İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi


Əhməd Əbu Abbas Qazi Bürhanəddin 1344-cü ildə Qeysəriyyədə



Yüklə 0,66 Mb.
səhifə18/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   14   15   16   17   18   19   20   21   ...   53
Əhməd Əbu Abbas Qazi Bürhanəddin 1344-cü ildə Qeysəriyyədə anadan olmuşdur. Onun adı Əhməddir və özü də oğuzların Salur boyundandır. Şairin ata-babası nəsillikcə zəmanəsinin siyasi xadimləri kimi tanınmışdır. Onun atası Şəmsəddin Məhəmməd Qeysəriyyə qazisi olmuşdur. Babalarından Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman da qazilikdə şöhrət qazanmışlar. Şairin anası da məşhur dövlət xadimlərindən Cəlaləddin Mahmud Mustafanın oğlu Abdulla Cələbinin qızıdır.

Şair ilk təhsilini atasından almışdır. Sonra təhsilini davam etdirmək ücün Misirə gedib fith, hədis, təfsir, tibb, həndəsə, nücum elmlərini mükəmməl öyrənmişdir. Sonra Şama gedib görkəmli alim Mövlana Qütbəddin Razidən təbiət, ilahiyyət, riyaziyyat və məntiq elmləri üzrə dərs almışdır. Qeysəriyyəyə qayıdan Qazi Bürhanəddin 20 yaşında 1365-ci ildə Ərtənə oğullarından Məhəmmədin qızı ilə evlənir və onun yanında atasının yerinə qazi vəzifəsində işləməyə başlayır. Tez bir zamanda şöhrətlənir və 1378-ci ildə Qazi Bürhənəddin vəzir secilir. Ölkəni iqtisadi və siyasi cəhətdən dircəldir. Amasiya, Niksar, Nik döyüşlərində fəal şəkildə iştirak edib şücaət göstərir. 1380-ciildə Qazi Bürhanəddin Ata bəy adı ilə hakimiyyət başına kecir. O, hakimiyyətinin ilk illərində ölkə daxilindəki hərc-mərcliyə son qoyur, türkmən və moğol tayfalarını mərkəzi dövlətə tabe edir. Belə bir vəziyyətdə Əmir Teymurun təhlükəsi hər yeri bürüyür. Qazi Bürhanəddin ölkəni qorumaq üçün Misir hakimi, Şam, Osmanlı hakimlərilə əlaqəni möhkəmləndirir. 1394-cü ildə Əmir Teymur elci göndərib Qazi Bürhanəddindən müttəfiqlərindən üz döndərməyi tələb edirsə də, o bunu qəbul etmir, hətta elcini də öldürür.

Qazi Bürhanəddin 1388-1397-ci illərdə Amasiya, Ərzincan, Qaraman oğulları və türkmən əmirlikləri ilə mübarizə aparıb qalib gəlir. Lakin 1398-ci ildə Ağqoyunlulardan Qara Yoluq Osman bəy tərəfindən öldürülür. On səkkiz ilə qədər hökmdarlıq edən Qazi Bürhanəddin çox qorxmaz, uzaq gğrən, siyasətcil, elmi, sənəti sevən bir şəxs olmuşdur.

Onun ictimai fikirlərini bədii yaradıcılığı tamamlayır. Şairin şeirləri öz sağlığında insanpərvərliyi, qəhrəmanlığı, mənəvi-əxlaqi gözəlliyi ifadə edən şeirlər kimi sevilmişdir. Şairin 1393-cü ildə öz sağlığında üzü köçürülmüş divanının bir əlyazması günümüzə qədər gəlib çatmışdır. Bu divanın yeganə nüsxəsi Londonda Britaniya Muzeyində saxlanılır. Divanda 1500-ə yaxın qəzəl, 20 rübai, 119 tuyuğ vardır. 608 səhifəlik əlyazması 17 min misradan ibarətdir. Onu da qeyd edək ki, Nəsimi divanının bəzi nüsxələri yazı tərzi, şivəsi və xəttatlıq üslubuna görə Qazi Bürhanəddinin divanı ilə yaxından səsləşir. Görünür ki, hər iki şairin divanı eyni katib tərəfindən yazılmışdır.

Şairin əsərlərinin tədqiq və nəşr tarixi cox da qədim deyil. 1922-ci ildə İstambulda Cənab Çəkabəddinin geniş müqəddiməsilə şairin şeirlərindən nümunələr capdan buraxılmışdır. 1943-cü ildə Türk Dil Qurumunda divanın fotofaksimelesi nəşr edilmişdir. 1977-ci ildə ədəbiyyatşünüs Əli Alparslan şairin secilmiş şeirlərini izahatlarla nəşr etdirmişdir. M. Ergin isə şairin divanın tam şəkildə 1980-ci ildə latın qrafikası ilə cap etdirib. Əliyar Səfərli də 1980-ci ildə şairin şeirlərindən nümunələri Bakıda ilk olaraq cap etdirib. F. Köprülüzadə ona həsr etdiyi məqalədə şairin dünyəvi qəzəllər yazıb dini mövzulara yer vermədiyini yüksək qiymətləndirmişdir. Şairin rus tədqiqatçısı R. Melioranski tərəfindən də şeirləri rus dilinə tərçümə olunaraq nəşr olunmuşdur.

56 il ömr sürsə də Qazi Bürhanəddin həyatını müharibələrdə kecirsə də, onun hissi və siyasi həyatı da həyəcanlə kecmişdir. Azərbaycan şeirində lirizmin ən qüvvətli təzahürünü onun hərarətli şeirlərindən duyuruq. Şairin tədqiqatçılarından H. Araslı, M. Quluzadə, türk alimlərindən Əli Nihad Tərlan, Nihad Sami Banarlı, Əli Alparslan və b. onun yaradıcılığının əsas cəhətlərini təhlil edib yüksək qiymətləndirmişlər.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin