Demonstrasiya metodu. Əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf halında nümayiş etdirməyə deyilir. Fəal idrak metodudur. Demonstrasiya həm də təcrübəni əhatə edir. Demonstrasiya və illustrasiya metodları sıx əlaqədədirlər. Onlar bir-birinin birgə təsirini qarşılıqlı surətdə tamamlayır və gücləndirir.
Çalışmalar. Təlim prosesində şagirdlərin mənimsədikləri biliklərin bacarığa və vərdişə çevrilməsində çalışmalar, praktik və laborator işlər, idraki oyunlar, tədqiqatçılıq metodları xüsusi əhəmiyyət kəsb edir.
Müxtəlif növ çalışmalar vardır: xüsusi çalışmalar-dəfələrlə təkrar olunur, təlim,əmək bacarığı vəvərdişləri formalaşdırır. törəmə çalışmalar--əgər xüsusi çalışmalara əvvəl tətbiq olunan çalışmaların komponentləri daxil edilibsə, ona törəmə çalışmalar deyilir. Törəmə çalışmalar əvvəl formalaşdırılmış vərdişlərin təkrarına və möhkəmləndirilməsinə kömək edir. Və burada vərdiş unudulur. şərh olunan çalışmalar-tədris prosesini formalaşdırmağa, tədris tapşırıqlarını şüurlu yerinə yetirməyə xidmət edir. Onların mahiyyəti ondadır ki, müəllim və şagirdlər yerinə yetirdikləri əməliyyatları şərh edirlər.
Şagirdlərın müstəqillik səviyyəsindən aslı olaraq çalışmaların 3 tipi fərqləndirilir.
Dostları ilə paylaş: |