Fənn: Kompozisiya materiallarının texnologiyası Müəllim: ass. Ramazanov Ədalət Məcid oğlu Qrup: 1125a qrup üçün test suallari


Məhdud yağlanmada sürtünmə əmsalı



Yüklə 0,66 Mb.
səhifə2/6
tarix21.05.2018
ölçüsü0,66 Mb.
#51121
növüKompozisiya
1   2   3   4   5   6

78. Məhdud yağlanmada sürtünmə əmsalı:

  1. 0.02÷0.125

  2. 0.04÷0.02

  3. 0.08÷0.1

  4. 0.03÷0.15

  5. 0.01÷0.05

79. Dəmir-qrafitin materialları antifiksion xassələri nə ilə xarakterizə olunur?

  1. Yeyilməyə davamlılığı və möhkəmliyi

  2. İstiyə davamlılığı və bərkliyi

  3. Odadavamlılığı və plastikliyi

  4. Korroziyaya davamlılığı və elastikliyi

  5. Sürtünməyə davamlılığı və özüllüyü

80. Öz-özünə yağlama nəyin hesabına gedir?

  1. Məsamələrdən çıxan yağın

  2. Məsamələrdən çıxan buxarın

  3. Məsamələrdən çıxan qrafitin

  4. Məsamələrdən çıxan suyun

  5. Məsamələrən çıxan havanın

81. Məsaməli antifiksion materialın tökmə materialdan sərfəli fərqi:

  1. Öz-özünə yağlama

  2. Möhkəmlik

  3. Zərbə özüllüyü

  4. Bərkliyi

  5. Yeyilməyə davamlılığı

82. Yağın sürtünmə səthinə çıxması nə ilə izah edilir?

  1. Həcmi istilik genişlənməsi ilə

  2. Maye yağın səthi kəsilmsi ilə

  3. Elektrik keçiriciliyi ilə

  4. Sürtünmə əmsalına görə

  5. Antifiksion xassələrinə görə

83. Hansı qrafit-dəmir materiallar sabit xassə və struktur göstərir?

  1. 0.8÷1.0% qrafit olan

  2. 1.0÷1.5% qrafit olan

  3. 1.5÷2.0% qrafit olan

  4. 0.5÷0.5 % qrafit olan

  5. 0.6÷0.9% qrafit olan

84. Dəmir-qrafit materialların xassələri necə artırılır?

  1. Legirləmə və qatışıqlar verməklə

  2. Modifikasiya etməklə

  3. Qrafitin miqdarı

  4. Dəmirin miqdarını artırmaqla

  5. Qrafitin miqdarını azaltmaqla

85. Mis dəmir-qrafit materialların xassələri necə dəyişir?

  1. Bərklik artır

  2. Bərklik azalır

  3. Zərbə özüllüyü azalır

  4. Nisbi uzanma artır

  5. Zərbə özüllüyü artır

86. Mis dəmir-qrafit materiallarının xassələri necə dəyişir?

  1. Oturma azalır

  2. Oturma artır

  3. Axıcılıq artır

  4. Oturma dəyişmir

  5. Axıcılıq azalır

87. Mis dəmir-qrafit materiallarının xassələri necə dəyişir?

  1. Detalların ölçüləri stabilləşir

  2. Dealların ölçüləri azalır

  3. Detalların çəkisi azalır

  4. Detalların çəkisi artır

  5. Detallrın ölçüləri artır

88. Dəmir əsaslı materialları qurğuşun və ya əlvan metal əsaslı ərintilərin verilməsi xassələri necə dəyişir?

  1. Antifiksion xassələri artırır

  2. Antifiksion xassələri azaldır

  3. Sürtünməni azaldır

  4. Sürtünməni artırır

  5. Yağlamanı pisləşdirir

89. Dəmir əsaslı materialları qurğuşun və ya əlvan metal əsaslı ərintilər verilməsi xassələri necə dəyişir?

  1. Möhkəmlik artır

  2. Zərbə özüllüyü azalır

  3. Möhkəmlik azalır

  4. Bərklik azalır

  5. Zərbə özüllüyü artır

90. Qurğuşun və ya əlvan metal əsaslı ərintilər əsas etala necə verilir?

  1. İlkin şixtəyə verilir

  2. İlkin şixtədən çıxarılır

  3. İlkin şixtə ilə birlikdə əridilir

  4. Ayrı-ayrı bişirilir

  5. Ayrı-ayrı preslənir

91. Qurğuşun və ya əlvan metal əsaslı ərintilər əsas metala necə verilir?

  1. Ərimiş metalla məsamələri doydurmaqla

  2. Ərimiş metalı əsas metalın üzərinə tökməklə

  3. Ərimiş metalı presləməklə

  4. Ərimiş metalı bişirməklə

  5. Ərimiş metalı və əlavələri birgə əritməklə

92. 1.0 Mpa təzyiqdən yuxarıda işləyən yastıqlar üçün hansı tərkib təklif edir?

  1. 60-90% Fe85% Cu, 5% Sb, 5% Pb, 5% Zn ərintisi

  2. 50-80 % Fe90% Cu, 3% Sb, 3% Pb, 1%Zn ərintisi

  3. 50-60% Fe80% Cu,1%Sb,7%Pb, 6%Zn ərintisi

  4. 70-80% Fe81% Cu, 8% Sb,9% Pb, 2% Zn ərintisi

  5. 75-85% Fe86%Cu, 5% Sb, 5%Pb, 4% Zn ərintisi

93. Yastıq materialları nə ilə möhkəmləndirilir?

  1. Şüşə ilə

  2. Kvarsla

  3. Karbonla

  4. Konurdla

  5. Qrafitlə

94. tərkibində qurğuşun olan dəmir-mis materiallar hansı xassəyə malik olurlar?

  1. Plastikliyə

  2. Möhkəmliyə

  3. Kövrəkliyə

  4. Elastikliyə

  5. Bərkliyə

95. Bərk yağlayıcı kimi hansı maddələrdən istifadə olunur?

  1. Sulfidlər, mitridlər, floridlər, metal oksidləri

  2. Turşular, qurlar

  3. Hidroksidlər, qələvilər

  4. Karbitlər, karbonat duzları

  5. Odadavamlı və korroziyaya davamlı materiallar

96. Bərk yağlayıcıdan ibarət örtüklər hansı xassələrə malik olurlar?

  1. Kiçik qalınlığa

  2. Kiçik ara məsafəsinə

  3. Bərabər ara məsafəsinə

  4. Böyük ara məsafəsinə

  5. Böyük qalınlığa

97. Sink-sulfidin dəmir-qrafit materialına təsiri:

  1. Sürtünmə əmsalını azaldır, yeyilməni azaldır

  2. Yeyilməni artırır

  3. Sürtünmə əmsalı sabit qalır, yeyinmə artır

  4. Sürtünmə əmsalı sabit qalır, yeyilmə azalır

  5. Sürtünmə əmsalı artırır, yeyilməni azaldır

98. Sink-sulfid materialın daşıyıcılıq qabiliyyətinə necə təsir edir?

  1. 3-4 dəfə artırır

  2. 2-3 dəfə artırır

  3. 2-3 dəfə azaldır

  4. 1-2 dəfə azaldır

  5. 5-6 dəfə artırır

99. Sink-sulfid verməklə sürtünmə əmsalını və yeyilməni necə dəyişmək olar?

  1. 15-20 % azaltmaq

  2. 15-20% artırmaq

  3. 5-10% azaltmaq

  4. 10-15 % artırmaq

  5. 3-5% azaltmaq

100. Sulfidləşmiş dəmir-qrafit bişirdikdə sink-sulfid özünü necə aparır?

  1. Parçalanır və uçur

  2. Həll olur və buxarlanır

  3. Oksidləşir və bərkiyir

  4. Reduksiya olunur və yayılır

  5. Olduqda kimi qalır

101. Məsaməlilik azaldıqda bişirilmiş materialda Zn və Snecə dəyişir?

  1. Artır

  2. Azalır

  3. Sabit qalır

  4. Dəyişir

  5. Dəyişmir

102. Məsaməsiz materialda məsaməli materiala nisbətən Zn və S necə dəyişir?

  1. S-2, Zn-6 dəfə çox

  2. S-3, Zn-4 dəfə çox

  3. S-2, Zn-6 dəfə az

  4. S-1.5, Zn-3.5 dəfə çox

  5. S-3, Zn-4 dəfə az

103. Sulfidləşmiş dəmir qrasitin bişirmə rejimi:

  1. 1050-1100oC temperaturda 2 saat müddətinə

  2. 1150-1200oC temperaturda 0.5 saat müddətinə

  3. 1000-1050oC temperaturda 4 saat müddətinə

  4. 1100-1150oC temperaturda 1 saat müddətinə

  5. 1000-1050oC temperaturda 3 saat müddətinə

104. Bişirmədən sonra sulfidləşmiş materialın strukturu:

  1. Perlitsementit

  2. Austemitperlit

  3. Perlitferrit

  4. Austenitsementit

  5. Ferritsementit

105. Sulfidləşmiş materialda sementitin miqdarı:

  1. 10%-ə qədər

  2. 6-8%

  3. 5-6%

  4. 10%-dən çox

  5. 8-10%

106. Bişirilmiş barketlərin oturması və fiziki-mexaniki xassələri nədən asılıdır?

  1. Ovuntunun dənəvərliyindən

  2. Bişirmə temperaturundan

  3. Ovuntunun preslənmə qabiliyyətindən

  4. Ovuntunun məsamələrinin ölçüsündən

  5. Ovuntunun çıxlığından və bərkliyindən

107. Səanyedə ilk miş əsaslı antifriksion material hansıdır?

  1. Qalaylı-tunc

  2. Sinki-tunc

  3. Misli tunc

  4. Dəmirli-tunc

  5. Qurğuşunlu-tunc

108. Tunc-qrafit kompozisiyasının presləmə təzyiqi:

  1. 200-300 Mp-a

  2. 250-350 Mp-a

  3. 300-400 Mp-a

  4. 400-500 Mp-a

  5. 150-200 Mp-a

109. Tunc-qrafit kompozisiyasının bişirmə temperaturu:

  1. 600-800oC

  2. 600-700oC

  3. 400-500oC

  4. 500-600oC

  5. 800-900oC

110. Yeyilmənin əsas növü hansıdır?

  1. Qoruyucu qabığın oksidləşməsi

  2. Metalın oksidləşmə reaksiyası

  3. Dəmirin oksidləşməsi

  4. Manqan və karbonun oksidləşməsi

  5. Dəmir və karbonun oksidləşməsi

111. Tunc-qrafit kompozisiyasının ikinci preslənmə təzyiqi:

  1. 200-300 Mp-a

  2. 250-350 Mp-a

  3. 150-200 Mp-a

  4. 400-450 Mp-a

  5. 300-400 Mp-a

112. Tunc-qrafit kompozisiyasının ikinci bişirilmə temperaturu:

  1. 900-1100 oC

  2. 1000-1200oC

  3. 700-800oC

  4. 800-900oC

  5. 750-950oC

113. Xassələri artırmaq üçün hansı tunc materialı termiki emala və sonrakı köhnəlməyə uğradılır?

  1. 94-95%, Cu 4-5%-ni, 0.5-1.5% Sn, 0.5-1% qrafit

  2. 90-94%, Cu 6-7%-ni, 2-3 % Sn, 2.5-2.5% qrafit

  3. 89-93%, Cu 7-8%-ni, 2.5-3 % Sn, 2.5-3% qrafit

  4. 92-94%, Cu 5-6%-ni, 1.5-2.0 qrafit % Sn, 1-2% qrafit

  5. 93-95m%, Cu 4.5-5%-ni, 1-2 % Sn, 1.5-2.5%

114. Yüksək temperaturda işlədilən mis əsaslı ovuntu:

  1. Cu4-10% Sn5-15% Ni25% WS2

  2. Cu9-10% Sn13-14% Ni25% WS2

  3. Cu8-9% Sn8-12% Ni25% WS2

  4. Cu7-8% Sn7-10% Ni25% WS2

  5. Cu7-8% Sn6-16% Ni25%WS2

115. Xromqalaylı və xromnikelqalaylı tunclar necə alınır?

  1. Soyuq presləmə, bişirmə

  2. Isti presləmə, izotermik bişirmə

  3. Qızmar presləmə, maye fazalı bişirmə

  4. Presləmə, bərk fazada bişirmə

  5. Qaz fazada bişirmə

116. Xromqalaylı və xromnikelqalaylı tunclrın quraşdırılması müddəti:

  1. 4-5 saat

  2. 3-5 saat

  3. 2-4 saat

  4. 5-6 saat

  5. 1-3 saat

117. Xromqalaylı və xromnikelqalaylı tuncların preslənmə təzyiqi:

  1. 700-800 Mp-a

  2. 400-500 Mp-a

  3. 600-700 Mp-a

  4. 500-600 Mp-a

  5. 800-900 Mp-a

118. Xromqalaylı və xromnikelqalaylı tuncların preslənmə təzyiqi:

  1. 800-850oC

  2. 700-750oC

  3. 600-700oC

  4. 750-800oC

  5. 800-900oC

119. Bunlardan hamsılar karbon əsaslı antifiksion materiallardır:

  1. Karbonlu epoksid, silisium əlaqələndirici

  2. Dəmir-qrafit tərkibli materiallar

  3. Sink-sulfid tərkibli material

  4. Molibden-diosulfid tərkibli material

  5. Kalsium-flor tərkibli material

120. Bunlardan hansı karbon əsaslı materialdır?

  1. Silisiumlaşdırılmış qrafit

  2. Manqanlaşdırılmış qrafit

  3. Fosfrolaşdırılmış qrafit

  4. Azotlaşdrılmış qrafit

  5. Karbonlaşdırılmış qrafit

121. Süni qrafit almaq üçün ilkin xammal:

  1. Neft köksü və daş kömür yanığı

  2. Karbit və koks yanığı

  3. Koks və kosk yanığı

  4. Neft məhsulu və qətran

  5. Ağac kömürü və odun yanığı

122. Süni qrafitin preslənmə üsulları

  1. Soyuq və isti

  2. Qızmar və hidropnevmatik

  3. Hidrostatik və hidropnevmatik

  4. Qızmar və mülayim

  5. Hidrostatik

123. Karbonlu materialın bişirmə rejimi:

  1. 1100oC-də karbonlu materilda

  2. 1050oC-də azotda

  3. 1000oC-də silisiumda

  4. 950oC-də kükürddə

  5. 900oC-də fosforda

124.İri karbonlu pəstahların bişirilmə müddəti:

  1. 15 gün

  2. 10 gün

  3. 20 saat

  4. 15 saat

  5. 24 saat

125. Xüsusi məhsul karbonlu detalların bişirilmə müddəti:

  1. 30 gün

  2. 45 gün

  3. 20 gün

  4. 24 saat

  5. 25 saat

126. Silisiumlaşdırılmış qrafitin tərkibi:

  1. Silisiumdan, silisium karbitdən, oksiddən, qrasitdən

  2. Metal oksidlərindən, karbon oksidlərindən

  3. Çətin əriyən metal oksidlərindən

  4. Korbondan, qrafitdən, silisium oksidlərdən

  5. Dəmir oksidindən, silisiumdan

127. Silisiumlaşdırılmış qrafitin xarakterik xüsusiyyəti:

  1. Aqressiv mühitdə yüksək yeyilməyə davamlılıq

  2. Turş mühitdə kiçik sürtünmə əmsalına

  3. Qələvi mühitdə yüksək sürtünmə əmsalına

  4. Yumşaq mühitdə yeyilməyə davamlılıq

  5. Yüksək korroziyaya davamlılıq

128. Məsaməli ovuntu materiallarının xarakterik xüsusiyyəti

  1. Sürünmə xassəsi

  2. Əyilmə xassəsi

  3. Qazkeçiriciliyi

  4. Maye axıcılığı

  5. Burulması

129. Süzülmə xassəsinə ovuntu materialları üçün əsas amil:

  1. Keçiricilik

  2. Sıxlıq

  3. Səpilmə

  4. Dayanıqlılıq

  5. Axıcılıq

130. Dəmir əsasda qrafitin həll olunmasında əsas amil nədir?

  1. Qrafitin markası

  2. Qrafitin dispersiyası

  3. Qrafitin kövrəkliyi

  4. Qrafitin ölçüsü

  5. Qrafitin bərkliyi

131. Karbonun yanma dərəcəsinə hansı bişirmə mühiti böyük təsir göstərir?

  1. Hidrogen

  2. Reduksiyaedici

  3. Oksidləşdirici

  4. Vakuum

  5. Hava

132. Dəmir-qrafit materiallarında bişirmə müddəti neçə saatdır?

  1. 1-2 saat

  2. 3-5 saat

  3. 2-3 saat

  4. 2-4 saat

  5. 4-6 saat

133. Preslənmə təzyiqinə təsir edən amillər hansılardır?

  1. Ovuntunun keyfiyyəti, nümunənin miqdarı

  2. Ovuntunun həcmindən

  3. Ovuntunun çəkisindən, nümunənin ölçüsündən

  4. Ovuntunun tərkibindən

  5. Ovuntunun bərkliyindən

134. Süzülmə xassələrinə nə aiddir?

  1. Məsamələrin ölçüsü

  2. Ovuntunun ölçüsü

  3. Detalın ölçüsü

  4. Süzgəcin ölçüsü

  5. Məsamələrin sayı

135. Süzülmə xassələrinə nə aiddir?

  1. Süzülmə incəliyi

  2. Süzülmə texnologiyası

  3. Süzülmə sürəti

  4. Axıcılıq

  5. Özülüluk

136. Süzümə xassələrinin keyfiyyətinə təsir edən amil

  1. Çirktutumu

  2. Toz tutumu

  3. Maye tutumu

  4. Daş tutumu

  5. Qum tutumu

137. Süzümə xassələrinin təsir edən amillər

  1. Kaplyarlıq

  2. Absorbsiya

  3. Adsorbsiya

  4. Desorobsiya

  5. Məsaməlilik

138.Mayenin və qazın məsamələri mühitindən süzülməsi zamanı axının hansı rejimi mümkündür?

  1. Molekulyar

  2. Atomar

  3. Kimyəvi

  4. Səpilmə

  5. Mərkəzdənqaçma

139. Mayenin və qazın məsamələri mühitdən süzülməsi zamanı axına hansı rejim seçilir.

  1. Laminar

  2. Durğun

  3. Sürətli

  4. Dəyişkən

  5. Yavaş

140. Mayenin və qazın məsamələri mühitindən süzülməsi zamanı axının rejiminə təsir edən amillər.

  1. Turbulent

  2. Şırnaqlı

  3. Sürətli

  4. Durğun

  5. Yavaş

141. Malekulyar axını harada müşahidə edilir?

  1. Qazlarda

  2. Havada

  3. Mayedə

  4. Suda

  5. Buxarda

142. Laminar axın harada müşahidə ediir?

  1. Qaz və mayenin fasiləsiz xətti axını

  2. Hava və suyun axını zamanı

  3. Mayenin və ya buxarın fasiləli axını zamanı

  4. Qaz və mayenin fasiləsiz axını zamanı

  5. Hava və ya mayenin fasiləli axını zamanı

143. Laminar axında süzülmə sürəti necə təyin edilir?

  1. Wsüz=k∆ P/ η|

  2. Wsüz=∆ P/ η|

  3. Wsüz=k∆ P η|

  4. Wsüz=k∆ P- η|

  5. Wsüz=k/ lη|

144. Məsaməli mühitin müqavimətinin özülülük əmsalı necə təyin edilir?

  1. ɑ=1/k

  2. ɑ= k/1

  3. ɑ=1-k

  4. ɑ=1k

  5. ɑ=1/k2

145. Turbulent recimli axın nə ilə xarakterizə edilir?

  1. Axının ardıcıllığının pozulması

  2. Axının kəsilməsi

  3. Axının yavaşhərəkəti

  4. Mayenin durğunluğu

  5. Axının sürətlə hərəkəti

146. Bişirilmiş süzgəcləri nədən hazırlayırlar?

  1. Metal və ərintilərin bircins funksiyalarından

  2. Müxtəlif funksiyalı metal və ərintilərdən

  3. Müxtəlif funksiyalı metal və qeyri-metal ovuntulardan

  4. Qeyri-metal ovuntuların müxtəlif funksiyalarından

  5. Müxtəlif funksiyalı ovuntulardan

147. Sferik olmayan ovuntulardan hazırlanmış süzgəclərin üstünlüyü

  1. Yüksək mexanik möhkəmlik

  2. Yüksək bərklik

  3. Yüksək özülülük

  4. Yüksək məsaməlilik

  5. Kiçik mexaniki möhkəmlik

148. Süzgəcinhazırlanma texnologiyasının variantları nədən asılıdır?

  1. Süzülməliyin incəliyindən

  2. Süzülmə sürətindən

  3. Süzülmə texnologiyasından

  4. Süzülmə aktivliyindən

  5. Süzülmə həcmindən

149. Süzgəcin hazırlanma texnologiyasının variantları nədən asılıdır?

  1. Məhsuldarlıqdan

  2. Süzülmənin keyfiyyətindən

  3. Məhsulun maya dəyərindən

  4. Məhsulun rentabelliyindən

  5. Məhsulun keyfiyyətindən

150. Süzgəcin hazırlanma texnologiyasının variantları nədən asılıdır?

  1. Süzücü elementlərin ölçülərindən

  2. Süzücü elementlərin qalınlığından

  3. Süzücü elementlərin uzunluğundans

  4. Süzücü elementlərin enindən

151. Süzgəcin hazırlanma texnologiyasının variyantları nədən asılıdır?

  1. Süzücü elementlərin möhkəmlik xassələrindən

  2. Süzücü elementlərin plastiklik xassələrindən

  3. Süzücü elementlərin tökmə xassələrindən

  4. Süzücü elementlərin kəsilmə xassələrindən

  5. Süzücü elementlərin elastiklik xassələrindən

152. Kiçik ölçülü və kütləli süzgəcləri necə hazırlayırlar?

  1. Sərbəst tökülmüş ovuntuları bişirməklə

  2. Sərbəst tökülmüş ovuntuları presləməklə

  3. Sərbəst tökülmüş ovuntuları kalibrləməklə

  4. Sərbəst tökülmüş ovuntuları yaymaqla

  5. Sərbəst tökülmüş ovuntulara yağ hopdurmaqla

153. Süzgəcdə ovuntunun bərabər paylanması üçen nə etmək lazımdir?

  1. Ovuntunu silkələmək, döyəcləmək və ya çalxalamaq

  2. Ovuntunu əzmək, döymək və ya sıxmaq

  3. Ovuntunu yumaq, qarışdırmaq və ya ələmək

  4. Ovuntunu ələmək, bişirmək və ya presləmək

  5. Ovuntunu qurutmaq, kalibrləmək və ya bişirmək

154. Bişirilmiş süzgəclərin preslənməsini hansı üsulla aparırlar?

  1. Sərt pres-qəliblərdə

  2. Metal pres-qəliblərdə

  3. Məsaməli pres qəliblərdə

  4. Rezin pres-qəliblərdə

  5. Elastik pres-qəliblərdə

155. Bişirilmiş süzgəclərin preslənməsi hansı üsulla aparılır?

  1. Müştüklü

  2. Hidrostetik

  3. Statik

  4. Pnevmatik

  5. Hidropnevmatik

156. Bişirilmiş süzgəcləri hansı üsulla alırlar?

  1. Məsaməli lent şəklində yaymaqla

  2. Məsaməli lövhə şəklində yaymaqla

  3. Məsaməli stabiklər şəklində yaymaqla

  4. Məsaməli zolaq şəklində yaymaqla

  5. Məsaməli çeşidli profillər yaymaqla

157. Süzgəclərə qatılan doldurucular hansı tələbləri ödəməlidir?

  1. Hiqroskopik olmamalı

  2. Hiqrosqopik olmalı

  3. Yüksək özülülüyə malik olmalı

  4. Kiçik özlülüyə malik olmalı

  5. Özülü olmamalıdır

158. Süzgəclərə qatılan doldurucular hansı tələbləri ödəməlidir?

  1. Bişirmədə metal ovuntu ilə kimyəvi əlaqəyə girməklə

  2. Bişirmədə metal ovuntu ilə kimyəvi birləşmə əmələ gətirməklə

  3. Bişirmədə metal ovuntunu əvəz etməklə

  4. Bişirmədə metal ovuntu ilə möhkəmləndirici faza yaratmalı

  5. Bişirmədə metal ovuntu ilə kimyəvi reaksiyaya girməli

159. Süzgəclərə qatılan doldurucular hansı tələbi ödəməlidir?

  1. Bişirmə temperaturundan xeyli aşağıda parçalanmalı

  2. Bişirmə temperaturundan parçalanmalı

  3. Bişirmə temperaturundan yuxarıda parçalanmalı

  4. Otaq temperaturunda parçalanmalı

  5. Otaq temperaturundan aşağıda parçalanmalı

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin