Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə17/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   13   14   15   16   17   18   19   20   ...   386
مسح اليدين على الوجه بعد الدعاء

DUA ETDİKDƏN SONRA ƏLLƏRİ ÜZƏ MƏSH ETMƏK (SÜRTMƏK) BARƏSİNDƏ RİSALƏ
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.

Sonra: Bu risaləyə başlamamışdan öncə, Fiqh və Hədis elimində bir neçə qaydalara toxunmağı mühüm bildik. Toxunacağımız məsələlərin bu mövzu ilə birbaşa əlaqəsi vardır. Allahın izni ilə bu qaydaları bilmək nəinki bu mövzuda, hətta digər şəri məsələləri başa düşüməkdə yardım edəcəkdir. 1. İbadət sayılan (adlandırılan) istənilən bir əməl və ya söz, hansı ki, onun vasitəsilə insan Allaha yaxınlaşmağı və Onun rəhmətini qazanmağı istəyir vacibdir ki, Şəri dəlilə əsaslansın. Şəri dəlil isə ya Qurani Kərim, ya da Peyğəmbər  Sünnəsi olmalıdır. Möminlərin anası Ummu Abdullah Aişə132 rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır (Başqa bir rəvayətdə: «Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunandır)»133. Hafiz İbn Rəcəb  deyir ki: "Bu hədis İslam dinində böyük bir yer tutur və onun özüllərindən biridir. O, sanki əməllərin zahiri tərəfini ölçmək üçün bir meyardır (ölçü vahididir), halbuki - Möminlərin Əmiri Əbu Həfsə Ömər İbn əl-Xəttab  deyir ki, mən Peyğəmbərin  belə buyurduğunu eşitdim: «Əməllər ancaq niyyətlər ilədir və hər bir kimsə üçün ancaq niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti134 Allah və Rəsulu ücündürsə, onun hicrəti Allah və Rəsulu ücündür. Hər kimin hicrəti əldə edəcəyi bir dünyalıq (mal-dövlət) və ya nigahlanacağı bir qadın üçündürsə, onun hicrəti nə ücün hicrət etmiş isə elə onun üçündür!»135. Hədisi İsə - əməllərin batini tərəfini ölçmək üçün bir meyardır (ölçü vahididir). Həmçinin Allah üçün edilməyən istənilən bir əməl, sahibi üçün heç bir fayda (savab) gətirmədiyi kimi, Allah və Rəsulunun əmri olmdan edilən bir əməl də sahibinə geri rədd olunacaqdır. Allah və Rəsulunun izn vermədiyi istənilən (söz və əməl) din adı ilə bir kimsə ortaya çıxarmağa çalışarsa o, dindən deyildir (heç bir əlaqəsi yoxdur). Peyğəmbərin : «Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan (bir əməl) edərsə" – sözü insanın etdiyi dini əməllərinin hər birinin şəriətə uyğun olmasına dəlildir"136.

Bu hədisə əsaslanaraq Alimlər bir neçə mühüm qaydalar irəli sürüblər: Qayda: 1). Allahın dinində əsas (təməl) ondan ibarətir ki, istənilən əməl hansı ki, Allah və Rəsulu əmr etməyib qadağandır. Yəni ibadətin əsli haramdır. Quran və Sünnədən dəlil olmadıqca ibadət etmək olmaz. Məs: Bir nəfər 3 rükət sübh namazını qılır. Sən ona deyirsən ki, olmaz belə etmək. O, da deyir ki, sübut et. Sən nə edəcəksən? Gedib dəlil axtaracaqsan? Xeyr, o dəlil gətirməlidir ki, bu şəriətdə var. 2). O, ki qaldı məişətdə (yaşayışa) aid olan yemək, içmək, geyim, maşın, ev və s. əsl odur ki, halaldır onun qadağan olunmasına Quran və Sünnədən dəlil gəlməyənicə. Yəni nə istəyirsən ye, iç, geyin və s. Allahın qadağan etdiklərindən başqa.

Belə ki, istənilən bir ibadətin qanunauyğun və doğru olması üçün Quran və Sünnədən onu təsdiq edən bir dəlil olmalıdır. Məlumdur ki, İslam ümmətində bidətlərin meydana gəlməsinə başlıca səbəb müsəlmanların uydurma və zəif hədislərə əsaslanmaları olmuşdur. Bu yerdə istərdim ki, hədis alimlərinin uydurma və zəif hədis barəsində sözlərini qeyd edim. Bütün alimlər həmfikirdilər ki, Movdu (uydurma) hədis şəriətdə dəlil ola bilməz. Heç bir məsələdə Movdu (uydurma) isnadlara arxalanmaq olmaz. Zəif hədisə gəldikdə isə bu məsələdə alimlər arasında ayrılıq vardır. Bir qrup alimlər müəyyən edilmiş şərtlərə əməl edildiyi təqdirdə zəif hədis ilə əməl etməyi icazə vermişlər: 1. Zəif hədis - Tərhib Vət Tərğib – qorxutmaq (günahlardan çəkindirmək) və ədəbləndirmək (yaxşı işlərə sövq etmək) üçün və s. Buna bənzər məsələlərdə tətbiq edilə bilər. Lakin ayrıca şəri bir hökm çıxarmaq üçün tətbiq edilməməlidir. 2. Zəif hədisin məzmununun (mətninin) Quran və Sünnə ilə səhih əsası olmalıdır. 3. Belə bir hədisi söylədiyin zaman onun zəif olduğunu söyləməyin vacibliyi və Peyğəmbər  belə bir şeyi söyləmədiyinə etiqad etmək.

Digər qrup alimlər – Yəhyə İbn Məin, Abu Hətim, Əbu Zura, Buxari, Müslim, Hibban, Əbu Bakr İbn Arabi, İbn Teymiyyə, İbn Rəcəb, əl-Məqdisi, Şovkani, Əhməd Şakir, əl-Albani, Muqbil137 – Allah Onlardan Razı Olsun - Zəif hədis ilə heç bir halda əməl edilmədiyini söyləmişlər. Peyğəmbər  buyurdu: «Mənim adımdan yalan uydurmayın. Hər kim söyləmədiyimi mənə isnad edərsə heç şübhəsiz ki, atəşə girər»138. Peyğəmbər  buyurdu: «Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»139. Peyğəmbər  buyurdu: «Heç şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqa bir kimsənin ağzından yalan söyləmək kimi deyildir. Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»140. Hafiz İbn Həcər  Peyğəmbərin : "Özü yalan saydığı halda kim mənim adımdan yalan danışarsa o, kimsə yalançıdır – hədisi barəsində deyir ki: "Peyğəmbərin  söyləmədiyi bir şeyi onun adından söyləmək qadağan edildiyi halda bu kimi şeylərə əməl etmək barəsində nə demək olar? Fərq etməz, istər bu Əhkam (etiqadi) məsələlər olsun, istərsə də Fəzilətlər babından olsun. Çünki bunların hamısı Şəriətdir"141. İmam Şovkani  deyir ki: "Əhkam (etiqad) ilə bağlı hədislər ilə, Fəzilətlər ilə bağlı hədislər arasında heç bir fərq yoxdur. Çünki bütün bunlar Şəriətdir. Kim ki, bunlar arasında xeyir naminə fərq qoyursa qoy dəlilini gətirsin"142. Əhməd Şakir  deyir ki: "Zəif hədisin zəifliyini vurğulamaq (söyləmək) vacibdir. Ondan ötrü ki, hədisi heç kəs səhih qəbul etməsin. Bu da istər əhkam (etiqad) ilə bağlı hədislər olsun, istərsə də fəzilətlər ilə bağlı hədislər arasında heç bir fərq yoxdur. Peyğəmbərdən  Səhih və Həsən isnad ilə rəvayət olunandan başqası dəlil ola bilməz"143.

Bu Zəif hədisin Tərğib Vət Tərhib - ədəbləndirmək (xeyirə yönəltmək) və qorxutmaq (qadağalanrdan çəkindirmək) kimi şəriət məsələlərində tətbiq edilməsi barəsində idi. O, ki qaldı Zəif hədisin Əqidə (Etiqadi), halal və haram və həmçinin İbadət məsələlərində bu barədə alimlər arasında heç bir fikir ayrılığı yoxdur. Şeyxulİslam İbn Teymiyyə  deyir ki: "İmamlardan heç kimsə Zəif hədisə əsaslanaraq bir şeyin Vacib və ya Müstəhəb olduğunu söyləməmişlər. Lakin kimsə bunun əksini söyləyərsə artıq İcmanın rəyinə zidd getmiş olar"144.


Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin