Haqqin iZİ İLƏ


Şiələrin həzrət Fatimənin (ə) evinə yığılmaları



Yüklə 2,22 Mb.
səhifə69/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   65   66   67   68   69   70   71   72   ...   283
Şiələrin həzrət Fatimənin (ə) evinə yığılmaları;

Səqifə hadisəsindən sonra şiələr məsələnin Əbu Bəkrin xeyrinə sona yetdiyini görüb etiraz əlaməti olaraq həzrət Zəhranın (ə) evinə toplaşdılar. Bununla həm işin gedişatına etiraz etmiş, həm də İmam Əlinin (ə) imamət və xilafətini dəstəkləmiş oldular.

Məsudi Peyğəmbərin (s) vəfatı hadisələri fəslində yazır: “Həqiqətən, İmam Əli (ə) və onun tərəfində olan şiələri Əbu Bəkrə beyət tamamlandıqdan (Əbu Bəkr xəlifə seçildikdən) sonra həzrət Əlinin (ə) evinə yığıldılar”2.

Ömər ibn Xəttab deyir: “Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələrdən biri də bu idi ki, Əli (ə), Zübeyr və onlarla olan bir qrup (səhabə) bizə beyət etməkdən boyun qaçırıb Fatimənin (ə) evinə toplaşdı”3.

Əbu Bəkrə beyətdən boyun qaçıranlar bunlar idilər:



  1. Salman Farsi;

  2. Əmmar Yasir;

  3. Bərra ibn Azib;

  4. Əbuzər Qifari;

  5. Miqdad ibn Əsvəd;

  6. Əban ibn Səid;

  7. Abbas ibn Əbd əl-Müttəlib və Bəni-Haşim, mühacir və ənsardan olan çoxsaylı səhabələr4.

İbn Əsir yazır: “Əban bir çoxları kimi beyətdən boyun qaçırıb Bəni-Haşimin nə edəcəyini gözlədi. Onlar beyət etdikdə, o da etdi”5.


  1. Yüklə 2,22 Mb.

    Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin