Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


IV FƏSİL BİOELEKTRİK HADİSƏLƏRİ



Yüklə 31,99 Mb.
səhifə38/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

IV FƏSİL BİOELEKTRİK HADİSƏLƏRİ



4.1. Qalvani və Dyubua-Reymon


Canlı toxumalarda bioelektrik və ya «heyvani elektrikin» olması insanlara çoxdan məlum olsa da, bu sahədə daha ətraflı məlumatlar əldə etmək, neyrologiyanın bir bölməsi olan neyrofiziologiya elminin hərtərəfli inkişafından sonra mümkün olmuşdur.
Neyrofiziologiyada sinir hüceyrəsində fizioloji proseslərin elektrik təbiətli olduğunu ilk dəfə kəşf edənlər İtaliya, Almaniya, Polşa və Rusiyanın universitetlərində çalışmış alimlər olmuşlar. Bu gün isə neyrofiziologiya sahəsində olan proqresər dünyanın bir çox elmi-tədqiqat laboratoriyaları ilə əlaqədardır. Lakin heyvanın sinir toxumasında «heyvani elektrik»i kəşf etmiş ilk tədqiqatçılar (Qalvani, Volt, Svammerdam və b.) bu biofiziki prosesin sinir toxumasının funksiyası ilə əlaqəsinin mexanizminin elmi izahını aydın təsəvvür etməmişlər. İlk dəfə canlı toxumaların elektrik generasiya qabiliyyəti elektrik cərəyanı hasil edən orqanlara malik balıqlar üzərində aşkar edilmişdir.
Elektrofiziologiya sahəsində ilk tədqiqatlar XVIII əsrə aid edilir. Bu dövrdə elektrik cərəyanının öyrənilməsi ilə məşğul olan fiziklər elektrikin onların orqanizminə qıcıqlandırıcı təsir göstərməsilə dəfələrlə rastlaşmışlar. Bu da həkimlərin və fizioloqların diqqətini özünə cəlb etmişdir. Nəticədə XVIII əsrin ikinci yarısında elektrikin müalicəvi təsiri həddindən artıq geniş vüsət almışdır. 1731-ci ildə ingilis alimi Qrey, 1746-cı ildə fransız alimi Holle bitkidə, heyvanda və insanda elektrikin olmasını elektroskopun köməkliyilə müəyyən etmişlər. 1773-cü ildə Uels elektrik balıqlarının xüsusi təsirinin Leyden bankasının işilə uyğun gəldiyini isbat etmiş və göstərmişdir ki, bu təsir naqil vasitəsilə ötürülə bilər.
Orqanizmin toxumalarında həyat fəaliyyətinin təzahürü kimi meydana çıxan həqiqi elektrik cərəyanı ilk dəfə 1786-cı ildə İtaliyada Baloniya universitetində anatomiya, mamalıq və
76
ginekologiya üzrə mühazirələr oxuyan professor L.Qalvani (1737-1798) tərəfindən aparılan təcrübə ilə kəşf edilmişdir.
Onun kəşfi haqqında tarixi məlumatlar müxtəlif olsa da, həqiqət aşağıdakı kimi olmuşdur. Bir dəfə, cərrahi stolda qurbağanın arxa ətraflarından preparat hazırlanır və assisent elektrofor maşınını işlədərkən, Skalpenin hər dəfə preparatlardan birinə toxunması zamanı əzələnin titrəmə – qıcolma hərəkətləri etdiyini müşahidə etmişdir. O, atmosfer elektrik cərəyanın analoji-fizioloji təsirə malik olduğunu öyrənmək üçün qurbağanın arxa ətraflarından hazırladığı preparatı mis məftildən olan qarmağa keçirib, qarmağı da eyvanın dəmir məhəccərindən asaraq izləmişdir. Bu zaman küləyin hər dəfə preparatın pəncəsini eyvanın məhəccərənin dəmirinə toxunduran zaman pəncənin təqəllüs etdiyini müşahidə edir və belə nəticəyə gəlir ki, təqəllüsə səbəb, preparatda elektrik cərəyanının əmələ gəlməsi və sinirdən müxtəlif təbiətli metalların iştirakı ilə əzələyə qıcıqlandırıcı təsir göstərməsidir. Bu cür təqəllüsü əzələlərə Leyden bankasının elektrik yükünü yükləməklə almaq mümkündür. O, bu təcrübəni bir ucu mis, digər ucu dəmirdən olan Qalvani qövsünün bir ucunu əzələyə, digər ucunu isə sinirə toxundurmaqla apardığı təcrübədə də müşahidə etmişdir (şəkil 4.1).
Şəkil 4.1. Qalvaninin birinci təcrübəsi
77
Qalvani 1791-ci ildə balkon təcrübəsi və digər müşahidələrini «Əzələ hərəkəti zamanı elektrik qüvvələri haqqında traktat» əsərində təsvir etmişdir.
Qalvaninin təcrübəsinin həqiqiliyini italyan fiziki A.Volta (1745-1827) əvvəlcə təsdiq etsə də, 1792-1794-cü ildə apardığı təcrübələrə əsaslanaraq, onu tamamilə başqa cür izah etmişdir. O, elektrik cərəyanın bu təcrübədə fizioloji deyil, məhz fiziki mənşəyə malik olduğunu və əzələdə deyil, məhz müxtəlif metallar arasında potensiallar fərqinin nəticəsi olduğunu göstərmişdir.
Qalvaninin təcrübəsində əzələnin təqəllüsünə səbəb olan elektrik Qalvani qövsünün müxtəlif uclarının nəm mühitə (əzələyə və sinirə) toxunmasından əmələ gəlir, dövrəni bağlayan naqil rolunu isə, qövsün uclarını əlaqələndirən sinir-əzələ preparatı oynayır. Qalvani və Volta arasında maraqlı elmi mübahisə başlayır və hər iki tərəf öz fikirlərində haqlı olduqlarını təcrübələrlə isbat etməyə səy göstərirlər.
Qalvani və Aldini, Voltanın etirazının əsassız olduğunu ucları eyni metaldan olan qövslə apardıqları təcrübədə əzələnin təqəllüs etdiyini göstərdilər. Daha sonra isə Qalvaninin ikinci təcrübəsi – metalsız təcrübə adı ilə məşhur olan təcrübə ilə, yəni Qalvani qövsündən istifadə etmədən subut etdilər ki, mioqraf üçün hazırlanmış sinir-əzələ preparatının sinirini şüşə qarmaq vasitəsilə həmin preparatın əzələsinin zədələnmiş yerinə toxundurduqda həmin sinirlə üzvi əlaqəsi olan əzələ təqəllüs edir (şəkil 4.2). Elektrofiziologiya öz başlanğıcını Qalvaninin ikinci təcrübəsindən götürür. Məhz bu təcrübə «heyvani elektrikin varlığını» şübhədən çıxarır. Alman fizioloqu Dyubua-Reymon haqlı olaraq bu təcrübəni «sinir-əzələ fiziologiyasının həqiqi əsas təcrübəsi» adlandırdı.
Qalvaninin ölümündən sonra A.Volta elektrik cərəyanı və ya Qalvani elementini – generatorunu kəşf etdi, başqa sözlə ən zəif elektrik cərəyanını göstərən elektrik cihazını kəşf etdi və onu dostu Qalvaninin şərəfinə Qalvanometr adlandırdı.
78
Elektrofiziologiya sahəsində yeni tədqiqat 1838-1840-cı illərdə Matteuççinin adı ilə əlaqədar olan «ikinci tetanus» adlandırılan təcrübəsidir (şəkil 4.3). O qurbağanın aşağı ətraflarından iki sinir-əzələ preparatı hazırlayıb, ikinci preparatın sinirini birincinin əzələsi üzərinə qoymuşdur. Sonra birinci preparatın sinirin üzərinə elektrod qoyaraq elektrik cərəyanı ilə qıcıqlandıqda, ikinci preparatın əzələsi də təqəllüs etmişdir. Matteuççının fikrinə görə preparatlardan birincisinin təqəllüsünə səbəb texniki elektrik qıcığı, ikincisinin təqəllüsünə səbəb isə birinci preparatın təqəllüsü nəticəsində əmələ gələn fəaliyyət cərəyanın sinirlə ikinci preparatın əzələsinə nəql olunmasıdır.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin