İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə81/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   166
 
Xidmətedici səviyyə. 
Bu səviyyənin proqramları həm baza, həm də sistem səviyyələrinin proqramları ilə 
qarşılıqlı fəaliyyət göstərir. Xidmətedici proqramlar (utilitlər) kompüter sisteminin 
yoxlanması və sazlanması işlərinin avtomatlaşdırılmasını həyata keçirir, həmçinin sistem 
proqramlarının funksiyalarının yaxşılaşdırılmasını təmin edir. Bəzi xidmətedici proqramlar 
iş başlayan kimi əməliyyat sisteminin tərkibinə daxil olaraq onun nüvəsini genişləndirir. 
Lakin bunların əksəriyyəti əməliyyat sisteminin imkanlarını genişləndirmək üçün nəzərdə 
tutulan əməliyyat sisteminə nəzərən xarici proqramlardır. Yəni xidmətedici proqramların 
bir qismi əməliyyat sistemi ilə ineqrasiya edilir digər qismi isə ayrıca fəaliyyət göstərir. 
Xidmətedici proqram vasitələrinin təsnifatı. 


104 
1. Fayllar dispetçeri
117
. Fayl strukturlarına xidmət üzrə icra edilən əməliyyatların 
əksəriyyəti
118
bunların köməyi ilə icra edilir. Baza proqram vasitələri sistem 
səviyyəsinin proqramlarının tərkibində yerləşir və əməliyyat sistemi ilə birgə 
yüklənir. 
2. Verilənlərin sıxılması vasitələri
119
. Bunlar arxiv yaratmaq üçündür. Arxiv 
fayllarındakı informasiya daha sıx yerləşdiyindən
120
informasiya daşıyıcısından
121
daha səmərəli isttifadə etməyə imkan verir. 
3. Diaqnostika vasitələri. Bunlar proqram və aparat təminatlarının diaqnostikası 
proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu vasitələr səhvlərin 
düzəldilməsi vvə kompüter sisteminin işinin optimallaşdırılması üçün istifadə edilir. 
4. Proqramların qurulması
122
vasitələri. Bunlar cari proqram konfiqurasiyasına yeni 
proqram təminatının əlavə edilməsinə nəzarət etmək üçündür. Bu vasitələr proqram 
təminatının ətraf mühitinin vəziyyətini və burada baş verən dəyişikliyi izləyir, 
əlavəetmə ilə əlaqədar olaraq yeni yaranan əlaqələri və ləğvetmə ilə bağlı olaraq 
itirilmiş əlaqələri protokollaşdırır. Əlavəetmə və ləğvetməəməllərinin idarə edilməsi
üzrə sadə vasitələr əməliyyat sisteminin tərkibində saxlanır. Lakin bu məqsəd üçün 
əlavə xidmətedici proqramlardan da isstifadə etmək mümkündür. 
5. Kommunikasiya vasitələri. Bunlar uzaq məsafələrdəki kompüterləri əlaqələndirmək, 
elektron poçtla xəbər ötürmək, faksimil məlumatları göndərmmək və s üçün nəzərdə 
tutulmuşdur. 
6. Baxış və təkraryaratma vasitələri. Bunlar əsasən fayllarla işləmək üçün, onları öz 
―doğma‖ proqramlarına (məsələn, mətn sənədini Word-ə) yükləmək və lazımi 
düzəlişlər etmək üçündür. Əgər redaktə işi lazım deyilsə, mətn üçün verilənlərə 
universal baxış, səs və ya video üçün universal təkraryaratma vasitələri mövcuddur. 
7. Kompüter təhlükəsizliyi vasitələri. Bunlara: verilənlərin pozulmasına, onlara 
icazəsiz müdaxilə edilməsinə, baxış keçirilməsinə və dəyişdirilməsinə qarşı istifadə 
edilən aktiv və passiv vasitələr aiddir. Passiv müdafiə vasitələri dedikdə, 
117
fayl menecerləri 
118
faylın surətinin çıxarılması, yerinin dəyişdirilməsi, adının dəyişdirilməsi, katloqların (qovluqların) 
yaradılması, obyektlərin ləğv edilməsi, faylların axtarılması və fayl daxilində naviqasiya və s. 
119
arxivatorlar 
120
yazıldığından
121
yaddaşdan 
122
installaşdırılması


105 
nüsxələşdirici, yəni ehtiyat nüsxə yaradan xidmətedici proqramlar nəzərdə tutulur. 
Aktiv müdafiə vasitələri kimi antivirus proqram təminatından istifadə edilir. 
Verilənləri icazəsiz müdaxilədən qorumaq üçün kriptoqrafiyaya əsaslann xüsusi 
sistemlər mövcuddur. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin