Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə164/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

7.10. Mədəaltı vəzi


Mədəaltı vəzi qarışıq vəzilərdən olub, axacaqları olan hissəsi həzm şirəsi, axacaqları olmayan hormon hazırlayır. Hormon hazırlayan hüceyrələr vəzidə adacıqlar şəklində paylanmışdır. Bu adacıqlar onları 1869-cu ildə ilk dəfə kəşf etmiş alimin adı ilə Langerhans adacıqları adlanır.
1889-cu ildə alman alimləri Merinq və Minkovski mədəaltı vəzinin xarici sekresiya fəaliyyətinin həzm prosesində rolunu
310
öyrənmək məqsədilə ilk dəfə vəzini itin bədənindən ekstripatsiya etmişlər. Bu zaman diabet xəstəliyinin əlamətlərini müşahidə etmişlər. Belə ki, qanda qlükozanın miqdarı artır, sidiklə şəkər ifraz olunmağı başlayır. Mədəaltı vəzini yenidən bədənə transplantasiya etdikdə diabetin əlamətləri yox olmuş, qanda qlükozanın səviyyəsi normallaşmışdır.
Şəkərli diabet xəstəliyinin əsas əlaməti qanda şəkərin miqdarının normadan (80-120 mq% və ya 4,44-6,66 mmol/l-dən) çox olmasıdır. Çox olmasına, hiperqlikemiya, az olmasına hipoqlikemiya deyilir.
Diabet zamanı orqanizmdən xaric olan sidiyin miqdarı xeyli artır (poliuriya), bu xəstələr çox su içirlər (polidipsiya). Mədəaltı vəzin hormonunu almaq o qədər də asan olmamışdır. Belə ki, ilk dəfə 1923-cü ildə rus alimi L.V.Sobolyevin təklif etdiyi üsulla (mədəaltı vəzin onikibarmaq bağırsağa açılan axacaqlarını bağlamağı təklif etmişdir) Kanada alimi Bantiq və tələbəsi Best Langerhans adacıqlarından insulin preparatını aldılar.
Orqanizmdə insulin çatışmamazlığı qanda qlükozanın miqdarının kəskin şəkildə çoxalması ilə nəticələnərək, şəkər diabeti xəstəliyinin inkişaf etməsinə şərait yaradır. Diabet xəstəliyinə yoluxan xəstələrdə qanda külli miqdarda şəkərin olmasına baxmayaraq orqanizmin toxumaları onu mənimsəməyərək, əsas enerji mənbəyi olan qlükozaya qarşı daima çatışmamazlıq hiss edirlər. Bu orqanizmin digər enerji mənbəyi olan yağlarla zülallardan istifadə olunması ilə nəticələnir.
Mədəaltı vəzin hormonları. Qanda şəkərin normal
səviyyəsinin saxlanmasında iştirak edən hormonlar – insulin, qlukaqon və samotostatin-mədəaltı vəzin Langerhans adacıqlarında (alfa, beta, qamma hüceyrələr adlanan hüceyrələrdə) sintez olunur. Adacıqların 60%-i insulin hazırlayan beta hüceyrələr, 25%-i qlukoqon sintez edən alfa hüceyrələr, 15%-i samostatin sintez edən qamma hüceyrələrdir. Qeyd olunan hormonların sekresiyasını müəyyən edən tənzimləyicilər və sekresiyanın qida maddələrindən və parakrin təsirindən asılılığı şəkil 7.15-də göstərilib. Adacıq hüceyrələrinin normal fəaliyyəti üçün tireoid və cinsi hormonların,
311
həmçinin kortikosteroidlərin normal səviyyəsi vacibdir.
Qanda qlükoza və amin turşuların miqdarının yüksək olmasına cavab olaraq insulinin sekresiyası stimulə olunur və adrenalin onun azalmasına təsir edir. Alfa hüceyrələrin sekretor aktivliyi qanda qlükozanın yüksək qatılığı ilə zəifləyir və onun azalmasilə stimulə edilir. Amin turşuları qlükozaya nisbətən əks təsir göstərir. Alfa hüceyrələr tərəfindən sekresiya edilən qlükaqon parakrin yolla təsir edərək beta hüceyrələr tərəfindən insulinin sekresiyasını zəiflədir. Samatostatinin sekresiyası qlükozanın, amin turşularının və yağ turşularının, həmçinin mədə-bağırsaq sisteminin hormonlarının yüksək səviyyəsi ilə stimulə edilir. Samotostatin parakrin yolla beta hüceyrələr tərəfindən insulinin sekresiyasını zəiflədir. Mədəaltı vəzin hormonları haqqında cədvəl 7.1-də daha ətraflı məlumat verilmişdir.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin