Əlavə 3 azərbaycan respublikasi



Yüklə 465,34 Kb.
səhifə13/34
tarix05.01.2022
ölçüsü465,34 Kb.
#111963
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
İngilis dilində

Azərbaycan dilində

Alman dilində

1.

eye, I

[aɪ]

O

[o]


Ei

[aɪ]

2.

See

[ siː ]


əl

[əl]


An

[an]

3.

And

[ ənd ]

Süd

[sü:d]


Schön

[ʃ ö:n]



4.

Black

[ blæk ]]

qənd

[qænd]


Band

[bant]


5.

Ramble

[ ˈræm.bl̩ ]

sərçə

[sərtʃə]


Frucht

[frʊkt]


6.

Strange

[ streɪndʒ ]

 

məktəb

[mæktæp]


Strand

[ʃtrant]


7.

Sprocket

[ ˈsprɔkɪt ]


Qınamaq

[qınamağ]



Kutschieren

[kutʃi:rən]



8.

Sprinkle

[ ˈsprɪŋ.kl̩ ]

qəflətən

[qæflætæn]



Kundschaft

[kʊntʃaft]



9.

Economical

[ ˌiː.kəˈnɒm.ɪ.kəl ] 

Bağlayıcı

[bağlayıʒı]



Komponist

[kompo nist]



10.

Dispirited

[ dɪˈspɪr.ɪ.tɪd ]



əkinçiliyi

[ækıntʃılıyı]



Komparieren

[kompari:rən]



11.

contentment

[ kənˈtentmənt ]

 

Qoyunçuluğu

[qoyuntʃuluğu]



Kulmination

[kulminatsio:n]



12.

Displacement

[ dɪˈspleɪs.mənt ]

Qoyunçuluğun

[qoyuntʃuluğun]



Kommunikation

[komunikatsio:n]



13.

Representation

[ ˌrep.rɪ.zenˈteɪ.ʃən ]


ölkələrimizin

[ölkælærımızın]



Klassifikation və s.

[klasifikatsio:n]


Şübhəsiz ki, bu sıranı artırmaq da mümkündür. Bu sözlərin yaranması üçün lazım olan fonemlər üfüqi xətt boyunca ardıcıl düzülərək prosodik vasitələrdən istifadə olunmaqla bütövləşmiş və söz kimi formalaşmışdır. Nümunələrdən görün­düyü kimi german dillərinə məxsus ingilis və alman dillərindən fərqli olaraq, türk dillərinə aid olan Azərbaycan dilində sözlərin daxilində sait və samit səslərin düzülüşündə nizamlanmış ahənglik müşahidə olunmuşdur, yəni söz daxilində sait + samit + sait ... və s. ardıcıllığına riayət olunmuşdur. İngilis dilində isə belə bir fonetik struktur gözlənilmir. Məsələn, ingilis dilindəki uncle (dayı), sprocket (zəncir) və s. German dillərindən olan ingilis və alman dilində də söz daxilində samitlərin ardıcıl işlənməsi mümkün olan fonetik hadisədir. Məs.: Straße (küçə), Herbest (payız), Obst (meyvə) və s. Həm ingilis, həm də Azərbaycan dillərində sözlərin fonem tərkiblərində rəngarənglik özünü göstər­mişdir, yəni sözlər bir və daha artıq fonemlərdən ibarət olur. Lakin fonemlərin düzülüş xüsusiyyətləri üzrə müxtəlifdir. “Söz fonologiyasının əsas funksional xüsusiyyəti söz strukturunda onların başqa fonemlərə olan münasibətini öyrənmək­dən ibarətdir. Aydındır ki, bu zaman fonologiyanın leksem(at)ikaya, leksikologiya, morfemikaya (morfologiya və sintaksisə) olan münasibətinin öyrənilməsi mühüm rol oynayır” [46, s.103]. Bu cür münasibətlərə elmi aydınlıq gətirilməsi digər dil hadisələrinin həll olunmasına səbəb olur.

Danışıq aktında hər bir söz müxtəlif formalarda çıxış etdiyindən onun fonem strukturu da dəyişir. Məs.,

1. Azərbaycan dilində kitab, kitablar, kitabı və s.;

2. İngilis dilində: book, books və s.;

3. Alman dilində: das Buch, Bücher, Buches və s.

Qeyd olunan formalardan hər biri “kitab” sözünü təmsil edir və həqiqətdə də bunlar elə həmin söz deməkdir. Bu və ya digər forma onun yeganə təmsilçisi deyil, yalnız sözü təmsil edən formalardan biridir. Ona görə də danışıq aktına daxil edilən hər bir sözün formaları bir-birlərindən həm qrammatik, həm də fonoloji xüsusiy­yətlərinə görə fərqlənir. Deməli, sözlərin düzgün tanınmasında fonemlərin rolu böyükdür. İnformasiya mübadiləsində dinləniləni başa düşməkdə hər bir söz dəyərlidir. L.Blumfild qeyd etmişdir ki, “canlı danışıq prosesində yalnız sərbəst formalar ayrıla bildiyi üçün sərbəst formanın minimal vahidi olan söz dili başa düşməyimizdə çox mühüm rol oynayır. Adi həyat məqsədləri üçün danışıqda istifadə olunan hər hansı kiçik vahid sözdür” [71, s.5]. Deməli, müəyyən bir sözün konkret qrammatik və ya fonoloji forması, onun söz formasıdır. Müəyyən sözə aid söz formaları dilin sistemində eyni sözün təmsilçiləri kimi fəaliyyət göstərir. Söz formaları konkret olub maddi tərəfə malikdir, bunlar, eləcə də söz birləşmələri danışıq aktında yaranır. Hər bir dilin fonem sistemi həmin dildə özündən sonra gələn vahidlərin (heca, morfem, leksem və s.) düzəldilməsinə xidmət edir. Deməli, sözlərin maddi qabığı onlara daxil olmuş fonemlərlə yəni fonemləri təmsil edən səslərlə yaranır. İngilis və Azərbaycan dillərində sözlərin maddi qabığını əsasən səslər (sait fonemlər) yaradır. Əlbəttə, sözlərin yaranmasında sədasız (samit) səslərin də rolu az deyil.

Müxtəlifsistemli dillərdə sözlərin fonoloji strukturu fonemlərin kəmiyyəti baxımından müxtəlif olduğu kimi, onların söz daxilində düzülüşü də fərqli olur. Bu halda hər bir dilin daxili qanunauyğunluğu əsas şərtdir. Məs., German dilləri qrupuna daxil olan ingilis dilində söz daxilində fonemlərin düzülüşü Azərbaycan dilində­kin­dən fərqlidir, çünki Azərbaycan dilində söz daxilində sait fonemlərin düzülüşü ahəng qanununa uyğun olaraq, birinci işlənən saitə əsasən müəyyənləşir. Məs., Azərbaycan dilində: əkinçiliyi; pambıqçılığı və s. Nümunədən göründüyü kimi “əkinçiliyi” sözünün kökünü “ək” sözü, pambıqçılığı sözünün kökünü isə “pambıq” sözü təmsil etmişdir. Ona görə də həmin sözlərdəki [ə] və [ı] saitlərin ahənginə uyğun şəkilçilər əlavə olunmuşdur. Birinci sözün saitinin [ə] ahənginə uyğun olaraq ona incə dodaqlanmayan saitli şəkilçilər (-in,-çı,-lik) əlavə olunmuşdur. İkinci “pambığı” sözündə isə ahəng qanuna uyğun olaraq uyğunlaşma son saitin qalın və dodaqlanmayan olmasına görə aparılmışdır. Ahəng qanunu yalnız əlavə olunan şəkilçilərdə deyil, ümumiyyətlə söz daxilində saitlərin düzümündə də özünü göstərir. Məs: bacı, ana, oğul, şəkil, güzgü və s

İngilis dilində: sardine /sa:dı:n/, bishop /bıo:p/ və s.

Deməli, Azərbaycan dili sözlərində saitlər ingilis dilindən fərqli olaraq, qalın-incəliyə və dodaqlanıb-dodaqlanmamasına görə uyğun formada düzülür. Məs.: südçülük, quşçuluq, babalar.

Birinci sözdə kök saiti /ü/ olduğu üçün sözə əlavə olunan şəkilçilərin də saitləri birinciyə uyğun olaraq seçilmişdir. İkinci nümunədə isə kök saiti /u/dur. Ona görə də həmin sözə əlavə olunan növbəti şəkilçilərdə: -çu-luq, /u/ saiti işlənmişdir. Hər iki halda saitlər: /ü/ və /u/ dodaqlanandır. Lakin birinci vəziyyətdə işlənən /ü/ saiti incə sait, ikinci sözdə işlənən /u/ saiti isə qalındır. Təhlildən məlum olur ki, hər bir sözün fonoloji strukturu onun morfem strukturu ilə bağlı olur.

Dildə tək fonem və fonem birləşməsi, eləcə də monosemantik dəyərləndirmə kimi məsələləri araşdırarkən N.S.Trubeskoy qeyd etmişdir ki, tək fonemi fonem birləşməsindən fərqləndirmək heç də asan deyil. Müəyyən danışıqda səs axını arasıkəsilməz (mütəmadi) hərəkətdir və sırf fonetik baxımdan (yəni səslərin dildə yerinə yetirdikləri funksiyanı nəzərə almadıqda) demək olmaz ki, səs axınının müəyyən bir kəsiyi “monofonematik” (yəni tək fonemdir), yaxud “polifonematik” kimi (yəni fonemlər ardıcıllığıdır) nəzərdən keçirilməlidir. Lakin burada müəyyən fonoloji-qaydalar var ki, bunlara əməl etmək lazımdır.

Ümumiyyətlə,” monofonematik kimi yalnız o cür səs birləşmələri dəyərləndirilə bilər ki, müəyyən bir dildə onların tərkib hissələri iki hecaya bölünə bilmir və onlar vahid artikulyar hərəkətlə yaranır və özü də onların uzunluğu ayrı-ayrı səslərə sərf olunan normal zamandan artıq olmur” [41, s.70]. O, həmçinin səs birləşməsinin monofonematik dəyərləndirilməsinin fonetik və fonoloji şərhlərini 6 qayda əsasında ümumiləşdirmişdir. Bu qaydalar aşağıdakılardır:


  1. Elə səs birləşməsi ayrılıqda götürülmüş bir fonemin reallaşması kimi qiymətləndirilə bilər ki, həmin dildə onun tərkib hissələri iki hecaya bölünməsin.

  2. Bir səs birləşməsi o zaman bir fonemin təzahürü kimi qəbul edilir ki, o (səs birləşməsi) vahid artikulyasiya məxrəcində və ya arfikulasiya obrazının tədricən pozulması yolu ilə yaranır.

  3. Bir səs birləşməsi yalnız o zaman bir fonemin təzahürü kimi götürülür ki, həmin səs birləşməsinin uzunluğu dildə mövcud olan digər fonemlərin uzunluğundan çox olmasın.

  4. Potensial monofenematiklik səs birləşməsi o zaman tək fonem kimi götürülə bilər ki, o bir fonem kimi götürülsün, yəni elə fonetik mövqedə gəlir ki, burada həmin dilin fonem birləşməsi mümkün olmur.


  5. Yüklə 465,34 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin