[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Reseptor potensialı (fəaliyyət potensialı). Qıcıq qapısı qüvvəsində və ya ondan yuxarı qüvvədə stimul reseptora təsir etdikdə membran potensialı hiperpolyarlaşır, reseptorun oyanıqlığı artır, reseptorda hissi sinir lifinə keçən və orada yayılan oyanma, faktiki olaraq sinir impulsu yaranır.
Reseptorun oyanması «hamısı və ya heç nə» qanununa tabedir, bu o deməkdir ki, təsir reseptoru ya bütövlükdə oyadır, ya da heç oyatmır. Oyanma baş verdikdə qıcıq artıq onun səviyyəsinə təsir edə bilmir, qıcıq həddən artıq şiddətləndikdə, reseptor oyanma öz əvvəlki spesifikliyi itirir, ağrı siqnalı kimi nəql olunur.
Reseptorda təsir potensialı doğuran və onu sinir impulsuna
352 transfuksiya edən molekulyar, metabolik və ion mexanizmi çoxdan və ətraflı olaraq öyrənilir, bu sahədə qaranlıq məsələlər qalsa da, əldə edilmiş naliyyətlər çox önəmlidir.
Reseptor membran onun üçün spesifik olan stimula qarşı fövqəladə dərəcədə həssasdır və çevrilmə prosesləri çox böyük surətlə həyata keçir. Məsələn, daxili qulaqda olan tükcüklü reseptor hüceyrə olduqca cüzi hərəkətləri, burun reseptoru 1-2 molekul qoxu maddəsi, göz reseptor 1-2 kvantlıq işığın təsirinin sinir impulsuna transformasiya etməyə qadirdir.
Qıcığın qüvvəsi ilə reseptor potensialın intensivliyi arasında bilavasitə deyil, loqarifmik asılılıq mövcuddur. Bu elektrofizioloji müşahidələr Veber qanununun riyazi ifadəsini verən Q.Fexner təklifinə uyğun gəlir.
E.Veber (1834) belə bir qanun irəli sürmüşdür ki, qıcıqlanmanın artmasını hiss etmək üçün, o əvvəlki qıcıqlandırıcıdan qüvvəli olmalıdır. Veber öz təcrübələrində əlin dərisi üzərinə məlum çəkidə yük qoymuşdur. Dəriyə təzyiq, ancaq yükün çəkisi artırıldıqda hiss edilmişdir. Belə ki, əgər əlin üzərinə 100 q ağırlıqda daş qoyulmuşsa, onu hiss etmək üçün çəkini 3 q artırmaq lazımdır. Çəki daşı 200 q olduqda 6 q, 600 q – 18 q əlavə etmək tələb olunur. Veber bu asılılığı sadə bərabərliklə ifadə etmişdir: δJ
= K .
J
Burada: J–qıcıqlanma; δJ–qıcıqlanmanın artması, K–sabit kəmiyyətdir.
Qıcıqlanmanın artırılması ilə hissiyatın artması arasındakı analoji əlaqə Veber tərəfindən sübut olunmuş və bir sıra tədqiqatçılar eşitmə, görmə reseptorlarında əzələ duyğusunda və s. bundan istifadə etmişlər. Beləliklə, müəyyən edilmişdir ki, Veber qanunu, ancaq müəyyən həddə özünü doğruldur: bundan qüvvəli və zəif qıcıqlandırıcıların təsiri K-nın qiymətini dəyişir. Bu dəyişiklik reseptor cihazın vəziyyətindən və onun uyğunlaşma qabiliyyətindən asılıdır.
Q.Fexner əlavə tədqiqatlarında qıcığın qüvvəsindən hissiyatın asılılığını və alınan nəticələrin riyazi analizinə görə Veber
353 qanununu əks etdirən başqa cür düstur təklif etmişdir:
S = a logk + b
Burada: S–hissiyatın intensivliyi, k–qıcığın ölçüsü, a və b–sabit kəmiyyətlərdir.
Beləliklə, Fexner düsturuna görə hissetmənin artması qıcığın loqarifmik intensivliyi ilə düz mütənasibdir. Bütün reseptorların mühüm xüsusiyyətlərindən biri adaptasiya, yəni qıcıqlandırıcının qüvvəsinə uyğunlaşmadır.
Reseptor potensial sinir impulsuna elektrotonik potensiallar, müsbət və mənfi yüklü ion cərəyanları vasitəsilə çevrilir. Bu proses reseptorların müxtəlif tiplərində az-çox fərqlidir. Məsələn, əzələ reseptorunda stimulyasiya hissi sinir lifinin üç membranından keçən müsbət ion cərəyanı gücləndirir və bununla lifin qurtaracağında reseptor potensial yaradır, bu potensial elektronik cərəyanlar kimi lifin impuls əmələ gələn sahəsinə qədər yayılır.
Son zamanlar müəyyən edilmişdir ki, reseptor potensial asetilxolinin qıcıqlandırıcı təsiri nəticəsində meydana çıxır ki, bu da membranın keçiriciliyini dəyişməklə onun depolyarizasiyasına səbəb olur. Belə bir effekt reseptorların yerləşdiyi sahəyə asetilxolin yeritdikdə də müşahidə edilmişdir.