Səmərəli idarəçiliyin xüsusiyyətləri.
Konsensusa bağlı
Hesabatlı
Cavabdeh
Şəffaf
İştiraka əsaslanan
SƏMƏRƏLİ İDARƏÇİLİK
Qanunun aliliyinə əsaslanan
Cavabdeh
Bərabərliyə əsaslanan
Effektivli və səmərəli
Səmərəli idarəçiliyi yuxarıda göstərilən 8 xüsusiyyət fərqləndirir.
Konsensusa bağlı idarəçilik sistemi öz fəaliyyətiylə cəmiyyətdə olan müxtəlif mövqelər və maraqlar arasında vasitəçilik edir və bələliklə cəmiyyət üçün ən faydalı variantın seçilməsində konsensus (ümumi razılıq) yaradır. Konsensusa bağlı idarəçilik sistemi öz fəaliyyətində dövlətin davamlı inkişaf perspektivlərini daimə diqqət mərkəzində saxlayır və ölkənin (və ya konkret icmanın) tarixi, sosial və mədəni şəraitinə əsaslanan inkişaf istiqamətini müəyyən edir.
İştiraka əsaslanan səmərəli idarəçilik qadın və kişilərin eyni səviyyədə idarəçilik prosesində iştirakını nəzərdə tutur. Bu iştirak həm birbaşa həm də vasitəçi institutların və ya da nümayəndələrin köməyi ilə həyata keçə bilər. İdarəçilikdə vətəndaşların iştirakı məlumatlı və təşkilatlanmış şəkildə keçməlidir. Burada cəmiyyətdə söz azadlığı və güclü vətəndaş cəmiyyətlə ünsiyyət mühüm rol oynayır.
Qanun aliliyi. Səmərəli idarəçilik ədalətli obyektiv qanunvericilik sisteminə əsaslanır. O həmçinin, insan haqllarının qorunmasını, xüsusiylə də azlıqların hüquqlarının qorunmasını tələb edir. Qanunların ədalətli tədbiqi yalnız müstəqil məhkəmə sistemi və obyektiv və ədalətli polis sistemi tərəfindən həyata keçirilir.
Effektiv və səmərəli idarəçilik öz resurslarından ən dolğun şəkildə istifadə edərək cəmiyyətin tələbatlarına cavab verir. Burada həm də təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması mühüm rol oynayır.
Şəffaf idarəçilik sistemində qərarların alınması və tədbiqi mövcud olan qaydalara uyğun şəkildə həyata keçirilir. Şəffaf idarəçilik sistemində qərarıar və onların tədbiqi haqqında məlumat bu qərarların təsiri altında olan hər bir vətəndaş üçün açıq olmalı, asanlıqla əldə olunmalı və aydın şəkildə təqdim olunmalıdır .
Cavabdeh idarəçilik sistemində institutlar və proseslər (konkret siyasət, proqram və ya layihədə) maraqlı olan bütün tərəflərə (imkan daxilində) operativ şəkildə xidmət göstərməlidir.
Bərabərliyə əsaslanan idarəçilik bütün vətəndaşlar üçün bərabər imkanlar yaradır və həç kəsi prosesdən kənarlaşdırmır. Bu xüsusiylə aztəminatlı qruplara qarşı həssas yanaşmada və onlara göstərilən dəstəkdə özünü biruzə verir.
Hesabatlı idarəçilik sistemində verilən qərarların təsir dairəsində olan bütün maraqlı tərəflərə mütəmadi şəkildə hesabatlar verilməlidir. Bu həm dövlət orqanlarına, həm də özəl sektora və vətəndaş cəmiyyətinə aiddir. Şəffaflıq və qanun aliliyi olmadan hesabatlı idarəçilik sistemini qurmaq mümkün deyil5.
Beləliklə, konsensusa bağlılıq, bərabərlik, iştirak, qanunun aliliyi, effektivlik və səmərəlilik, cavabdehlik, hesabatlılıq və şəffaflıq səmərəli idarəçiliyin səciyyəvi xüsusiyyətləridi. Bu ümumi konseptual çərçivədə hər bir dövlət öz iqtisadi, sosial, siyasi və mədəni şəraitinə görə və hazırkı idarəçilik sisteminin güclü və zəif cəhətlərini nəzərə alaraq səmərəli idarəçiliyin tətbiqində konkret addımlar müəyyənləşdirir.
Minilliyin digər İnkişaf Məqsədləri kimi gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması da səmərəli idarəçiliyin uğurlu tətbiq olunması ilə bi-la-vasitə bağlıdır. Cəmiyyətdə gender bərabərsiziliyin müxtəlif formalarda davam etməsi vətəndaşların qərar vermə prosesində dolğun və səmərəli iştirakı üçün ciddi əngəllər yaradır və beləliklə idarəçilik sisteminin əsasında duran bərabərlik və iştirak prinsiplərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Gender mənsubiyyətlərinə görə ayri-seçkilik siyasətinin ya da onun daha gizli forması olan “kənarlaşdırma” praktikalarının qurbanı olan vətəndaşlar öz maraqları, problemləri, istəkləri, tənqidləri və təkliflərini idarəçilik sisteminin yaratdıği mexanizmlər vasitəsiylə gündəmə daxil edə bilmədikdə səmərəli idarəçiliyin şəffaflıq, cavabdehlik və effektivlik prinsipləri pozulur.
Eyni zamanda gender bərabərliyinin bütün sahələrdə bərqərar olmasına nail olmaq üçün zəruri olan siyasətlərin formalaşmasında, planlaşdırılmasında, tədbiqində, monitorinq və qiymətləndirilməsində səmərəli idarəçilik sistemi aparıcı rol oynayır. Gender bərabərsizliyinin aradan qaldırılmasına yönələn dövlət proqramları, layihələri və strategiyaları cəmiyyətdə mövcud olan müxtəlif qrupların təlabatrlarını araşdırmalı və nəzərə almalı, vətəndaşların irəli sürdüyü təşəbbüslərə açıq olmalı, konsensus prinsipinə əsaslanaraq formalaşmalı, şəffaf və cavabdeh şəkildə həyata keçirilməlidir. İdarəçilik sisteminin bütün səviyyələrində bərabər imkanların yaradılması üçün lazım gəldikdə dövlət tərəfindən mədəni və sosial səbələr üzündən qərar vermə prosesindən tarixən kənarda qalmış genderin nümayəndələri üçün ünvanlı tədbirlər və proqramlar vasitəsiylə xüsusi şərait yaradılmalıdır. Gender bərabərliyinin bərqərar olması kimi mürəkkəb dövlət vəzifəsi ictimai həyatın saysız sahələrinə təsir göstərir. Müasir dövrün tələblərinə cavab verməyən idarəetmə prosesi bu vəzifənin öhdəsindən gələ bilməz. Yalnız qanun aliliyinə əsaslanan, konsensusa və iştiraka arxalanan, bərabər imkanlar yaradan, hesabatlı, şəffaf, cavabdeh və effektiv idarəçilik mexanizmi vasitəsiylə gender bərabərliyi sahəsində zəruri olan mürəkkəb vəzifələri uğurlu şəkildə həyata keçirilə bilər.
Dostları ilə paylaş: |