Na+-un qatılıq qradienti membran daşınmasının hərəkətverici qüvvəsi kimi. Na/K-nasosunun hüceyrə üçün rolu membranda Na+ və K+-un normal qradientinin sabitləşməsi ilə məhdudlaşmır. Na+-un membran qradientində ehtiyat şəklində toplanan enerji çox vaxt digər maddələrin membran nəqlinin həyata keçirilməsində istifadə olunur. Məsələn, şəkil 3.11-də Na+ və şəkər molekullarının hüceyrəyə «simportu» göstərilib. Zülalın membran nəqli hətta qatılıq qradientinin əksinə olaraq şəkər molekulunu hüceyrəyə daşıyır, eyni zamanda da Na+ qatılıq və potensial qradienti üzrə hərəkət edərək şəkərin daşınması üçün enerjini təmin edir. Şəkərin bu cür daşınması tamamilə Na+-un yüksək qatılığının mövcudluğundan asılıdır; əgər Na+-un hüceyrədaxili qatılığı artarsa, onda şəkərin daşınması dayanar. Müxtəlif şəkərlər üçün müxtəlif simport sistemlər mövcuddur. 3.11-ci şəkildə göstərildiyi kimi hüceyrəyə amin turşularının daşınması şəkərlərin daşınması ilə oxşardır, o həmçinin Na+ qradienti ilə də təmin edilir. Oxşar
56 aminturşularının hər hansı bir qrupu üçün ixtisaslaşan 5 müxtəlif simport sistemi mövcuddur.
Şəkil 3.11.Nəqletmə simport sistemlərdən başqa, «antiport» sistemlər də mövcuddur. Onlardan biri bir tsikildə hüceyrədən çıxardığı 1 Ca ionunu hüceyrəyə daxil olan 3 Na ionu ilə mübadilə edir (şəkil 3.11). Ca2+ -un nəqli üçün lazım olan enerji 3 Na ionunun potensial və qatılıq qradienti üzrə daxil olması hesabına yaranır. Bu enerji (sükunət potensialı üzrə) Ca2+ ionlarının yüksək qradientliyinin saxlanılması üçün kifayətdir (hüceyrə daxilində ən azı 10-7 mol•l-1 -dən hüceyrə xaricində 2 mmol•l-1 -ə qədər).
Endo- və ekzositoz.Bəzi maddələrin hüceyrəyə daxil olması və ya hüceyrədən çıxmaları üçün nəqliyyat kanalı olmur; bu cür maddələrə zülalları və xolesterolu aid etmək olar. Onlar plazmatik membrandan endo- və ekzositozun köməyilə vezikullardan və qovuqcuqlardan keçirlər. Şəkil 3.12-də bu proseslərin əsas mexanizmi göstərilib.
Ekzositoz zamanı müəyyən orqanoidlərin hüceyrədən çıx-
57 arılması, hormonlar və ya fermentlərlə dolu olan vezukullar formalaşdırır. Bu cür vezikullar plazmatik membrana çatdıqda onların lipid membranı onunla birləşərək, vezikulun möhtəviyyatının xarici mühitə çıxmasına imkan yaradır. Buna əks proses olan endositoz zamanı plazmatik membran çuxur əmələ gətirməklə invaqinasiya edir (qatlanır), sonra bu çuxur dərinləşərək qapanır, nəticədə hüceyrəxarici maye və bəzi makromolekullarla dolu olan hüceyrədaxili vezikula yaranır. Endositoz zamanı demək olar ki, hüceyrəxarici mühitdən hüceyrəyə həmin təsadüfi maddələr daxil olmur. Hüceyrə membranında çox vaxt ixtisaslaşmış qruplarda toplanan makromolekullara uyğun spesifik reseptorlar (məsələn, insulin və ya antigenə spesifik gələn reseptorlar) olur. Belə spesifik reseptorlar əsasən insulin və ya bəzi antigenlərə uyğun gəlir. Bu molekullar öz reseptorları ilə birləşdikdən sonra reseptoru əhatə edən membran sahəsində endositoz baş verir və makromolekullar hüceyrəyə seçici daşınırlar (şəkil 3.13, B).
Hüceyrədə endo- və ekzositoz fasiləsiz baş verir. Dövretməni həyata keçirən membran materialının miqdarı böyükdür; 1 saat ərzində makrofak özünün sitoplazmatik membranının səthinin 2 qat sahəsi qədər vezikul udur. Əksər hüceyrələrdə membran materialının dövr etməsi o qədər də intensiv getmir.