Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Atmosferin radioaktiv çirklənməsi



Yüklə 1,31 Mb.
səhifə127/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   123   124   125   126   127   128   129   130   ...   154
Atmosferin radioaktiv çirklənməsi. Radioaktiv hissəciklər atmosferdə hava axınları ilə qısa müddətdə yayılaraq torpağı və su hövzələrini, o cümlədən ətraf mühiti zəhərləyir. AES-lərdə qəzalardan sonra radiasiya uzun müddət davam edir. Həmçinin fəzadan yer səthinə kosmik toz halında düşən meteoritlər də çirklənmə yaradır.
Atmosferdə lokal problemlər tüstü-duman, yaxud smoq və s-dir.

Smoq. Günəşin ultrabənövşəyi şüalarının təsiri ilə havada olan karbohidrogenlər azot oksidləri ilə reaksiyaya girir, nəticədə yeni zəhərli maddələr – fotooksidantlar yaranır, bunlar isə «smoq»un (ingilis dilindən smoketüstü və fog – çən) yaranmasının əsasıdır. Smoqun əsas zəhərli komponenti ozondur. Fotooksidantlara dəm qazı, azot birləşmələri, peroksidlər və s. də aiddir. Fotooksidantlar bioloji cəhətdən aktivdir və canlı orqanizmlərə zərərli təsir edir, insanlarda ağciyər, bronx xəstəlikləri yaradır, görmə qabiliyyətinin pisləşməsinə, rezin maddələrin dağılmasına, metalların korroziyasının sürətlənməsinə təsir göstərir.

Smoq ilk dəfə XX əsrin 40-cı illərində Los-Ancelesdə qeydə alınıb. Onun yaranmasına səbəb havanın sənaye və nəqliyyat tullantıları ilə həddindən artıq zəhərlənməsi olmuşdu. Los-Ancelesdə baş verən smoq günəşli quru havada CO, CH, NOX tullantıları hesabına baş vermişdi. Los-Anceles növlü smoqda əsasən ozon yaranır, onu fotokimyəvi smoq da adlandırırlar.

1952-ci ildə Londonda da smoq qeydə alınmışdı. O çox fəlakətli nəticəyə səbəb oldu, onun təsiri ilə respirator xəstəlikləri artaraq 4000-ə yaxın adamın ölümünə səbəb oldu. London smoquna his, SO2 tullantıları və yüksək rütubət səbəb olmuşdu.

Sonralar smoq periodik olaraq Dünyanın bir sıra böyük şəhərlərində baş verib. Təsir xarakterinə görə iki növ smoq fərqləndirilir: Los-Anceles növlü quru, və London növlü nəm.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin