıqlı zonada sintez olunurlar. Bu qrupun daha vacib nümayəndəsi aldosterondur.
O, elektrolit mübadiləsinin və su balansının tənzimində iştirak edir. Aldosteron böyrək kanalcıqlarında Na-un reabsorbsiyasını artırır, hansı ki, əlaqə eyni zamanda aldosteron K+-un xaricə buraxılmasına şərait yaradır. Anoloji təsiri o, bağırsaqlarda, tüpürcək vəzilərində ionların və suyun nəqlinə göstərir.
Aldosteron ifrazı artdıqda böyrəklərdən natriumun geriyə sorulması, bu isə öz növbəsində qanda və toxumalarda natrium xlorun miqdarının çoxalmasına, sonuncu isə orqanizmdə suyun çoxalmasına səbəb olur. Bu isə orqanizmdə osmotik və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Bu hal odem və alkoloza səbəb olur, ona görə də, bəzən mineralokortikoidləri «iltihab hormonları» da adlandırırlar.
Qanda Na ionlarının artması aldosteronun sekresiyasını ləngidir, azalması isə onu artırır. Bu funksiyalar hipotalamusun nəzarəti ilə həyata keçirilir. Əgər hipotalamus cərrahi yolla dağıdılarsa, Na və K ionlarının qanda azlığı və çoxluğu mineralokortikoidlərin ifrazını dəyişmirlər. Hipotalamus aldosteron tənzimini vegetativ sinir sistemi və humoral yolla tənzimləyir.
Aldosteronun sintez və sekresiyasının tənzimlənməsi bir neçə yolla olur. Birincisi aldosteronun sekresiyası qanda Na-un çatışmamazlığı ilə və K-un yüksək miqdarı şəraitində artır. İkincisi əgər qanda Na-un qatılığının azalması böyrəkdə qanaxma ilə müşayət olunursa, böyrəklərin afferent damarlarının epitelial hüceyrələri renin buraxır. Onun təsirilə angioenzinogendən (qaraciyərdə yaranan qlobulin) angiotenzin I əmələ gəlir. Qanda və ağciyərlərdə olan və çevirici fermentlər adlandırılan peptidazaların təsiri ilə dekapeptin angiotenzin I aktiv oktapeptid-angiotenzin IIyə çevrilir. Hansı ki, bu əlavə amin turşu qalıqlarının ayrılmasından angiotenzin III-ə çevrilə bilər. Angeotenzin II iki təsirə malikdir-damarların ayrılmasını və aldosteronun sekresiyasını
308
stimulə edir. Aldosteron distal kanalcıqlarında və yığıcı borucuqlarında Na-un reabsorbsiyasını artırmaqla böyrəklərdə suyun saxlanılmasını artırır.
Reninin sekresiyası, həmçinin katexolaminlər və peptidlərin böyrəküstü vəzinin beyin qatından ifrazı ilə həyata keçirilə bilər. Reninin sekresiyasına karotid sinusunda yerləşmiş baro reseptorların qıcıqlanması, həmçinin simpatik sinir sistemini stimulə edən digər daxili və ya xarici faktorlar səbəb ola bilər.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin