Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Hüceyrədə funksiyaların tənzimlənməsi



Yüklə 31,99 Mb.
səhifə34/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Hüceyrədə funksiyaların tənzimlənməsi. Fərdi hüceyrənin funksional vahid kimi saxlanması əsasən nüvə hesabına tənzimlənir; bu cür tənzimlənmə mexanizmlərinin öyrənilməsi hüceyrə fiziologiyasının predmetidir. Bununla yanaşı hüceyrələr ətraf mühit şəraitinə müvafiq və orqanizmin digər hüceyrələrinin tələbatına uyğun öz funksiyalarını modifikasiya etməlidirlər yəni, hüceyrələr funksional tənzimlənmənin obyektidirlər. Aşağıda biz bu tənzimləyici amillərin plazmatik membrana necə təsir etməsinə və onların hüceyrədaxili orqanoidlərə necə çatmasına baxacağıq.
69
3.4. Hüceyrə membranına tənzimləyici amillərin təsiri
Membran potensialı. Bir çox hallarda hüceyrə funksiyalarının tənzimlənməsi membran potensialının dəyişməsi yolu ilə həyata keçirilir. Potensialın lokal dəyişməsi mümkündür. Bu vaxt – hüceyrənin qonşu sahəsində və ya digər hüceyrə ilə generasiya edən cərəyan membrandan keçir; sonra isə ionların hüceyrədaxili qatılığı dəyişir. Bundan sonra membranın ion kanalları açılır. Membran potensialının dəyişməsi membran zülallarının konformasiyasına təsir edərək kanalların açılması və ya bağlanmasını təmin edə bilər. Yuxarıda göstərildiyi kimi, bəzi membran nasoslarının funksiyası membran potensialından asılıdır. Sinir hüceyrələri membran potensialının dəyişməsini informasiya kimi qəbul etməyə ixtisaslaşıblar. Bunun nəticəsində bu informasiyanın təhlil edilərək ötürülməsi təmin olunmalıdır.
Hüceyrədaxili tənzimləyici maddələr. Hüceyrəxarici maddələrin iştirakı ilə daha vacib tənzimləyici mexanizmlər, plazmatik membranda və ya hüceyrə daxilində spesifik reseptorlarla qarşılıqlı əlaqə hesab olunur. Bu cür maddələrə sinir hüceyrələri arasında informasiyanı ötürən sinaptik mediatorlar – lokal agentlər və qanla daşınılaraq orqanizmin bütün hüceyrələrinə çatdırılan maddələr, məsələn, hormonlar və antigenlər aiddir. Sinaptik mediatorlar çox da böyük olmayan molekullar olub, sinaps sahəsində sinir uclarından buraxılır; Onlar qonşu postsimpatik hüceyrənin plazmatik membranına çatdıqda elektrik siqnalları və ya digər tənzimləyici mexanizmlər fəaliyyətə başlayır.
Lokal kimyəvi agentlər çox vaxt ixtisaslaşmış hüceyrələr tərəfindən ifraz olunurlar. Onlar hüceyrəxarici boşluqda sərbəst diffuziya edirlər, ancaq onların təsiri kiçik hüceyrə qrupları tərəfindən bu maddələrin parçalanması ilə məhdudlanır, bu ya spontan, ya da ferment təsirilə olur. Bu cür agentlərin ifrazına
70
kök, tosqun hüceyrələr tərəfindən zədələnmə və ya immun reaksiya zamanı histaminin xaric olunmasını misal göstərmək olar. Histamin damarların saya əzələ hüceyrələrində zəiflətmə yaradır, damar endotelinin keçiriciliyini artırır və sensor sinir uclarını qıcıqlandıraraq qaşınma hissinin yaranmasına səbəb olur. Digər lokal kimyəvi agentlər başqa hüceyrələr tərəfindən ifraz olunurlar. Tipik lokal agentlər prostaqlandinlərdir. Onlar təqribən 20 yağ turşuları törəmələrindən ibarət birləşmələrdir. Lokal təsir edən prostaqlandinlər hüceyrələr tərəfindən fasiləsiz ifraz olunur. Onlar membranın fosfolipazaları tərəfindən cəld parçalanır. Müxtəlif prostoqlandinlər geniş təsir spektrinə malikdir. Onlar saya əzələ hüceyrələrinin yığılmasına, qan lövhəciklərinin aqreqasiyasına təsir edir, yumurtalıqda isə sarı cismin inkişafını zəiflədə bilər. Digər lokal agentlər kimi boy amilləri çıxış edir. Simpatik neyronlar üçün sinirlərin boy amili (SBA) daha məşhurdur. Bunlar neyronların in vivo-da və ya hüceyrə kulturasında inkişafı və yaşaması üçün vacibdir. Belə demək olar ki, bu sinif neyronlar üçün hədəf hüceyrələri SBA xaric edir və bununla da düzgün innervasiyanı təmin edirlər. Uyğun olaraq SBA-ə bənzər çoxlu ixtisaslaşmış boy amilləri mövcud olmalıdır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin