Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə9/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   5   6   7   8   9   10   11   12   ...   103
Qız qalası. XII əsrdə inşa olunan, paytaxt Bakının ən gözəl yerində ucalan və şəhərimizin simvoluna çevrilən qala bu gün də öz əzəmətini qorumaqdadır. “Qız qalası” yerli əhəng daşından hörülmüş qüdrətli bir tikilidir. Memarlıq üslubuna görə Şərqdə yeganə abidədir. “Qız qalası silindirik əsas hissədən və ona bitişik bütöv çıxıntıdan ibarət orjinal quruluşa malikdir. Bəzən bu çıxıntını kontrfors (dayaqdivar) da adlandırırlar” [28, s.152]. Yuxarıdan baxanda qala 9 və yaxud 6 rəqəmini xatırladır. Bildiyimiz kimi 9 rəqəmi bir çox xalqlarda müqəddəs hesab edilir. Şərq ölkələrində, türkdilli xalqların yaşadığı ölkələrdə, xeyli miqdarda qala tikililəri vardır. “Qız qalası” haqqında çoxlu sayda əfsanələr, rəvayətlər mövcuddur. Deyilənlərə görə, qalaya əvvəllər  “Quz”, “Oğuz” adları verilmişdir. “Qız” adının burada alınmazlıq mənası daşıdığı qeyd edilir. “Bəzi tədqiqatçılara görə isə, “qız” məfhumu qədim dilimizdə “od” mənasını daşımışdır. Qalanın adı da odla bağlıdır” [132]. Başqa bir fikir də irəli sürülür. Bu fikir ondan ibarətdir ki, qüdrətli, sarsılmaz qalaların yenilməz, alınmaz olduğu anlayışını xalq çox zaman bakirə mənasında “qız” termini ilə ifadə edir. Beləliklə, “Qız qalası yenilməz, fəth edilməz mənasını daşıyır”[51 s.34]. Qız qalasının adının etimologiyası ilə bağlı fərqli fikirlər olsa da, onlardan ən çox haqqında söz edilən qalanın qızla bağlı əfsanənin olmasıdır. Tədqiqatçıların fikrinə görə söhbət Bakı xanının qızından gedir. Qız qalası adlandırılmasının səbəbinə gəlincə, əfsanədə qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Başqa bir əfsanəyə görə qala əvvəllər “Göz qalası” adlandırılmış, zaman keçdikcə isə bu ad xalq deyimində dəyişərək “Qız qalası” şəklini almışdır”.

Fikrimizcə, “Qız qalası” nın adı rəmzi yox, hər hansı bir tarixi həqiqətlə bağlı olaraq yaranıbdır. Şəhərə düşmən hücum edəndə qadın və qızları qorumaq üçün qalada saxlayırlarmış. Məhz bu səbəbdən qalada təyin edici söz “qız” apelyativi işlənmişdir. Ədəbiyyat və incəsənətdə Qız qalasına aid çoxlu sayda əsərlər yaranmışdır. Məsələn, “Qız qalası” əfasanəsi əsasında C. Cabbarlı “Qız qalası” poeması, Ə. Bədəlbəyli “Qız qalası” balet yazmışdır.

Görkəmli şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək məqsədilə onların qəbri üzərində tikilən bina türbə adlanır. Azərbaycanda bir çox türbələr vardır: Gəncədə “Nizami” türbəsi, Ərdəbildə “Şeyx Səfi” türbəsi, Naxçıvanda “Mömünə xatun” türbəsi və s. [31, s.391] .

Bərdə türbəsi. 1322-ci ildə inşa edilən “Bərdə türbəsi” iki qülləvari türbə halında tikilmişdir. Onlardan biri ancaq bugünkü günümüzə kimi gəlib çıxmışdır. Memarı Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvanidir. Abidənin müvafiq kitabəsi uçulub dağıldığından Bərdə türbəsi kimin şərəfinə tikildiyi məlum deyil. Lakin onu Elxanilər sülaləsindən bir nəfər üçün tikildiyi ehtimal olunur. Abidənin bütün səthi, üzərinə, firuzəyi kaşı çəkilmiş kərpiclə naxışlanmışdır. Bu cür orjinal hörgünün kərpic naxışlarında “Allah” sözü mütənasib sürətdə təkrarlanır [27, s. 147]. Abidə üzərində naxışlar və boyalar demək olar ki, çox da dəyişikliyə məruz qalmamışdır. “Bərdə türbəsi” nin adı toponim mənşəllidir, yəni, tikildiyi ərazinin adı ilə bağlıdır. Xalq arasında “Bərdə türbəsi”nə “Nüşabə qalası”da deyilir. Belə bir rəvayət mövcuddur ki, Bərdədə anaxaqanlığı höküm sürürmüş. Bərdəni Nüşabə adlı bir qadın hökmüdar idarə edirmiş. Bu haqda biz Nizaminin “İsgəndərnamə” əsərində oxuyuruq. Nizami xəyalən böyük İsgəndərlə Bərdə hakimi Nüşabəni qarşılaşdırır. Nüşabənin ağılı və cəsarəti ilə İsgəndəri valeh edir. Elçi sifətində gələn İsgəndəri Nüşabə tanıyır və yemək əvəzinə qablarda daş-qaş gətizdirir. Bu ibrətamiz səhnə ilə Nüşabə İsgəndəri nahaq qan tökməkdən və ölkəsini işğal etməkdən çəkindirir.
Hər işi bəllidir, mənə dünyanın.

Mən də bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi, dişisi olmaz.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin