Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə371/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   367   368   369   370   371   372   373   374   ...   386
Çay – Чай – Thea. Çay (Theaceae) fəsiləsinə aid çoxillik həmişəyaşıl bitki­dir. Bu fəsilənin Yer kürəsinin tropik və subtropiklərində yetişən 23 cinsi və 380 növü məlumdur. Çay bitkisinin vətəni Çindir. Lakin yabanı halda bitən çay bit­kisi Hindistan, Vyetnam və Birma meşələrində də ta­pılmışdır.

Çay istehsalı üçün Thea cinsinə aid bitkilərdən istifadə olunur. Çayın növ adı ilk dəfə 1753-cü ildə yunan ilahəsi Tea­nın şərəfinə məşhur botanik Karl Linney tərəfindən verilmişdir. Çayın bu cinsi­nin iki növü vardır və bunlar formalarının bioloji və mor­foloji xüsusiyyətlərinə görə fərqlənir.

1. Çin çayıT. sinensis, buraya Yapon, Çin və iriyar­paqlı Çin çayının növmüxtəliflikləri aiddir.

2. Hindistan çayıT. assamica, buraya yerli Assam, Lu­şay, Nahahill, Manipur, Sinqlo, Birma, Şan, Seylon hib­ridinin növmüxtəliflikləri aiddir.

Azərbaycan şəraitində çayın Çin növmüxtəlifliyi yayıl­mışdır. Bu həm 12-140C şaxtaya dözümlü, həm də qu­raqlığa, zərərverici və xəstəliklərə qarşı davamlıdır. Bunla­rın yarpaqları orta irilikdədir.

Çay yarpağının ilkin emalı nəticəsində çayın fabrik sort­ları, onların çayçəkici fabriklərdə kupaj edilməsindən isə çayın ticarət sortları əldə edilir. Yer kürəsinin bütün qi­tələrində iş­lə­dilən çaylar istər rənginə, ətrinə və tamına, is­tərsə də ema­lolunma üsullarına görə bir-birindən fərqlənir. Ona görə də dünya bazarına aşağıdakı tip və növmüxtəlif­liyində çaylar daxil olur.

1. Məxməri çaylar:

1.1. Qara məxməri çay;

1.2. Yaşıl məxməri çay;

1.3. Sarı məxməri çay;

1.4. Qırmızı çay (oolonq).

2. Preslənmiş çaylar:

2.1. Yaşıl-kərpic çay;

2.2. Qara plitka çayı;

2.3. Yaşıl plitka çayı;

2.4. Qara və əlavəli həbşəkilli çaylar.

3. Ekstraksiyaolunmuş çaylar:

3.1. Qara və yaşıl maye çay ekstraktı;

3.2. Qara və yaşıl tozvarı (tez həllolan) çay ekstraktı.

Yuxarıda göstərilən çaylar, istər emalın texnoloji reji­minə və istərsə də öz xassəsinə, kimyəvi tərkibinə və key­fiyyətinə görə biri digərindən fərqlənir.

Çay bitkisi dünyanın 30-dan çox ölkəsində becə­rilir və emal edilir.

Əsas çay istehsal və ixrac edən ölkələr Asiyada – Hin­distan, Çin, Şri-Lanka, Yaponiya, İndoneziya, Türkiyə, Ban­qladeş, Vyetnam, Tayvan, Iran; Afrikada – Keniya, Malavi, Tan­zaniya, Zimbabve, Ruanda, Mozambik, Mav­riki, Zair, Uqanda; Cənubi Amerikada – əsasən Argentina və Braziliyadır.

Rusiyada çay ilə ilk dəfə Sibir əhalisi tanış olmuşdur. 1638-ci ildə Altın xan (Monqolustan) Moskvaya qayıdan rus səfiri Vasili Starkov vasitəsilə çara (Mixail Fyodoroviçə) gön­dərdiyi hədiyyənin içərisində 200 paçka (4 pud) çay da ol­muşdur.

Moskvada hazırlanmış çay saray əyanlarının xoşuna gəlir və sonralar boyarlar tərəfindən ölkədə yayılmağa baş­layır. 1679-cu ildə Çin ilə Rusiya arasında bağlanan müqa­viləyə əsasən ölkəyə Çindən çay gətirilməyə başlanır.

Nümunə üçün çay kolu ilk dəfə 1814-cü ildə Krımda, Nikitin botanika bağında əkilmişdir. Rusiyada çay bitkisi sənaye məqsədilə Çindən gətirilən şitillərlə (1833-cü il) əkil­məyə başlanmışdır.

Gürcüstan və Azərbaycan respublikalarında, İkinci Dün­ya müharibəsindən sonra isə Krasnodar diyarında da sənaye əhəmiyyətli sahələrdə çay becərilirdi.

Azərbaycanda çay bitkisinin becərilməsinin elmi əsas­lar üzrə öyrənilməsinə 1929-cu ildən başlanmışdır.

1929-cu ildə Lənkəran dayaq məntəqəsilə, eyni vaxtda Zaqatala təcrübə stansiyasında Prof. A.D.Rəcəbli çay tum­larının səpinini aparmış və uğurlu nəticə əldə etmişdir.

Çay bitkisi ilə təcrübələr eyni zamanda, 1931-1932-ci illərdə Lənkəran rayonunda sabiq Ümumittifaq Elmi-Təd­qiqat Çay İnstitutunun və «Çay Qruziya» trestinin Lənkə­randakı dayaq məntəqəsində də aparılmışdır.

1934-cü ildə ilk dəfə kolxozlarda da sənaye miqyaslı çay plantasiyalarının salınmasına başlanılmışdır.

Azərbaycanda çay ilk dəfə 1896-cı ildə Lənkəranda əkil­mə­sinə başlanmışdir. Inkişaf etməkdə olan çay sənayesinə rəh­bərlik etmək üçün 1937-ci ildə sərbəst «Azərbaycan Çay» tresti təşkil edilmişdir. Bu trest Azərbaycan Yeyinti Sənayesi Xalq Ko­missarlığının nəzdində yaradılaraq respublikada çayçılığın möhkəmlənməsində mühüm rol oynamışdır. O vaxt ilk çay emal edən fabrik tikilib istifadəyə verilmiş və 1937-ci ildə ilk dəfə 2750 kq Azərbaycanın «qara məxməri çay»-ının bura­xılmasına müvəffəq olmuşdular.

Azərbaycanda 1980-cı illərin sonunda baş verən mə­lum hadisələr kənd təsərrüfatının digər sahələrində olduğu kimi çayçılığa da öz mənfi təsirini göstərdi. Bazar iqtisa­diyyatına keçid ərəfəsində çay becərilməsi və çay emalı ilə məşğul olan­lar maddi texniki və təşkilati cəhətdən bir sıra çə­tinliklərlə üz­ləşdilər ki, bu səbəbdən də çay plantasiyala­rında aqrotexniki xidmət işləri dayandırıldı və baxımsızlıq uc­batından külli miqdarda çay kolları quruyub sıradan çıxdı.

XX əsrin 80-90-cı illərində Azərbaycanın çay fabrik­lərində istifadə olunan texnika və texnologiya artıq köh­nəl­mişdi. Ona görə də istehsal olunan çayların keyfiyyəti Dövlət standartlarının tələbinə tam dolğunluğu ilə cavab vermirdi. Bu sahədə yeniliyi 1996-cı ildə fəaliyyətə başlayan «Sun Tea Azerbaycan» Çay Paketləmə Fabriki həyata keçirdi. Bu fabrik Müstəqil Dövlətlər Birliyində böyük istehsal gücü ilə işə başlayan Azərbaycandakı ilk çay paketləşdirici fabrikidir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin