Şəkil 3.12. Ekzositoz və endositoz. Yuxarıda: Hüceyrədaxili vezikula plazmatik membranın ikiqat lipid təbəqəsi ilə birləşir və hüceyrəxarici sahəyə açılır. Aşağıda: plazmatik membran çox da böyük olmayan sahədə invaqinasiya edir və hüceyrəxarici materiala dolmuş vezikulları bağlayır. Bu prosesi endositoz adlandırırlar.
59
Endo- və ekzositoz – bu təkcə hüceyrə membranından maddələrin daşınması prosesi deyil, həm də hüceyrənin özünün membran quruluşu komplekslərinin mübadiləsi prosesidir. Bu bölmənin müzakirə obyekti elə hüceyrədə və onun orqanoidlərində daşınma proseslərinin öyrənilməsidir.
Diffuziya.Təbii ki, sitozolda qatılıqlar qradienti diffuziya hesabına aradan qaldırılır. Bu orqanoidlərdə olan mayelər üçün də doğrudur. Burada həll olmuş zülalın yüksək qatılığı üzündən diffuziya suya nisbətən çox yavaş gedir. Hüceyrə ətrafında və orqanoidlərin tərkibində olan lipid membranlarında diffuziya baş verir. Membranda lipidlər öz qatları əhatəsində diffuziya edir, nadir hallarda birindən digərinə keçir. Onlara daxil olmuş zülallar da kifayət qədər hərəkətlidirlər; onlar membrana perpendikulyar olan ox ətrafında fırlanırlar və ya fosfolipidlərə nisbətən müxtəlif diffuziya sabitləri ilə, 2-10 000 dəfə az, lateral diffuziya edir. Belə ki, bəzi zülallar lipid qatında lipid molekullarının hərəkət sürətinə uyğun sərbəst yerdəyişir, digərləri isə sitoskeletlə daha möhkəm birləşirlər. Membranda spesifik zülalların «sabit» aqreqatları mövcuddur, məsələn; sinir hüceyrələrinin pre- və postsinaptik quruluşları. Sərbəst yer dəyişən zülalları fluoressent rəngləyicilər birləşdirmək yolu ilə membranın kiçik sahəsini qısamüddətli işıqlandırmaqla nümayiş etdirmək olar. Bu cür eksperimentlər göstərir ki, ən azı 1 dəqiqə ərzində rəngləyici ilə birləşən zülallar bir-birindən 10 mkm aralıda membran üzrə düzülürlər.
Orqanoidlərin membranlarında fəal daşınma. Plazmatik membranın funksiyasında həyati rol oynayan aktiv daşınma prosesləri həmçinin hüceyrədaxilində orqanoidlərin membranında da gedir. Müxtəlif orqanoidlərin spesifik tərkibinin bir hissəsi daxili sintez, bir hissəsi isə sitozoldan aktiv daşınma hesabına yaradılır. Axırıncıya bir misal kimi yuxarıda xatırladılan əzələ hüceyrəsində sarkoplazmatik retikulumda
60 Ca2+-nasosu aiddir. ATP-in sintezi zamanı oksidləşmə metabolizmi daxili membranlarda H+ qradientinin yaranmasına gətirir. Bu qradient molekulların fəal daşınmasının nasos tsiklinin əks prosesi üçün hərəkətverici qüvvədir: H+ ionları membranlarda qradient üzrə hərəkət edir, bunun nəticəsində ayrılan enerji isə ADP və fosfatdan ATP -in sintezini təmin edir. Əmələ gəlmiş ATP isə öz növbəsində hüceyrəni enerji ilə təmin edir və həm də fəal daşınma üçün sərf olunur.