Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə98/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   94   95   96   97   98   99   100   101   ...   386
QuşüzümüПасленSolanum L. Badımcan-çiçək­lilər (Solanaceae) fəsiləsindən yarımkol və ya kol bitkisidir. 1700 növü məlumdur. Keçmiş SSRI-də 18 növünə, Azər­bay­canda 6 növünə rast gəlinir. Çoxillik, bəzən birillik yarımkol və ya kol, nadir hallarda ağaclardır. Yarpaqları növbəli və qar­şılıqlı düzülür. Ikicinsiyyətli, beşüzvlü çiçəkləri qrup ha­lında və ya tək-tək yerləşir. S.dulcamaraS.nigum növ­lərinin tərkibində solanin alkaloidi olduğu üçün zəhərlidir. Solanum Laciniatum Ait növünün tərkibindəki solasodinsolomarqin qlikozidləri tibbdə geniş tətbiq olunan proqesteronkortizon hormonal preparatları almaq üçün istifadə edilir.

Fal-fal quşüzümüПаслен дольчатый – Solanum Laciniatum Ait suvarılan torpaqlarda becərilir və 3-4 m hündürlüyündə çoxillik həmişəyaşıl koldur. Əsas təsiredici maddəsi olan solasodin bitkinin kütləvi çiçəklədiyi dövründə toplanır. Yarpaqlarında 2,48-3,87%, zoğlarında 0,36-0,32%, kökündə 0,5%, meyvələrində 3,5% (kal meyvələrdə 6,16%-ə qədər) solasodin (C27H23O2H2O) qlikozidi vardır. Sənaye məq­sədilə bitkinin yarpaqlarından istifadə olunur. Bu günə qədər kortizonun sintezi üçün solasodin əsas xammal hesab olunur. Buna oxşar digər quşarmudunun (Solanum psey­docap­sicum L.) tərkibindən solanokapsin qlikozidi alınmışdır.

Quşüzümündən alınan preparatlar mərkəzi əsəb siste­minin, ürəyin fəaliyyətinin və iltihabi proseslərinin müali­cə­sində istifadə olunur. Solasodinin 1-2 mq/kq dozasında tətbiqi qan təzyiqini aşağı salır. Eyni zamanda, solasodinin qanın laxta­lanmasına, soyuqdəyməyə qarşı da istifadə olunur. Belə­liklə, solasodin əsasən soyuqdəyməyə qarşı, kardioloji təsirinə və qanın laxtalanmasının vaxtını uzatmaq məqsədilə istifadə olu­nur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin