7.11. Insulin. Kimyəvi quruluşu və qanda şəkərin səviyyəsinə təsiri Mədəaltı vəzinin beta hüceyrələrində yaranan insulin iki zəncirdən ibarət polipeptiddir. A zənciri 21 amin turşu qalığından ibarətdir və 30 amin turşusundan ibarət B zənciri ilə disulfid körpücüyü ilə birləşir. Müxtəlif növ heyvanların insulini amin turşu tərkibinə görə yalnız azca fərqlənir və eyni bioloji təsirə malikdirlər. İnsulinin qanda miqdarı normada 0,8-1,0 q/l-dir. Kar-
313 bohidrat qəbul etdikdən sonra qanda şəkərin səviyyəsinin artması insulinin mədəaltı vəzindən qana xaric olmasına səbəb olur. İnsulinin təsiri ilə orqanizmin, demək olar ki, bütün hüceyrələri tərəfindən qlükozanın udulması artır və onun qanda qatılığı yenidən azalır.
Qlükozanın normal qatılığında (təxminən 100 mq/100 ml) plazmada insulin demək olar ki, praktiki olaraq tapılmır, ancaq qanda şəkərin miqdarının artması ilə insulinin qatılığı fizioloji şəraitdə birdən qalxır.