Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə13/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   164
-funksional-

Sosioloji

metod




məhsulun

faktiki istehlakçılarının

fikri haqqında

informasiyaların

toplanmasına



analizinə

əsaslanır.

İnformasiyanın

toplanması şifahi sorğu vasitəsilə və

ya əhali arasında anketlərin yayılması

ilə, həmçinin

konfransların,

sərgilərin

və s. təşkili yolu ilə həyata keçirilir.

Əldə olunan

məlumatlar ümumiləşdirilir və riyazi-statistik

üsulla işlənir.

13
1.3. Ərzaq mallarının keyfiyyətinə təsir edən amillər


Ərzaq mallarının keyfiyyətinə təsir edən amillər müxtəlifdir. Bunlar məhsul istehsalı və hazır məhsulun istehlaka qədər çatdırılması mərhələləri kimi iki qrupa bölünür:
- istehlak mallarının keyfiyyətinin formalaşmasına təsir edən amillər;


  • istehlak mallarının keyfiyyətini qoruyub saxlayan amillər.

İstehlak mallarının keyfiyyətinin formalaşmasına təsir edən amil-lərə normativ-texniki sənədlərin keyfiyyəti, məhsul istehsalında istifadə olunan alət və avadanlığın keyfiyyəti, xammal və yardımçı malların keyfiyyəti və istehsal texnologiyası rejiminə riayət edilməsi aiddir.


İstehlak mallarının keyfiyyətini qoruyub saxlayan amillərə məhsulları istehsaldan istehlaka çatdırılana qədər keyfiyyəti qoruyan amillər aiddir. Bu amillərə malların markalanması, qablaşdırılması, daşın-ması və saxlanılması aiddir.
Ərzaq məhsullarının keyfiyyətinə təsir edən amilləri şəkil 1.1-dəki sxem üzrə göstərmək olar.
İstehlak mallarının keyfiyyətini formalaşdıran amillər öz növbə-sində obyektiv və subyektiv ola bilər. Obyektiv amillərə xammal, yarım-fabrikatlar, istehsalın texniki səviyyəsi, mexanikləşdirilməsi və avtomatlaş-

dırılması, müasir

istehsal texnologiyası və keyfiyyətə nəzarətin texniki




vasitələri və s. aiddir. Obyektiv amillər subyektiv

amillərə nisbətən daha




stabil hesab edilir.










































































































Норматив-










Хаммалын,




Технолоэи-










Истещсалчынын













техники










йарымфабри-




йанын вя










ямяйинин










сянядлярин










катларын вя




аваданлыьын










кейфиййяти








































кейфиййяти










материалларын




кейфиййяти














































кейфиййяти









































































































































































Истещсалын кейфиййяти



























































































































































































Сахланылманын,




























Истещлакын кей-













дашынманын вя










Мящсулун кейфиййяти










фиййяти (йейинти
















сатышын




























мящсулларынын











































кейфиййяти




























мянимсянилмясi)




































































Şəkil 1.1. Məhsul keyfiyyətini formalaşdıran və qoruyan amillər
Subyektiv amillər insan fəaliyyəti ilə əlaqədar, onun öz funksiya-sını yerinə yetirmə qabiliyyətindən və öz işinə münasibətindən asılıdır. Belə amillərdən işçilərin təhsil səviyyəsi, ustalıq dərəcəsi, insanların
14
psixoloji kamilliyi və əməyin nəticəsinə şəxsi marağını qeyd etmək olar. İstehsalatda çalışan işçinin ustalıq dərəcəsi və qabiliyyəti nə qədər yüksək olarsa, məhsul keyfiyyəti də bir o qədər yüksək olar.
İstehlak mallarının keyfiyyətinə malların standartlaşdırılması, eləcə də standartların səviyyəsinin yüksəlməsi müsbət təsir göstərir. Keyfiyyətə

verilən




tələblər,

ayrı-ayrı

göstəricilərin

normaları və

səviyyəsi,

mal

haqqında

digər məlumatlar standartlarda qanuni bir amil kimi nizama

salınır.




Standartlarda

məhsulların

keyfiyyəti



zərərsizliyi

haqqında

tələblər




mütləq

öz

əksini

tapmalıdır.

Hazırda istehlak

mallarının

çeşidi

yeniləşir

və keyfiyyəti yaxşılaşdırılır. Ənənəvi və yeni xammallardan

istifadə




olunmaqla, az tapılan kənd təsərrüfatı

xammalının

əvəzedici-

lərindən

istifadə

olunmaqla yeni növ məhsul istehsalının

texnologiyası

işlənir

və istehsalata

tətbiq olunur. Ona görə də

məhsul keyfiyyəti

üçün

əsas

amil xammalın

keyfiyyəti və onun

müxtəlifliyidir.

Bu

isə

məhsulun

təyinatı




nəzərə

alınmaqla

onun

tərkibindən



texnoloji

xassələrindən

asılıdır.

Məsələn,

buğda dənindən müxtəlif təyinatı olan un istehsal etmək

olar. Çörəkçilik

unu, makaron unu, qənnadı məmulatı üçün

un

və s.

Xammal

əsasən

kənd təsərrüfatından,

yaxud

digər

təsərrüfat

sahələrindən

əldə edilən məhsuldur. Xammal dedikdə hazır məhsul (yarımfabrikat) və yarımfabrikat anlayışlarını fərqləndirmək lazımdır. Ərzaq məhsulları istehsalında bəzi məhsullar digər istehsal sahələri üçün yarımfabrikat rolu-nu oynayır. Məsələn, tökmə rafinad qənd istehsalı üçün şəkər tozu yarım-fabrikat hesab edilir, lakin şəkər tozu öz növbəsində hazır məhsul kimi ayrılıqda qida məqsədləri üçün istifadə olunur.


Ərzaq malları istehsalında istifadə olunan xammal və yarımfabri-katların keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə uyğun olmalıdır. Xammalın, xüsusən də kənd təsərrüfatı xammalının keyfiyyətinə, kənd təsərrüfatı elminin inkişafının vəziyyəti, təsərrüfatların lazımi texnika ilə təchizi, ixtisaslaşdırılmış işçi qüvvəsi ilə təmin olunması, gübrələrdən, zəhərli kimyəvi maddələrdən düzgün istifadə olunması, istehsalın iqtisadi səmərəliliyi sistemi, məhsulun tədarükü və s. təsir edir.
Bu sahədə əsas amil kimi becərilən kənd təsərrüfatı bitkilərinin sortu və bəslənən mal-qaranın cinsi nəzərə alınmalıdır. Bitkilərin sort aidiyyatı əsas təsərrüfat və istehlak xassələrinin kompleks göstəricisidir. Bunlardan yetişmə müddəti, məhsuldarlıq, qidalılıq dəyəri, dad, ölçü, xarici görünüş, saxlanılmağa və daşınılmağa davamlılıq və s. aiddir. Məh-sulun sortuna və keyfiyyətinə torpaq-iqlim şəraiti də təsir edir.
Təəssüflər olsun ki, çox vaxt kənd təsərrüfatı xammalının keyfiy-yəti müvafiq məhsul istehsalının tələbatını ödəmir. Məsələn, buğdanın bərk və «güclü» sortlarının əkin sahəsinin azlığı unüyütmə sənayesinin tələbinə cavab verir, şəkər çuğundurunda saxarozanın miqdarının az olması ondan

15
şəkər çıxarını azaldır, kartof, meyvə və tərəvəzin keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab vermir.


Məhsul keyfiyyətinə istehsal texnologiyası və orada tətbiq olunan maşın və avadanlığın keyfiyyəti əhəmiyyətli dərəcədə təsir göstərir. Eyni xammaldan müxtəlif keyfiyyətdə məhsul istehsal edilə bilər.
Son illər istehsalatda yüksək texnologiyadan, avtomatlaşdırılmış və kompüterləşdirilmiş istehsal xətlərindən istifadə olunur. Məsələn, Azərsun «Holdinq»in tərkibində fəaliyyət göstərən “Bakı Yağ Fabriki” və “Sun Tea Azərbaycan” çay fabrikində tətbiq olunan müasir texnologiya, avtomatlaş-dırılmış və mexanikləşdirilmiş istehsal texnologiyası yüksəkkeyfiyyətli yağ məhsullarından “Final”, “Super Sun”, “Möcüzə” və s., çay məhsullarından müxtəlif çeşidli “Final” və “Məryəm”, “Azərçay” və digər markalarda qara məxməri çaylar istehsal edilir. Bu məhsulların keyfiyyətini qoruyan amil kimi yüksəkkeyfiyyətli, zərərsiz materiallardan hazırlanan tara və qablaşdırıcı materiallardan istifadə edilir.
İstehsal edilən ərzaq məhsullarının keyfiyyətini yüksəltmək üçün bütün sahələrdə yüksək məhsuldarlığa malik olan avadanlıqdan, texnoloji xətlərdən, modernizə edilmiş və yeni konstruksiyalı avtomatlardan istifadə olunmalıdır. Bu sahədə Azərsun Holdinqin müəssisələrində, o cümlədən Xaçmazda fəaliyyət göstərən “Qafqaz Konserv Zavodu”nda tətbiq olunan texnologiya, avadanlıqlar bu müəssisələrdə istehsal olunan məhsulların yüksək keyfiyyətinə zəmanət verir.
İstehlak mallarının keyfiyyətinin artırılmasında xammaldan səmərəli istifadə olunması, birinci növbədə aztullantılı və tullantısız texnologiyanın tətbiqi əsas amillərdən biridir. Bitki mənşəli xammalların emalı zamanı bəzən 50%-ə qədər tullantı alına bilər. Lakin yüksək keyfiyyətli xammal-dan istifadə edərək, müasir texnologiya və avadanlıq tətbiq edib, əməyin təşkilini təkmilləşdirməklə tullantını tam azaltmaq mümkündür. İtkilərin azaldılması xammalların kompleks emalı ilə də mümkündür. Məsələn, almadan 45-50% şirə aldıqdan sonra yerdə qalan cecədən 40-45% püre almaq və nəhayət tullantı hesab edilən jımıxı heyvanların yeminə istifadə etmək olar.
Ərzaq malları istehsalında istehsal texnologiyasını təkmilləşdirmək istiqamətində soyuqdan istifadə olunması əsas amildir. Bu, xammalın, yarımfabrikatın və hazır məhsulun saxlanılma müddətini uzadır, itkilərin azaldılmasına və istehsalın mövsümlüyünün aradan qaldırılmasına imkan verir. Son zamanlar yeyinti sənayesində müşahidə olunan əsas meyil «təcili» hazırlanan hazır xörəklərin və yarımfabrikatların çeşidinin geniş-ləndirilməsidir. Yüksək bioloji dəyərliliyə malik olan yeni məhsulların, uşaq və pəhriz qidası üçün məhsulların istehsalı genişlənir və bu məhsulların keyfiyyətinə ciddi fikir verilir.

16
Hazır məhsulun keyfiyyəti əhəmiyyətli dərəcədə əməyin keyfiy-yətindən, başqa sözlə, xidmət edən işçilərin səriştəliyindən, ustalığından və bacarığından da asılıdır.


Məhsulun keyfiyyətini qoruyan amillərə saxlanılma şəraiti və rejimləri, məhsulun markalanması, daşınması, saxlanılması və hazır məhsulun satışının düzgün təşkili aiddir. Saxlanılma dövründə keyfiyyətin miqdarca qorunması və bəzi məhsullar üçün saxlanılma dövründə texnoloji emalın davam etməsi də keyfiyyətə təsir edir. Məsələn, saxlanılma zamanı pivədə, şərabda və pendirdə yetişmə davam edir. Saxlanma şəraitinə və rejiminə düzgün əməl olunmadıqda bir çox məhsulların (ət, balıq, meyvə və tərəvəzin) kəmiyyət və keyfiyyətində itki olur. Bu, həm də məhsulun keyfiyyətinə təsir edir. Bu məsələlər dərsliyin ərzaq mallarının saxlanılmasının əsasları bölməsində geniş izah ediləcəkdir.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin