Fransa XVI-XVII əSRİn biRİNCİ yarisinda plan



Yüklə 40,57 Kb.
səhifə3/9
tarix13.12.2023
ölçüsü40,57 Kb.
#140499
1   2   3   4   5   6   7   8   9
Mövzu 9. Fransa XVI-XVII əsrin II yarısında

5. Sosial quruluş.
Fransız cəmiyyətinin zümrə iyerarxiyasında əyanlar yüksək pillədə idi; o, zadəganların ən varlı hissəsi idi. Əyanların da içərisində birinci yerdə hakim sülalənin qollarından olan şahzadələr dururdu. Öz mövqeinə görə krala borcu olan yeni zadəganlar da əyan qrupuna daxil idi. Çox qüdrətli aristokratı zəiflətmək üçün krallar öz qeyri-zadəgan favoritlərini yüksəldirdilər, onlara torpaq payları və vəzifələr verirdilər. Siyasi nüfuzlarına görə əyanlar zadəganların fövqündə dururdular. Hüquqi cəhətdən vahid imtiyazlı təbəqə olan zadəganlar iki müstəqil sosial təbəqəyə - köhnə və yeni zadəganlara ayrılırdılar. XV əsrin ortalarından başlayaraq, əsil-nəcabətli zadəganlar təbəqəsinə kraldan zadəgan titulunu alan şəhərlilər də nüfuz etməyə başlayır. XVII əsrin ortalarına doğru Fransada yeni zadəganlarla qohumluq əlaqəsi olmayan köhnə zadəgan ailəsi demək olar ki, qalmamışdı. Hərçənd ki, bu yaxınlaşma onların arasındakı fərqi yox etməmişdi. Yeni zadəgana hərbi xidmət məcburi deyildi; hərbi xidmət nəsil zadəganlarının imtiyazı olaraq qalırdı. Fransa ordusunun əsas hissəsini də zadəgan kavaleriyası təşkil edirdi. Hərbi mükəlləfiyyət köhnə zadəganı vergilərdən azad edirdi, yəni o, vergi immunitetinə amlik idi.
XVI əsrin ortalarından başlayaraq bürgerlərin zadəganlara çevrilməsi prosesi sürətlənir. Xüsusilə dövlət aparatında vəzifələrə keçmək yolu ilə zadəganlıq qazanılması geniş yayılmışdı. XVII əsrin əvvəllərinə doğru çoxsaylı məmur təbəqəsi, “mantiya zadəganları” təşəkkül edir. Yüksək məmurlar – parlament üzvləri və dövlət katibləri tədricən titullu aristokratiyaya çevrilir.
Fransız cəmiyyətində daha bir mühüm yer bürgerlərə məxsus idi. Erkən yeni dövrdə pul kapitalının əhəmiyyəti artdıqca, ona müvafiq, bürgerlərin də rolu artırdı. XVI əsrdə bürgerlərin tərkibinə tam hüquqlu şəhərlilər, tacirlər və sex ustaları, sələmçilər və manufaktura sahibləri, həmçinin ziyalılar (müəllimlər, hüquqşünaslar və həkimlər) daxil idi. Şimali Fransada bürgerlər daxili bazarla və manufakturalarla sıx bağlı idi. Cənubda, əksinə, o, Levant, İtaliya, İspaniya ilə əlaqədə idi. Lakin cənub və şimal bürgerlərini birləşdirən cəhət – onların orta əsr imtiyazlarını itirmələri olur. Şəhər plebeyləri əvvəlki sənətkarlardan, usta köməkçiləri və şəyirdlərdən, muzdlu fəhlələrdən, dilənçi və səfillərdən ibarət idi. Fransada da səfilliyin qarşısını almaq üçün kral tərəfindən müxtəlif ordonanslar verilirdi. Kəndlilər də bürgerlər kimi vergi verən əhaliyə aid idilər və çoxluq təşkil etdiyindən xəzinəyə böyük gəlir gətirirdi. Fransız kəndində baş verən dəyişikliklər nəticəsində kəndlilərin torpaqsızlaşması sürətlənir. Xüsusilə bu hal şimal vilayətlərində geniş miqyas alır. Beləliklə, XVI əsrdə Fransa cəmiyyətində baş verən mühüm dəyişikliklər siyasi quruluşun dəyişməsi – mütləq monarxiyanın təşəkkülü üçün də şərait yaradır.

Yüklə 40,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin