Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Steroid hormonların qısa xarakteristikası



Yüklə 31,99 Mb.
səhifə163/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

7.9. Steroid hormonların qısa xarakteristikası


Quruluşu və sintezi. Steroid hormonlar lipid təbiətli birləşmələrdir. Bütün steroidlərin sələfi xolesteroldur. Desmoplazmanın ferment sisteminin təsiri ilə xolesterolun yan zəncirlərinin parçalanması nəticəsində steroid hormonların hamısı üçün ümumi olan sələf-preknenolon yaranır ki, o, zəif progesteron təsirə malikdir. Preqnenolon steroidlərin biosintezinin aralıq məhsuludur və qanda praktiki olaraq tapılmır. Yumurtalıqda o proqesterona çevrilir. Proqesteronun çox hissəsini sarı cisim və plasenta hüceyrələri sekresiya edir. Esterogenlərin sintezi androgenlərin mütləq əmələ gəlməsini (aralıq məhsul kimi) təmin edir. Böyrəküstü vəzinin qabığında preqnenolon digər steroidlərə – mineralokortikoidlərə və androgenlərə çevrilir. Bütün androgenlər harada – böyrəküstü vəzi, toxumluq və yumurtalıqda əmələ gəlməsindən asılı olmayaraq steroidlərdilər.
Sintezi, nəqliyyatı və parçalanması. Digər hormonlar steroid hormonların sekresiyasını tənzimləyir. AKTH böyrəküstü vəzilərin qabıq maddəsi tərəfindən kortizolun sintez və buxarlanmasını və androgenlərin sintez və sekresiyasını stimulə edir. Angiotenzin (II) böyrəküstü vəzinin qabıq maddəsindən aldosteronun sintezi və qana buraxılmasını stimulə edir. FSH və LH estrogenlərin və progesteronun yumurtalığın qranulez hüceyrələrində sintezinin artmasına səbəb olur. LH toxumluğun interstnal hüceyrələrində testosteronun yaranmasını stimulə edir.
Bütün lipidlər kimi steroidlər suda pis həll olur, ona görə
309
qanda onlar plazmanın zülalları ilə qeyri-kovalent birləşir, ancaq steroidlərin qanda miqdarı sərbəst şəkildə olur və bu sərbəst fraksiya bioloji aktivliyə malikdir. Bəzi steroidlər yalnız hədəf hüceyrələrinə daxil olduqdan sonra aktiv birləşmələrə çevrilir. Belə ki, məsələn, testosteron bu strukturların hüceyrələrində 5alfa-dihidrotestosterona çevrildikdən sonra aktivliyi əldə edir. Eyni zamanda əks əlaqə prinsipi üzrə mərkəzi sinir sisteminə siqnal testosteronun özü ilə təmin olunur. Burada o, testosteronun reseptorları ilə birləşir. Həm dişi, həm erkəklərin mərkəzi sinir sistemində testosteronu aromatlaşdıran fermentlər – aromatozalar mövcuddur. Qandakı steroid hormonların əsas hissəsi hədəf hüceyrəsi ilə təsirdə olur və qlukuronidə çevrilməsi nəticəsində inaktivləşir. Hormonlar bu səkildə suda yaxsı həll olur və böyrəklərlə xaric oluna bilir.
Böyrəküstü vəzinin qabıq maddəsinin hipofunksiyası zamanı Adisson xəstəliyi inkişaf edir. Bu xəstəliyi 1855-ci ildə ingilis alimi Tomas Adisson öyrənmişdir və onun adı ilə Adisson xəstəliyi adlanır. Dəri kəskin piqmentləşdiyi üçün bürünc və ya tunc xəstəliyi də adlanır. Bu xəstəlik zamanı dəri tunc rəngində olur. Adisson xəstəliyi orqanizmdən külli miqdarda duzların xaric olunması, hüceyrədən kənar maye həcminin azalması, qanaxmalar, əsəbilik, iştahın itməsi, qanda qlükozanın miqdarının azalması, dəridə külli miqdarda melanin piqmentinin toplanması, eləcə də mədə-bağırsaq traktı funksiyaları müxtəlif cür pozulması ilə xarakterizə olunur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin