110
Şəbəkədə sistem proqram təminatı ilə sistem proqramçılarla yanaşı,
şəbəkə
inzibatçısı və operatorlar da məşğul olurlar.
Sistem proqram təminatının vəzifələrinə aşağıdakılar daxildir:
Hesablayıcı sistemin normal fəaliyyətinin təmin edilməsi;
Kompüterdə və şəbəkədə tətbiqi proqramlar üçün iş şəraitinin yaradılması;
Köməkçı prosedurların
123
icrası;
Kompüter və ya şəbəkə aparaturasının diaqnostikası və profilaktikası.
Sistem təminatı kompüterin ayrılmaz tərkib hissəsi olmaqla, sabit yaddaşdakı baza
təminatını, kompüterin əməliyyat sistemini (ƏS), əməliyyat örtüyünü və şəbəkə ƏS-ni
özündə birləşdirir.
Servis (xidməti) proqram təminatı istifadəçi üçün rahat (komfort) iş şəraiti yaradır.
Buraya:
diaqnostika, antivirus,
disklərə xidmət, verilənləri arxivləşdirən və imtinadan
sonra bərpa proqramları daxildir.
Proqramlaşdırma texnologiyalarının instrumentariyası proqram tərtibi vasitələrini
özündə birləşdirir. Bu qəbildən olan proqram məhsulları tətbiqi proqramların yaradılma-
sı, sazlanması və testləşdirilməsi mərhələlərini özündə birləşdirən bütün proqramlaşdır-
ma prosesini həyata keçirməyə imkan verir.
Turbo Pascal və ya
Turbo C kimi universal dillərə
və müəyyən sinif proqram
vasitələrinin
124
yaradılması üçün nəzərdə tutulan ixtisaslaşdırılmış sistemlərə əsaslanan
çoxsaylı proqramlaşdırma sistemləri mövcuddur.
Proqramlaşdırma sistemlərinə: müəyyən proqramlaşdırma
dilində mətn və obyekt-
istinad proqram vasitələri; proqramlaşdırma
dilindən kompilyator; proqram sazlayan;
proqramları optimallaşdıran
vasitələr; standart proqramlar kitabxanası; əlaqələr
redaktoru
125
; sorğu informasiyası
126
; fərdi və kollektiv layihələrin reallaşdırılması üçün
olan proqramlar; proqramları sənədləşdirən proqramlar aiddir.
123
surətçıxarma, arxivləşdirmə, faylların və verilən bazasının bərpası, icazəsiz müdaxilədən mühafizə
124
məsələn, verilən bazasının
125
kompanovkaedici
126
aidi və ümumi arayışlar
111
Proqramlaşdırma sistemləri ilə yanaşı, son illərdə proqramlaşdırmanın
avtomat-
laşdırılması üzrə müxtəlif vasitələrin
127
geniş istifadəsi müşahidə olunur. Bunlara
CASE
(
Computer Aided System Engineering) instrumentləri deyilir.
Dostları ilə paylaş: