Masalli folkloru 2


Vərdiş eliyən əl işindən qalmaz (2)



Yüklə 2,37 Mb.
səhifə30/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

Vərdiş eliyən əl işindən qalmaz (2)



Deyir iki yoldaşıymışlar, yolnan gedirmişlər. Bir-birin­nən söhbət eliyirlərmiş. Bunnardan biri oğruymuş, biri düzüy­müş. Belə olur ki, pədşah buları qonaq cağırır. Qonaq cağırır əvinə. Biyanə kecir bu oğru, bi şeyi oğruyur, o yanə ke­cir, bi şeyi oğruyur.

Pədşah buna işgəncə verməkçün bunu atdırır zindana. Belə olur ki, bi gün pədşah yıxılır, qolu sınır. Aparılar bunu həki­mə. Həkim nə qədər dərman eliyir, əlac olmur. Axırda pədşahın əlin kəsir. Vəzir diyir:

– Nə ğayırax, nə ğayırax. Pədşah xəbərdar olunca, nə ğayırax.

Həkim diyir:

– Zindandakılardan birinin biləyin kəs, gə tikək bunun qolunun yerinə. Vəzir gedir, ölümə məhkum olunmuş bi nəfə­rin əlin kəsir, gətirir. Deməmiş, bu əl oğrunun əliymiş. Gə­ti­rillər, bunun əlini pədşahın əlinə tikillər.

Pədşah sağalır, daha bilmir bu əl onun öz əlidi, yoxsa baş­qasının əli. Bi gün pədşah vəzirnən səfərə gedirmişlər. Sə­fərə gediblər bir ayrı pədşahın ölkəsinə. Bunlar gəziblər, do­la­nıblar, məsələn, bu qonşu pədşah buna göstərib ki, mənim belə varım, belə dövlətim var. Vəzir görür pədşah arada əlin atır qızıl götürür qoyur cibinə. Vəzir xəcalət cəkir ki, bu nə ğa­yırır. Pədşahın varı-dövləti azdımı?! Bi yanə kecir xoşu gələn gülü götürür, bi yanə kecir xoşuna gələn yaylığı gö­türür, çuxanın altına salır ki, arvadım örtər, pədşah özü də bun­dan xəcalət çəkir, utanır. Axırda pədşah özü-özünnən ba­cara bilmir, elə əli nə yaxşı şey var, götürür. Bu diyir:

– Vəzir! Bu nə işdi, mənim bu əlim dayanmır. Özüm də xəcalət çəkirəm, mənim bu əlim helə öz başına işdiyir. Bunu sən mənə ayan elə burda.

Gəlirlər bunun qolunu aparis eliyən bu həkim yanına. Hə­kim dad eliyir ki, vallah, billah bunu vəzir gətirdi, bi dənə əl. Sənin biləgin burdan sınmışdı, vecə gəlmirdi. Biz də kəs­dik sənin əlivi atdıq o yana, bu əli yerinə tikdik.

Diyir:

– Əə, vəzir! Sən nə əl gətiribsən?

Diyir:

– Bəs, şah sağ olsun! Mən gəldim zindanda bi adama pul verdim, dedim filan qədər səə pul verirəm, qızıl verrəm əlin burdan bu yanasını kəs ver mənə.

Dedi:

– Ala, verdim.

Həə, bunu orda zindanda soraqlaşırlar ki, bu adam oğru olub. İndi bunun əli oğru əlidi də, pədşahın əlinə tikiblər. Da­yanmır axı, oğru şeydi də. Öyrəşən əl dinc durmaz axı.

(Bunu rəhmətlik qağam hərdən bizə danışardı) .

Loğman və şagirdi



Deməli, günlərin bir günü deyillər ki, şahın beynində əq­rəb var. O, əqrəbi onun beynindən götürmək lazımdır. Öz də elə götürmək lazımdır ki, beyni zədələnməsin. Hamı yığı­şır gəlir, deyillər ki, yox ee, bu əqrəb burdan götrülsə, onun bey­ni mütləq pozulacaq.

Xəbər gedir Loğmana. Gətirillər Loğmanı, deyir hə, mən götürərəm. Deməli, beynin yarır bunun, o maqqaş olur eee, dəmir, onnan o əqrəbi ordan götürmək istiyir. Sən demə, şagirdi də yuxarıdan baxırmış. Hə görür ki, Loğman pinsetnən yapışdı, qaldıracaxdı, o da ayaxlarınnan zədələyəcək da bey­ni­­ni. Deyir ki, ustad qızdır onu, qızdır. Qızdırır, əqrəbin üs­tü­nə vuran kimi, əqrəb ayağlarını açır. Açan kimi, onu ordan gö­türür. Beyninə də heç bir şey olmur. Çıxannan sora deyir ki, yox sən artığ mənnən gəlmə, sən çox böyük həkimsən. İki qoçun başı bir qazanda qaynamaz. Çünki mən bilmirdim ki, is­ti bir şey vuranda, əqrəb ayağlarını açar.

Hadı, Hudu



Hadeydı, Hudiydi, Budiydi, Koroğlu, kotançı, zurnaçı Əlilqasım və Bəndi çıxmışdılar dağın başına ceyran ovlamağa ceyranı vurdular. İndi Ceyranın başın kəsməy istiyillər, dedi:

– Hadı, bıçaq var? Koroğlu, Kotançı, Zurnaçı, Əbil Qa­sım dedi: Bəndidə bir buçaq var, sağanağı var, tiyəsi yoxdur. Ceyranın başın kəsdilər.İndi deyirlər ki, qazan tapaq, lazım­dır, bunu bişirməyə:

– Hadı, qazan var, Hudu, qazan var, Budi, Koroğlu, ko­tançı, zurnaçı Əbilqasım var?

Dedilər:

– Yoxdur.

Bəndi dedi:

– Məndə bir qazan var. Sağanağı var, altı yoxdur. Cey­ra­nı bu altı yox qazanda bişirdilər yedilər. Burda da nağıl bitər.

Çobanın nağılı



Bir Mahizan Şen çayında,

Ay bivəfa gəl, insafa,

Məni qoydun qəm halında,

Ay bivəfa, gəl insafa.

Bir padışahın qızı geyinib nökər paltarı, vurulmuşmuş bir çobana, onu görməydən sarı gedib bir çaya çayında adı şen çayıdır. Oğlan boylanıb oyana-buyana qızı ğörməyib. Hey­vanların ğötürüb gətirir çaya suvarmağa, görür həmin qız çay qırağında oturub, deyir:

Bir Mahizan Şen çayında,

Ay bivəfa gəl insafa,

Məni qoydun qəm halında,

Ay bivəfa gəl insafa.

Çobanın bayatısı belədir:

Mən aşıq, görəm səni

Zülfüm yox, hörəm səni

Nə qapın var, nə pəncərən

Bir açam, görəm səni.

Qaracuxanın köməyi



Bir ərnən arvad olur, ancağ oxuyullar, kitab oxuyan olul­lar. Evdən çölə çıxmıllar. Elm adamıdı da. Ancağ bi şey də yoxdu ortada yeee. Acınnan qırılıllar. Arvad düşür bunun üstünə, əşi get bir çörək qazan. Deer:

– Ay Allah! Neyniyim mən?

Deer:

– Əəə, qaraçuxava bir yasin oxutdur, filan.

Nəsə, bu gedir, qaraçuxasına bi dənə yasin oxutdurur. Onnan nolandi ki?!

Deer:

– Arvad, təvəkkül Allaha, gedirəm də çörək dalınca, səfərə.

Çıxır biyaz kətdən aralı gedir, yorulur, axşama düşür. Girir qəbirsannıxda, yıxılır yatır qəbrin birində. Səhərə yaxın gorür səs gəlir, mırıl-mırıl səs gəlir. Görür dörd nəfər adam beş-altı meşoğ nəyisə qoydu köhnə qəbir üstünə, qoydu, üs­tündə də yazılıb Petrasyan, elə bilirlər qəbirdi. Gəlir görür ha­mı­sı qızıl. Olar gedəndən sora yenə örtür üstünü. Deməli, ge­dir bu bir şahın evinə çıxır. Görür orda söz-söhbət yaranıb ki, şahın xəzinəsini dağıdıblar, daşıyıblar, aparıblar oğrular. Bu panika buraxdı ki, mən baxıcıyam. Axı gözüynən görür qə­birdə qızılları. Şah diyir, onu gətirin mənim yanıma. Gətirirlər bunu şahın yanına, deyir:

– Eşitmişəm sən baxıcısan, tapırsan hər şeyi.

Diyir:

– Hə, mən tapıram. Ancağ sənə qədər iyirmisinin başın vur­muşam. Əgər düz deməsən, sənin də başını vuracam. Ra­zı­san bu şərtnən?

Deyir:

– Razıyam, bəs tapsam?

Deyir:

– Tapsan, sənə özün ağırrığda qızıl verəcəm.

Deyir:

– Mənim gözüm üstə.

Ovşim götürür o rus dili kitabını yalannan belə fırrıyır, belə fırrıyır, fırrıyır düz qəbirsannığa.

Deyir:

– Bu yanı göstərir.

Deyir:

– Davay.

Bu axranlarıda qoşur buna, deyir ki, kitabnan gedin.

Gedir kitabnan dayanır qəbirsannığın qabağında. Bu ya­­na yalannan, bu yana yalannan, qoyur Petrasyanın baş da­şı­nın yanına. Deyir:

– Bax, burdadı.

Yaxınlaşır, buranı göstərir.

Deyir:

– Qazın.

Qazıllar, şahın bütün xəzinəsi burda. Yığıllar, aparıllar şah buna ürəyi istiyən qədər var-dövlət verir. Bu gedir evinə. Evi­nə gedir, sora bu şahın qızının qızılı itir. Sırğası itir, bır­lant sırğadı da, bahalı sırğadı, itir, qız da hökmən deyir ata­sı­na, tapılmalıdı. Şah da yenə göndərir qolçomağlıları onun da­lı­sıyca, deyir ki, gətirin o baxıcını, gətirir.

Deyir:

– Qızımın sırğaları itib, onu tapsan, mənim bu malika­nə­mə sahib olursan. Bütün burda olan tapıcıların hamısını qo­v­a­cam. Olara yedizdirdiyimi tək sənə yedizdirəcəm.

Deyir:

– Şah sağ olsun, taparam.

Yenə götürür o rus dili kitabını indi fırrıyır o yana, bı ya­na, qıza deyir:

– Harda təxminən itiribsən?

Diyir:

– Hamamda çiməndə orda itirmişəm.

Diyir:

– Gedək onda hamama.

Diyir:

– Şah sağ olsun heç kim gəlməsin, qızınnan özüm get­mək istiyirəm.

Qəbul eləmir. Qıza diyir:

– Otur.

Qız belə oturur, hamamdan çıxan kadın kitaba belə aşa­ğı, yuxarı aşağı baxır, diyir iki daşın arasına oxşuyur, dağ ara­sına oxşuyur qızın lapdan yadına düşür ki, vay! Daşın arasına qoy­muşam sırğanı. Gedir, görür daşın arasında sırğa, tapır. Bu onun qıçın arasın deyir dağ arası, qızın yadına düşür. Gedir gö­türür qızılları, ayə, bu şahın yanında prosta möcüzə bir adam olur.

Deyir:

– Ay Allah! Mən heç zad bilmirəm bunu mənim yadıma kim salır.

Demə, bunun bu qaraçuxasıymiş. Buna pıçıldayırmış, bu deyirmiş.

Şah deyir:

– Yox, sən möcüzə yaradıbsan, belə şey ola bilməz. Sə­nin­lə səfərə çıxacayuğ, əgər iki dənə şərt desəm, tapmasan sə­ni elə orda da gülləliyəcəm.

Gedirlər meşəyə balam şah çıxarır oxunu tulluyur, atır. Gedir düşür meşənin ortasına. Deyir:

– Ox nəyə dəydi orda?

Deyir:

– Balığa.

– Ə, meşənin ortasında balığ olar?

Gedib görürlər oxun üstündə balığ.

Atır oxu dənizə gedir düşür dənizin içərisinə ox batır. Deyir:

– İndi ox nəyə batdı?

Deyir:

– Bildirçinə.

Heç bildirçin suyun içində olar?

Qaldırırlar bildirçin, ayə, şah dəli olur öz-özünə.

Nəyisə, indi bu özü də möcüzədən qorxur istiyir qaça. Diyir, şah sağ olsun, mənə icazə ver, tək bir yarım saat, bir saat, tək özümə gəlim də, balaca dincəlim.

Deyir:

– Hə, neynək.

Keçir meşənin içinə görür bir dənə cın-cındır paltarda biri bunun qabağında belə-belə qaçır.

Deyir:

– İt çıx get xarabova, day mən yoruldum, dənizdən çı­xar­dıb balığı gətirirəm meşəyə qoyuram.

Bu bu sözü deyən kimi cır-cındır paltarlı adam o saat çıxır aradan.

Demə bunun qaraçuxasıymiş. Hə, oğlan var, atasına ya­sin oxutdurmur, qaraçuxasına yasin oxutdurur.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin