M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə122/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   118   119   120   121   122   123   124   125   ...   154
felsefe

Cəmiyyət maddi-ideal varlıqdır. Ümumiləş­dirilmiş baxışların, ideyaların, hisslərin, əxlaqların, nəzəriyyələrin, ənənələrin və s. məcmusu, başqa sözlə desək, ictimai şüurun məzmununu təşkil edənlər mənəvi reallığı yara­dırlar, ictimai varlığın tərkib hissəsi kimi çıxış edir, belə ki, o ayrıca fərdin şüuruna verilmişdir. Burada mənəvinin fərddən üstün olan dünyasından danışmaq lazımdır. Bu qavradıqlarımız, dərk etdiklərimiz, qiymətləndirdiklərimiz və tənqid etdiklərimizdir. Bu yalnız dilin yaranması ilə mümkün olur, onun köməyi ilə fərdi şüur varlığın fərddən üstün olan formasını əldə edir. Məhz bu vaxt həqiqəti səhvdən fərqləndirmək imkanı yaranır. Yalnız fərdi şüur səviyyəsində, dil formasında onun obyektivləşdirilməsi olmadan bütün bunlar mümkün deyildir.
Beləliklə, şüur inikas kimi və fəal yaradıcı fəaliyyət kimi özündə eyni bir prosesin iki ayrılmaz tərəfini əks etdirir; varlığa təsiri ilə şüur onu həm qiymətləndirə, onun potensial mənasını aça, proqnozlaşdıra bilər, həm də adamların praktiki fəaliyyəti ilə onu dəyişdirə bilər. Ona görə də dövrün ictimai şüuru varlığı əks etdirməklə yanaşı, həm də onun yenidən qurulmasına fəal təsir edə bilər. (Şüur varlığı həm təhrif edə, həm də onun inkişafını ləngidə bilər- ancaq bu başqa məsələdir). İctimai şüurun tarixən formalaşmış funksiyası elə bundan ibarətdir ki, elə bu da onu istənilən ictimai şüur üçün obyektiv zəruri və real mövcud olan ünsür edir. Mənəvi aləmin məhsulları işarələrdə, simvollarda, dillərdə - şübhəsiz buna əmək sərf olunur və adamların beynində kodlaşdırılır. Düşünməyən və hiss etməyən beyindən kənarda - bütün bunlar mənəvi hesab oluna bilməz.
Cəmiyyətin mənəvi həyatının əsas ünsürləri
Cəmiyyətin mənəvi həyatının strukturu olduqca mürəkkəbdir. Onun məğzini, nüvəsini ictimai və fərdi şüur təşkil edir. Bir halda ki, bəşəriyyətin mənəvi həyatı hər halda maddi həyatdan əmələ gəlir və ayrılır, onda onun strukturu bir çox cəhətdən oxşardır: mənəvi tələbat, mənəvi mənafe, mənəvi fəaliyyət, bu fəaliyyətdən yaranan mənəvi xoşbəxtlik, səadət (dəyərlər), mənəvi tələbatın öyrənilməsi və s. Bundan başqa mənəvi fəaliyyət və onun məhsullarının varlığı ictimai münasibətlərin xüsusi növünü-estetik, dini, əxlaqi və s. labüd olaraq yaradır.
Əvvəlcə cəmiyyət insanda onun ictimailəşməsini təmin edən yalnız ən sadə mənəvi tələbatları forma­laşdırır. Daha yüksək səviyyədə mənəvi tələbatı isə-dünya mədəniyyəti zənginliklərinin daha böyük hissəsinin mə­nim­sənilməsi onların yaradılmasında iştirakı-cəmiyyət yalnız bilvasitə, dolayısı ilə, fərqli mənəvi özünü inki­şafının oriyentirinə xidmət edən mənəvi dəyərlər sistemi ilə formalaşdıra bilər.
İnsanın mənəvi tələbatı yaradıcılığa daxili meyli, mənəvi dəyərlərin yaradılması və onun mənim­sə­nil­mə­sinə, mənəvi ünsiyyətə meyli ifadə edir. Təbii təlabatdan fərqli olaraq mənəvi tələbat bioloji yox, ictimai xarakter daşıyır. Fərdin mədəniyyətin işarə-simvolik aləmini mənimsəməyə tələbatı onun üçün obyektiv zərurət xarak­teri daşıyır, başqa cür o insan ola bilməz və cəmiyyətdə yaşaya bilməz. Lakin bu tələbat öz-özünə yaranmaz. O, ictimai kontekstdə, fərdi əhatə edən mühitdə, onun mürəkkəb və uzun sürən tərbiyə və təhsili prosesində formalaşmalı və inkişaf etməlidir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin