Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə187/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

350
Şəkil 8.1. Onurğalıların müxtəlif tip reseptorları.
Kiçik ox işarələri sensor qıcıqların təsir etdiyi mikroresptiv sahələri göstərir. Punktirlər – sensor təsirləri sinir impulslarına transduksiya edən və sinaptik ötürmə baş verən sahələri göstərir. Hər iki yerdə sinir siqnalları fasiləli (diskret, gradual) olaraq ötürülür. Böyük ox işarələri reseptorda sinir impulsların tam formalaşdığı yerləri göstərir. (G.Şeperd, 1987).
Qıcıq qapısı anlayışı. Toxumada ən zəif oyanma əmələ gətirən qıcıq qüvvəsinə qıcıq həddi və ya qıcıq qapısı deyilir. Qıcıq qapısı anlayışı əsasən xarici və daxili reseptorlarda qıcıqlanmanın aşağı həddini xarakterizə etmək üçün işlədilir. Qıcıq qapısı reseptorda yayılan təsir (fəaliyyət) potensialı və ya sinir impulsu yaradan qıcıqlanmanın minimal intensivliyi kimi başa düşülür.
Fiziologiyada qıcıq qapısıaltı və qıcıq qapısıüstü qıcıqlanma adlanan anlayışlar da işlədilir. Qıcıq qapısından aşağı olan və oyanma qapıaltı qıcıqlanma, qıcıq qapısından yüksək olan qıcıqlanma isə qapıüstü qıcıqlanma adlanır. Qıcıq qapısı nə qədər aşağı olarsa, oyanıcılıq bir o qədər yüksək olur.
Sükunət potensialı. Sükunət potensialına bəzən membran po-
351
tensialı da deyilir. Heyvani hüceyrə və ya reseptor hüceyrə zahiri membran (zar) örtüyü (plazmatik membran) ilə əhatə olunur, bəzi reseptorlar (məsələn, görmə reseptorları) daxili membran disklərə malikdir və ya inkapsulyar membran quruluş kəsb etmişdir (məsələn, dərinin reseptiv cismcikləri). Reseptor hüceyrə adi halda, fizioloji sükunət zamanı, hər hansı qıcıq təsir etmədiyi anlarda, membran potensialına malikdir. Bu tip potensial normal fizioloji həyat fəaliyyəti olan hüceyrənin sitoplazması ilə maye mühiti arasında Na+, K+, Cl-, Ca++, Mg++ kimi elektrokimyəvi ionların transmembran nəqliyyatı və membranın daxili və xarici sətləri üzərində həmən ion yüklərinin fərqli qradiyentləri (qatılıqları) hesabına əmələ gəlir.
Nisbətən yüksək oyanıqlığı olan sinir və əzələ hüceyrələrində sükunət potensialının qiyməti adətən 60-90 mv diapazonda dəyişir. Adi vəziyyətdə olan reseptor hüceyrənin (və ya digər oyanıqlı hüceyrənin) örtük membranın daxili səthi xarici səthinə görə mənfi elektrokimyəvi potensial ilə yüklənmişdir. Reseptora kənar təsir olduqda və ya reseptor hüceyrədə metabolizmin stasionar vəziyyətləri dəyişdikdə membran potensialı qiymət və istiqamətcə dəyişir, potensial tərəddüdləri (spayklari) meydana gəlir. Membran potensialının azalması depolyarlaşma, artması isə hiperpolyarlaşma adlanır. Axırıncı hal reseptor və ya təsir (fəaliyyət) potensialı adlanan yayılan potensialın təşəkkülü üçün əsas fizioloji şərtlərdən biridir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin