PEYĞƏMBƏRLƏRİN VƏ SALEH İNSANLARIN QƏBUL OLUNMUŞ DUALARINDAN BİR NEÇƏ NÜMUNƏ 1) Adəmin Duası
"فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ" “Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir”. (əl-Bəqərə 37). 2) İbrahimin Duası
"وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنَامَ" “Bir zaman İbrahim demişdi: "Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır”. (İbrahim 35). "أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ" “Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?”. (əl-Ənkəbut 67). "وَقَالُوا إِنْ نَتَّبِعِ الْهُدَى مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَا أَوَلَمْ نُمَكِّنْ لَهُمْ حَرَمًا آمِنًا يُجْبَى إِلَيْهِ ثَمَرَاتُ كُلِّ شَيْءٍ رِزْقًا مِنْ لَدُنَّا وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ" “Kafirlər dedilər: "Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq". Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu bunu bilmir”. (əl-Qasas 57). 3) Əyyubun Duası
"وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ. فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِكْرَى لِلْعَابِدِينَ" “Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik”. (əl-Ənbiya 83-84). 4) Zəkəriyyənin Duası
"هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ" “Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən". (Ali İmran 38). "وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ.فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ" “Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!". Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 89-90). 4) Sad İbn Əbu Vaqqasın Duası
عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ: شَكَا أَهْلُ الْكُوفَةِ سَعْدًا إِلَى عُمَرَ رضى الله عنه فَعَزَلَهُ وَاسْتَعْمَلَ عَلَيْهِمْ عَمَّارًا، فَشَكَوْا حَتَّى ذَكَرُوا أَنَّهُ لاَ يُحْسِنُ يُصَلِّى، فَأَرْسَلَ إِلَيْهِ فَقَالَ يَا أَبَا إِسْحَاقَ إِنَّ هَؤُلاَءِ يَزْعُمُونَ أَنَّكَ لاَ تُحْسِنُ تُصَلِّى قَالَ أَبُو إِسْحَاقَ أَمَّا أَنَا وَاللَّهِ فَإِنِّى كُنْتُ أُصَلِّى بِهِمْ صَلاَةَ رَسُولِ اللَّهِ مَا أَخْرِمُ عَنْهَا، أُصَلِّى صَلاَةَ الْعِشَاءِ فَأَرْكُدُ فِى الأُولَيَيْنِ وَأُخِفُّ فِى الأُخْرَيَيْنِ. قَالَ ذَاكَ الظَّنُّ بِكَ يَا أَبَا إِسْحَاقَ. فَأَرْسَلَ مَعَهُ رَجُلاً أَوْ رِجَالاً إِلَى الْكُوفَةِ، فَسَأَلَ عَنْهُ أَهْلَ الْكُوفَةِ، وَلَمْ يَدَعْ مَسْجِدًا إِلاَّ سَأَلَ عَنْهُ، وَيُثْنُونَ مَعْرُوفًا، حَتَّى دَخَلَ مَسْجِدًا لِبَنِى عَبْسٍ، فَقَامَ رَجُلٌ مِنْهُمْ يُقَالُ لَهُ أُسَامَةُ بْنُ قَتَادَةَ يُكْنَى أَبَا سَعْدَةَ قَالَ أَمَّا إِذْ نَشَدْتَنَا فَإِنَّ سَعْدًا كَانَ لاَ يَسِيرُ بِالسَّرِيَّةِ، وَلاَ يَقْسِمُ بِالسَّوِيَّةِ، وَلاَ يَعْدِلُ فِى الْقَضِيَّةِ. قَالَ سَعْدٌ أَمَا وَاللَّهِ لأَدْعُوَنَّ بِثَلاَثٍ، اللَّهُمَّ إِنْ كَانَ عَبْدُكَ هَذَا كَاذِبًا، قَامَ رِيَاءً وَسُمْعَةً فَأَطِلْ عُمْرَهُ، وَأَطِلْ فَقْرَهُ، وَعَرِّضْهُ بِالْفِتَنِ، وَكَانَ بَعْدُ إِذَا سُئِلَ يَقُولُ شَيْخٌ كَبِيرٌ مَفْتُونٌ، أَصَابَتْنِى دَعْوَةُ سَعْدٍ. قَالَ عَبْدُ الْمَلِكِ فَأَنَا رَأَيْتُهُ بَعْدُ قَدْ سَقَطَ حَاجِبَاهُ عَلَى عَيْنَيْهِ مِنَ الْكِبَرِ، وَإِنَّهُ لَيَتَعَرَّضُ لِلْجَوَارِى فِى الطُّرُقِ يَغْمِزُهُنَّ.
Cabir İbn Səmura rəvayət edir ki, Kufəlilər Ömərə Sad İbn Əbu Vəqqasdan şikayət etdilər. Buna görə də Ömər onu (bu vəzifədən) kənarlaşdırdı və yerinə Əmmar İbn Yasiri hakim təyin etdi. Kufəlilər (çox) şikayət etdilər, hətta (Sadın) namazı lazımı qaydada qılmadığını belə iddia etdilər. Belə olduqda, Ömər adam göndərib onu yanına çağırtdırdı və dedi: “Ey Əbu İshaq! Bunlar iddia edirlər ki, sən namazı lazımı qaydada qılmırsan”. Əbu İshaq: “Mənə gəlincə, vallahi ki, mən onlara Peyğəmbərin namazını qıldırmışam və bundan (heç bir şey) əskiltməmişəm. İşa namazını qıldıranda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam”. Ömər: “Mən elə belə də bilirdim, ey Əbu İshaq!”– dedi, sonra da onunla birlikdə Kufəyə bir və ya iki adam göndərdi ki, gedib kufəlilərdən onun barəsində soruşsunlar. (Kufədə) elə bir məscid qalmadı ki, (göndərilən adam) onun barəsində soruşmasın. Hamı onu təriflədi. Axırda həmin adam Abs oğullarının məscidinə gəldi. Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə İbn Qətadə adlı birisi ayağa qalxıb dedi: “Madam ki, and verib bizdən soruşdun, (onda bil ki,) Sad (heç vaxt) döyüşə gedən dəstəyə qoşulmayıb, (qənimətləri) düzgün bölüşdürməyib və şəriət məsələlərində ədalətlə hökm verməyib”. Sad: “İndi ki belə oldu, onda vallahi ki, mən də üç şeylə bağlı (Allaha) dua edəcəyəm: “Allahım! Əgər sənin bu qulun yalançıdırsa, üstəlik bunu özünü göstərmək və ad qazanmaq məqsədi ilə edirsə, onda onun ömrünü uzat, yoxsulluğunu artır və onu bəlalara düçar et!”. (Uca Allah onun duasını qəbul etdi). Sonralar həmin adamdan (onun halı barədə) soruşanda deyərdi: “Mən başıbəlalı bir qocayam, məni Sadın bədduası tutub”. AbdulMəlik: “Sonralar mən o adamı gördüm, qocalığından qaşları gözlərinin üstünə düşmüşdü, özü də küçələrdə cariyələrə əl atırdı”130.
5) Səid İbn Zeydin Duası
عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ أَنَّ أَرْوَى بِنْتَ أُوَيْسٍ ادَّعَتْ عَلَى سَعِيدِ بْنِ زَيْدٍ أَنَّهُ أَخَذَ شَيْئًا مِنْ أَرْضِهَا فَخَاصَمَتْهُ إِلَى مَرْوَانَ بْنِ الْحَكَمِ. فَقَالَ سَعِيدٌ أَنَا كُنْتُ آخُذُ مِنْ أَرْضِهَا شَيْئًا بَعْدَ الَّذِى سَمِعْتُ مِنْ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- قَالَ وَمَا سَمِعْتَ مِنْ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- يَقُولُ « مَنْ أَخَذَ شِبْرًا مِنَ الأَرْضِ ظُلْمًا طُوِّقَهُ إِلَى سَبْعِ أَرَضِينَ ». فَقَالَ لَهُ مَرْوَانُ لاَ أَسْأَلُكَ بَيِّنَةً بَعْدَ هَذَا. فَقَالَ اللَّهُمَّ إِنْ كَانَتْ كَاذِبَةً فَعَمِّ بَصَرَهَا وَاقْتُلْهَا فِى أَرْضِهَا. قَالَ فَمَا مَاتَتْ حَتَّى ذَهَبَ بَصَرُهَا ثُمَّ بَيْنَا هِىَ تَمْشِى فِى أَرْضِهَا إِذْ وَقَعَتْ فِى حُفْرَةٍ فَمَاتَتْ.
Hişam İbn Urva atasından rəvayət edir ki, Ərva Binti Uveys, Səid İbn Zeydin torpağından bir parça almış və (özünün olduğu) iddiası ilə Mərvan İbn Həkəmə şikayət etmişdir. Səid: “Mən Peyğəmbərin bu sözlərini eşitdikdən sonra heç onun yerindən bir şey alarammı?” dedi. Mərvan: “Sən Peyğəmbərdən nə eşitdin?” dedi. Peyğəmbərdən eşitdim: “Hər kim zülm yolu ilə bir qarış yer alarsa (Qiyamət günü) yeddi qat qarşılığında Qiyamət günü yeddi qat yer onun boynuna dolanacaqdır”. Mərvan: “Bundan sonra səndən hər hansı bir sübut istəmirəm” dedi. Səid: “Allahım! Əgər bu qadın yalan danışırsa gözlərini kor et, (həmən) torpaqda da canını al!” dedi. Ravi deyir: “Bu qadın kor olmadan ölmədi, öz yerində dolaşdığı zaman bir çuxura düşərək öldü”131.