Sularda baş verən çirklənmələrin aşağıdakı növləri var:
mineral çirklənmə – bu növ çirklənmə maşınqayırma, metallurgiya, neft sənayesi, tikinti, dağ-mədən və s. sənaye sahələrinin çirkab suları ilə baş verir;
üzvi çirklənmə – yüksək karbonluluğa malik kağız, toxumlar, tərəvəzlər və bitki qalıqları vasitəsilə yaranır;
bakterioloji və bioloji çirklənmə – bu çirklənmə kiçik bakteriya, yosunlar və qıcqırmış kif göbələklər vasitəsilə yaranır;
yeraltı suları çirkləndirən maddələr arasında neft məhsulları, ağır metallar, azot birləşmələri üstünlük təşkil edir.
Dünya okeanının çirklənməsinin təxminən yarısı gəmiçiliyin payına düşür. Ən böyük fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə əlaqədardır. Neft emalı və nəqli zamanı neftin sızması çay və dənizlərin səthində neft pərdəsinin əmələ gəlməsinə səbəb olur. Müşahidələrə görə dünya okeanının səthinin 10-15%-i çirklənmişdir.
Bundan başqa səhv təsərrüfat fəaliyyəti su hövzələrinin ağır metalların civə, qurğuşun, mis və sink duzları ilə zəhərlənməsinə səbəb olur. Bu maddələr suyun dibindəki çöküntüdə, balıq toxumalarında toplanaraq insan orqanizminə düşərək ağır zəhərlənməyə səbəb olur. Hazırda bu problemləri azaltmaq üçün istehsal proseslərinin tullantısız istehsal texnologiyası qarşıya məqsəd qoyulmuşdur.
Dostları ilə paylaş: |