Китабын ады


Dəvətçi:  «Mümkünsə,  bir  az  daha  izahlı  şəkildə  söyləyin:  aludə  olduğum  bidətlərin hansılardır?».    ŞİƏ MƏZHƏBİNİN ARAŞDIRILMASI



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə46/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   42   43   44   45   46   47   48   49   ...   314
2 5290018709182616340

Dəvətçi:  «Mümkünsə,  bir  az  daha  izahlı  şəkildə  söyləyin:  aludə  olduğum 
bidətlərin hansılardır?». 
 
ŞİƏ MƏZHƏBİNİN ARAŞDIRILMASI 
 
Hafiz:  «Əlbəttə,  tarix  təsdiq  edir  ki,  hər  böyük  peyğəmbərdən  sonra 
düşmənlər,  Tövrat  və  İncil  kimi,  onların  müqəddəs  kitablarına  əl  uzatmış  və  bir 
çox  təhriflər  edərək,  dinini  etibar  edilən  dərəcədən  endirmişlər.  Lakin  İslam 
dinində Qurani-hakimin möhkəm olduğu və o gücə sahib ola bilmədiklərinə görə 
Əbdullah  ibn  Səba  Sənai,  Kəbül-Əhbar  və  Vəhəb  ibn  Münəbbih  kimi  daima 
hiyləgər  olan  yəhudilərdən  bir  dəstə  zahirən  müsəlman  olub,  sehirli  təbliğatlar 
aparmağa  qərar  vermişlər.  Peyğəmbərin  (s)  sözləri  adı  altında  öz  inanclarıyla 
birlikdə digər batil inancları da müsəlmanlar arasında yaymışlar.  
III  xəlifə  Osman  ibn  Uffan  (r.z)  onları  təqib  etdiyinə  görə  xəlifənin 
qorxusundan  qaçırdılar.  Misiri  öz  mərkəzləri  qərar  verib,  yavaş-yavaş  bir  qrup 
insanları  aldadaraq,  özlərinə  tabe  etdilər  və  «Şiə»  adında  bir  hizb  qurdular. 
Osmanın xəlifə olmasına baxmayaraq, Əlini imam və xəlifə olaraq tanıyırdılar. Öz 
hədəflərinə uyğun olaraq «Peyğəmbər (s) Əlini xəlifə və imam elan etmişdir» deyə 
bəzi saxta hədislər uydururdular.  
Bu hizbin qiyamı nəticəsində çox qanlar töküldü. Nəhayət bu hadisə, məzlum 
xəlifə  Osmanın  öldürülməsi  və  Əlinin  xilafət  məqamına  oturdulmasına  yol  açdı. 
Osmandan narazı olan bir dəstə camaat da Əlinin ətrafına toplaşdılar. Şiə hizbi bax 
o  zamanda,  bu  səbəbdən  qurulmuşdu.  Lakin  bəni-Üməyyənin  xilafəti  zamanında 
Əlinin övladları və dostlarının öldürülməsiylə, bu hizb zahirdə aradan getdi. 
Buna baxmayaraq, Salman Farsi, Əbuzər Qəffari və Əmmari Yasər kimi bəzi 
insanlar Əlinin (kərəmullahu vəchəhu) leyhinə ciddi bir şəkildə təbliğat aparırdılar: 
qətiyyətlə Əlinin ruhu bu növ təbliğatlardan uzaqdır. Bu vəziyyət Harun Rəşid və 
xüsusilə  iranlıların  əliylə  qardaşı  Məhəmməd  Əminə  qalib  gələn  və  xilafət 
məqamında sabitləşən oğlu Məmun Rəşid Abbasinin xilafət zamanına qədər beləcə 


 
53 
davam  edir.  Belə  ki,  artıq  Əli  ibn  Əbu  Talibi  dəstəkləyib,  onu  haqsız  yerə 
«Xüləfayi-raşidin»dən (digər üç xəlifədən) üstün etməyə çalışırlar.  
İranlılar da bu səbəbdən məmləkətlərinin ərəblərin qüdrət əliylə işğal olması 
və istiqlaliyyətlərinin aradan getməsinə görə, münasibətlərinin onlarla yaxşı halda 
olmadığı və din adıyla ərəblərin qarşısında qiyam etməkləri üçün bir yol tutmağa 
bəhanə axtarırdılar. Bax, buna görə o haqsız yolu tutub, bəyənib ona aldandılar; şiə 
hizbinin  adıyla  onun  ətrafında  əvəz  çıxartdılar.  Diyaləmə  zamanında  güc 
topladıqdan  sonra  iqtidarlı  Səfəviyyə  səltənəti  zamanında  bu  şiə  hizbi  bir  rəsmi 
məzhəb  olaraq  elan  edildi.  Məcusi  iranlılar  da  indiyə  qədər  siyasət  məqsədiylə 
məzhəblərini şiə olaraq tanıtdırırlar.  
Qısaca desək, şiə məzhəbi siyasi bir məzhəbdir, yəhudi Əbdullah ibn Səbanın 
əliylə  ortaya  çıxmışdır.  Daha  əvvəllərdə  İslamda  «şiə»  adı  yox  idi;  cəddiniz 
Nəbiyyul-əkrəm (s) də bu ada nifrət edir. Çünki bu yol onun istəyinin xilafınadır. 
Həqiqətdə  demək  mümkündür  ki,  şiə,  yəhudilərin  məzhəb  və  əqidələrindən  bir 
təmsilçilikdir.  
Bax,  bu  səbəbdən,  sizin  kimi  şərif  və  nəsli  pak  olan  bir  şəxsin  adəti  üzrə 
keçmişdəkiləri  təqlid  edərək,  bürhan  və  dəlilsiz  olaraq  uca  cəddinizin  yolu  olan 
pak İslam dinini buraxıb, bidət icad edən yəhudilik yoluna tabe olması, həqiqətən, 
məni  təəssüfləndirir;  halbuki,  Qurana  və  cəddiniz  Rəsulallahın  (s)  sünnətinə 
bağlanmağa siz daha layiqsiniz». 
Məclisdəkilərin və Hindistanlı şərif möminlərin xüsusilə Hindistan şiələrinin 
qüdrətli,  qeyrətli  və  hərarətli  Qızılbaşların  Hafiz  ağanın  sözlərindən 
qəzəbləndikləri  və  rənglərinin  dəyişdiyini  gördükdə,  bir  az  onlara  nəsihət  edib, 
səbirli olmağa dəvət etdim və dedim: «İranda belə bir atalar sözü vardır, deyirlər 
ki,  «Şaha  namənin  sonu  xoş  olar».  Və  ya  «Səbir  et,  səbir  qurtuluşun  açarıdır». 
Sonra cənab Hafizin sözlərini cavablandırmağa başladım.  
 


 
54 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin