Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə112/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   108   109   110   111   112   113   114   115   ...   386
Üzüm – Виноград Vitis vinifera. Üzüm (Vitaceae) fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70 növündən ikisi Azərbaycanda bitir. Bunlardan meşə və Amur üzümü daha geniş yayılmışdır. Üzüm kolabənzər sarmaşan bitki (liana) olub, gövdəsinin uzunluğu 20-40 m-ə çatır. Qonur-sarı rəngli qabıqla örtülmüş budaqları üzərində növbə ilə düzülmüş girdə yarpaqları və nəzəri cəlb etməyən xırda, sarı-yaşıl çiçəkləri vardır. Meyvəsi müxtəlif formalı gilədən ibarət olub, yetişəndə müxtəlif rəngə (yaşılımtıl-sarı, bənövşəyi, qara və s.) boyanır. Meyvəsi şirəli, ətirlidir, şirin, turşməzə dada malikdir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvəsi isə avqust-sentyabr aylarında yetişir.

Üzüm, son dərəcə qiymətli bitki olub, çox geniş miq­yasda becərilir. Eramızdan hələ çox qabaq üzüm tənəyi qədim mi­sirlilər tərəfindən becərilmiş və onun giləsindən bir çox ne­mətlər, o cümlədən şərab hazırlanmışdır. Üzümdən hazır­lanan kişmiş, şərbət, xoş ətirli doşab və digər qida məhsulları çox faydalı nemətdir.

Azərbaycanın, demək olar ki, əksər rayonlarında, xalqı­mızın çox sevimli neməti kimi üzüm tənəyi becərilir. Respublikamızda son illərdə üzümün sürətlə inkişaf etdiril­məsilə əlaqədar olaraq onun tərkibi və müalicə xassələri də öyrənilmişdir. Müəyyən edilmişdir ki, üzüm giləsinin şirəsində bir sıra müalicə əhəmiyyəti olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), üzvi turşuları (limon, alma, şərab, salisil və s.), dəmir duzlarını, kalium-perman­qa­natı, C, B1 vitaminlərini, karotini, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağı da çox faydalıdır. Onun tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddələri, üzvi turşular və s. vardır.

Meşə üzümü iyun-iyulda çiçəkləyir. Meyvələri sentyabr­da yetişir. Meşə üzümünün gilələri xırda, tünd bənövşəyi, qara, yaşıl rəngdə olur. Salxımları balaca olmaqla, çəkisi 40-60 q-a qədərdir. Dadı turş və ya turşa-şirindir. Aşılayıcı maddəsi çox olduğundan gərdir. Tərkibində 10-13% şəkər, 1,2-2%-ə qədər üzvi turşu vardır. Şirəsinin çıxarı 54%-dir. Tumunda 8-20% yeməyə yararlı yağ olur. Qovurduqda qəhvə əvəzedicisi kimi istifadə edilir. Meşə üzümü təzə halda yeyilir, ondan şirə, şərab, nastoyka, sirkə, kisel, kompot, mürəbbə hazırlanır. Meşə üzümünü qurudulur, bəzən qışa saxlamaq üçün şorabaya da qoyulur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin