İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent



Yüklə 89,5 Kb.
səhifə24/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
İstifadə olunmuş ədəbiyyat

  1. Məktəbəqədər müəssisələrdə təlim və tərbiyə proqramı, Bakı, 1998.

  2. Həmidov S.S., Uşaqlarla sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası, Bakı, APİ, 1987.

  3. N.Rüstəmova, Z.Zeynalova, Uşaqlarda sadə riyazi təsəvvürlərin öyrədilməsi metodikası, Bakı, 1993.

  4. İ.Rüstəmov., A. Novruzov “Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası”, Naxçıvan. 2013

  5. Метлина Л.С. Математика в детском саду, М., «Прсвешение», 1984.



Mövzu 13. Böyük yaş və hazırlıq qruplarında uşaqlarda forma

haqqında təsəvvürlərin formalaşdırılması

Böyük yaş qrupunda uşaqların forma haqqında təsəvvürlərin inkişaf etdirmək üçün 3 -4 məşğələ həsr edilir. 10 -12-ci məşğələlərdə isə bu məqsədlə 4 -8 dəqiqə vaxt sərf olunur .

Uşaqlar dairə ilə ovalın oxşar və fərqli xassələrini öyrənir və öz sözləri ilə ifadə edirlər. Müxtəlif müstəvi və fəza fiqurlarının müqayisə edilməsi, tanınması və adlandırılması və s. məsələlər məşğələlərin əsas məzmununu təşkil edir. Burada didaktik oyunlara daha çox yer verilir. Bu oyunlar uşaqların fiqurlar haqqındakı biliklərini, təsəvvürlərini daha da zənginləşdirilir.

Əyani vasitələr müxtəlif və rəngarəng məzmunda istifadə olunur. Hər bir həndəsi fiqurun müxtəlif rənglərdə və müxtəlif materiallardan hazırlanmış modelləri nümayiş etdirilir.

Fiqurların modellərinin (həm oxşar və həm də fərqli) tutuşdurulması, müqayisə edilməsi yolu ilə onların oxşar və fərqli əlamətlərininin aşkar edilməsinə dair orta yaş qrupunda başlanmış iş davam etdirilir. Burada eyni zamanda hər növdən (üçdən beşə qədər) fiqurun müqayisəsi və müşahidəsinə aid çalışmalar verilir. Məsələn, düzbucaqlılar və üçbucaqlar müqayisə edilir. Burada hər bir fiqurun bir neçə ölçüdə nümunələri olmalıdır.

Hər bir həndəsi fiqurun xarakterik xassələrini aşkar etmək üçün onun müxtəlif ölçülərdə, rənglərdə və materiallarda hazırlanmış 4-5 modeli üzərində iş aparılır.

Həndəsi fiqurların nəzərdən keçirilməsi və müqayisə edilməsi müəyyən ardıcıllıqla aparılmalıdır:



  1. həndəsi fiqurun formasının müəyyən edilməsi;

  2. fiqurların eyni cinsli əlamətlərinin müəyyən edilməsi;

v) fiqurların mühüm olan əlamətlərinin (elementlərinin sayı, ölçüləri) mühüm olmayan əlamətlərdən (rəngi, materialı və s.) ayırd edilməsi.

Məlumdur ki, həndəsə deduktif elmdir və onun elementləri də deduktiv metodla təlim edilir. Lakin bağça uşaqlarının yaş və bilik səviyyələrini nəzərə alaraq, ayrı –ayrı fiqurların mühüm əlamətləri haqqında təsəvvür yaradarkən induktif metoddan da istifadə olunur.Məsələn, kvadratın xassələrini öyrətmək üçün müxtəlif rəngdə, müxtəlif ölçüdə, müxtəlif materiallardan hazırlanmış kvadratlar nəzərdən keçirilərək müqayisə edilir. Bundan sonra ümumi nəticə çıxarılır: kvadratın bütün tərəfləri bərabərdir.

Bu cür təşkil edilmiş məşğələlərdə uşaqlara daha çox müstəqillik vermək lazımdır. Bu yaş qrupu uşaqları da ətraf mühit haqqında məlumat almaq üçün hissi-hərəki analizatorlardan daha çox istifadə etməyə çalışırlar. Fiqurların fərqləndirici əlamətlərini aşkar etmək üçün yanaşı qoyma və üst –üstə qoyma priyomlarından istifadə olunur. Uşaqlar fiqurların elementlərini (tərəfləri, təpələri, bucaqları, üzləri və s.) saymaqla, həm də onları müqayisə edirlər. Məsələn, kvadratın 4 tərəfi üçbucağın isə 3 tərəfi var və s.

Müəllim fiqurların elementləri ilə uşaqları tanış edərkən həmin elementləri əl (barmaq ilə) ilə göstərir (konturu üzrə) və sonradan bunu etməyi uşaqlardan da tələb edir.

Həndəsi fiqurlar haqqında təsəvvürlərin möhkəmləndirilməsi üçün orta yaş qrupunda tətbiq olunan priyomlar burada da tətbiq olunur. Lakin burada uşaqlar həm də fiquru bərabər hissələrə bölməyə və hissələrdən tam fiqurun alınmasına aid çalışmalar yerinə yetirirlər. Burada məftildən, çöplərdən, plastilindən istifadə etməklə müxtəlif həndəsi fiqurların modellərinin hazırlanmasını da uşaqlara öyrətmək lazımdır.

Fiqurların müəyyən əlamətlərinə görə qruplara ayrılması işi bir qədər mürəkkəbləşdirir. Məsələn, müqayisə olunan fiqurların sayı və növü artırılır. Çoxlu sayda əlamətləri ilə fərqlənən həndəsi fiqurların modellərindən istifadə olunur. Fiqurların qruplara ayrılması işi miqdar və sıra sayı və ədədin tərkibinin öyrənilməsi ilə əlaqələndirilir.

Həndəsi fiqurların qarşılıqlı vəziyyətini müəyyən etməyə aid çalışmalara xüsusi diqqət yetirilməlidir. Məsələn, sıra ilə düzülmüş üç fiqurun bir-birinə nəzərən vəziyyəti soruşulur: “soldan birinci, sağdan birinci, ortadan”, “soldan birinci, ikinci, üçüncü”, “sağda, solda, ortada”. Sonralar 5 fiqurdan ibarət qrup düzəldilir və müəllimin göstərdiyi ardıcıllıqla onların vəziyyəti göstərilir.

Həndəsi fiqurların qarşılıqlı vəziyyətini müəyyən etmək məqsədilə müxtəlif oyunlar keçirilir. Məsələn, “Cütü tapın”, “Nə dəyişdi?” və s. Bu sahədə Y.İ.Tixeyevanın faydalı tədqiqatları vardır.

Fiqurların və ya əşyaların formalarının müəllimin köməyi ilə uşaqlar tərəfindən təhlil edilməsi onların fəza təsəvvürlərini inkişaf etdirir. Müəllim tədricən abstraktlaşdırmaya yer verir. Belə ki, uşaqlar şəkil və aplikasiya əsasında həndəsi fiqurların xassələrini müəyyənləşdirir. Bu cür işlərə 3 dəqiqədən 5 dəqiqəyə qədər vaxt verilir. Uşaqlarla məşğələdənkənar “Həndəsi loto”, “Yeddisi bir cərgədə”, “Domino” kimi oyunlar keçirmək məsləhətdir.

İşin sonrakı mərhələsi əşyanın verilmiş hissələrinə görə onu qurmaqdan ibarətdir. Ayrı-ayrı hissələrin xassələrinə görə bütöv fiqur bərpa edilir. Bunun üçün aşağıdakı oyunlar tətbiq olunur: “Təsvirə görə tap”, “Kim çox tapar?”, “Hansı evdir?”, “Gül mağazası” və s. Bu oyunları məşğələdənkənarda da aparmaq olar.




Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin