Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Su hövzələrinin çirklənmədən qorunması, çirkab sularının təmizlənməsi



Yüklə 1,31 Mb.
səhifə135/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   131   132   133   134   135   136   137   138   ...   154
Su hövzələrinin çirklənmədən qorunması, çirkab sularının təmizlənməsi.

Su hövzələrinin qorunması üzrə tədbirlərin məqsədi nəqliyyat vasitələrinin və nəqliyyat infrastrukturu obyektlərinin istismarı zamanı su hövzələrinin çirklənməsinin qarşısını almaqdır. Çirklənmə hərəkət tərkiblərindən və istehsalatdan təmizlənməyən çirkab sularının texnoloji tullanması, neft və neft məhsullarının itkisi və qəza axması zamanı, tozun və səpələnən yüklərin yükləmə-boşaltma işlərində su hövzələrinə düşməsi nəticəsində baş verir.

Suqoruyucu tədbirlər işləndikdə su hövzələrinin özünütəmizləmə imkanı nəzərə alınır. Biokimyəvi özünütəmizləmə zəhərli maddələrlə pozulur. Suda oksigenin miqdarının azalması su hövzələrinin bioloji varlıqlarının ölməsinə səbəb olur. Buna görə də suyun çirklənməsinə qarşı texniki tədbirlər ilk növbədə zəhərli maddələrin təmizlənməsinə köməklik etməlidir.

Su nəqliyyatında neft məhsullarının sızmasının qarşısını almaq üçün tankerlərin konstruksiyası təkmilləşdirilir: gəmilər ikiqat dibli və bortlu, ballast bölmələri izolə edilmiş hazırlanır.

Suyun səthindən çirkin və zibilin yığılması və tökülmüş neftin yığılması üçün xüsusi özügedən və özü getməyən gəmilər layihələndirilir.

Su mühitinin çirklənməsinin əsas hissəsi bütün növ təmir və istismar müəssisələrindən çirkab sularının daxil olması ilə bağlıdır. Çirkab sularının yaranması yığım, qalvanik, rəngləmə, akkumulyator şöbələrində, hərəkət tərkibinin xarici və daxili yuma sahələrində, aqreqatların, qovşaq və detalların yuyulması və təmizlənməsi sahələrində baş verir.

Dəmiryolunda su mühitinin böyük çirklənməsi şpal-hopdurma zavodlarında, həmçinin sisternlərin kimyəvi və neft məhsullarının qalıqlarından təmizləndiyi yuma-buxara vermə stansiyalarında baş verir. Şpal-hopdurma zavodlarında çirkab sularını fenollardan tam təmizləməyə imkan verən aerotanklar və ozonatorlar istifadə edilir. Üstəlik təmizləmə süzgəcləri ilə təmin olunmuş yeni flotasiya qurğusu sınaqdan keçirilir, bu qurğudan keçən su balıq təsərrüfatı su hövzələrinin tələblərinə cavab verir.

Çirkab sularının təmizlənməsi üzrə texniki həllər müxtəlif metodlardan istifadə olunmasına əsaslanır, bu metodlar yerli şəraitə, texniki vasitələrin olmasına və çirkləndirici maddələrin xarakteristikasına görə seçilir.

Çirkab sularının təmizlənməsinin mexaniki, kimyəvi, fiziki-kimyəvi və bioloji üsulları var. Böyük şəhərlərdə əsasən fiziki-kimyəvi və bioloji üsullar tətbiq edilir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin