Mövzu 9: Söz əsas dil vahidi kimi.
İnsan öz fikrini cümlələr vasitəsilə ifadə edir.Cümlələr sözlərdən ibarətdir.Odur ki,fikri ifadə etmək birinci sözdən başlanır.Söz-ünsiyyət məqsədlərinə xidmət etmək üçün işlədilən gerçəkliyin hər hansı bir faktını ifadə edən dil vahididir.Sözün lüğət tərkibində əsas dil vahidi olması üçün əsas şərt onun hamı tərəfindın anlaşıqlı olmasıdır.Sözün həm leksik,həm qrammatik mənası vardır.
Sözün leksik mənası-Sözün leksik mənası onun ilk ifadə etdiyi başa düşülən mənasıdır.Bundan əlavə sözün həm həqiqi,həm də məcazi mənası vardır.Həqiqi məna dedikdə mümkün olan məna,məcazi məna dedimdə isə törəmə məna başa düşülür.Məsələn,qızıl sırğa(həqiqi),qızıl xasiyyət(məcazi)mənaları ifadə edir.Digər bir sö qrupu təkmanlı və çoxmənalı sözlərdir.Bir sözün bir mənası vars təkmanlı,əvvəlki mına ilə əlaqədə olub,törəmə mənalarla işlənə bilirsə çoxmənalı adlanır.Məsələn,çarpayl təkmənalı söz,ayaq sözü isə çoxmənalı sözdür:insanın ayağı,yolun ayağı və s.
Sözlər eyni zamanda omonimlik xüsusiyyəti də daşıyır.Yazılışı,deyilişi olan,lakin fərqli mənalar ifadə edən nitq hissəsinə omonimlər deyilir.Omonimlər hım eyni,həm də müxtəlif nitq hissələrinə aid ola bilər:don-paltar,don-şaxta;qol-insan qolu,qol-futbolda vurulan qol.Növbəti söz qrupu sinonimlər,antonimlərdir.Yazılışı və deyilişi fərqli olan,lakin eyni və ya yaxın məna ifadə edən sözlər sinonimlər adlanır.Sinonimlər bütün hallarda bir-birini əvəz edə bilirsə bele sinonimlər mütləq sinonimlər-dubletlər adlanır.Yox,bəzi hallarda əvəzlənmə mümkünsə,bu zaman nisbi sinonimlər adlanır.Antimlər-bir-birinı zidd,əks mənalı sözlərdir: gecə-gündüz,ağ-qara və s.
Növbəti söz qrupu ümumişlək və ümumişlək olmayan söz qrupudur.Ümumişlək sözlər-hamı tərəfindən anlaşılan,gündəlik həyatımızda istifadə etdiyimiz sözlərdir.Bəzi sözlər isə vardır ki,onlar ümumişlək deyil.Buraya aşağıdakı qruplara ayırmaq olar:
Dostları ilə paylaş: |