Bi dənə şah olur, deyib ki, mən gedib şah qızı alciyəm. Atası neçə dənə qızları diyib, filankəsin, Hindistan qızi, Pakistan qızı, Seylon qızı, öz yerivin qızı, deyib, yox, mən özüm sevdiyim, seçdiyim qızi aləciyəm.
Gedir, bu oğlan bir az ayın-oyun götürür gedir. Meşənin içiynən gedir, görür bir sıldırım qayada su şırıldiya axır. Şəlalə axır. Görür o şəlalədə kağızlar axır cürbəcür, belə-belə, yazı-yazı. Nə qədər əlləşir, o kağızları tuta bilmir. Diyir, hələ bu necə şeydi, mən bir saatdi burda gözliyirəm, bu kağızı cırıb atan kimdi belə vərəğ-vərəğ. Hələ bir çıxım yuxarı. Yavaş-yavaş çıxır dağın, şəlalənin yuxarısına. Görür bu şəlalənin başında bir axsakqal oturub. Salam verir. Diyir ki: neynirsən?
Diyir:
– Taley yazıram.
Diyir ki, mənim taleyimi kimə, hansı şahın qızına yazdın.
Deyir:
– Sən şah qızı almiyacağsan, bir kömürçü qızı alacağsan.
Diyir:
– Kömürçü qızi? Sənin başun xarab olub!
Düşür həyətə. Dağdan düşür aşağı. Görür bi dənə kömürçü qızi başında kömür şələsi götürüb aparır. Bular da kasıbdılar, atası orada kömür düzəldir, aparır verir şəhərdə dükançılara. Şəhərdə satır oniyçun. Belə keçdi. Belə keçəndən sora vaxt, mağam olur, bu kişi, kömür alan kasıb olur, kömür satan kasıb olur, kömür alan kömürçü qızı olur. Kömür alan diyir:
– Qocalmışam, neçə ildi sənnən dostluğ eliyirəm, mən səndən pislik görməmişəm. Səndən haram görməmişəm. Sən gəl buranı verim sənə, bu kömür dükanın verirəm sənə, mən bu gün-sabah ölüb gedəciyəm. Onnan razılaşır, kişini gətirir qoyur yerinə.
Kömürçü ölür, dəfn-kəfın eliyillər gedillər. Vaxt, mağam olur qızın bu kömürçünün qızı, həmin bu qız, yolnan keçib gedir kömür aparır başında.
Oğlan şah oğlu idi. Pıçağı götürür atır. Diyir:
– Bu qızı mən alaciyəm yəni?!
Belə atır onu, dəyir onun kürəyinə. Kürəyinə dəyəndən sora qız dəyir yerə, belə-belə eliyir, bıçağ düşür. Bıçağı qız götürür atır qoynuna, saxlıyır. Aparır göstərir ata, bax, belənçinədi, sora başqa şey döyül. Bilmədim, bir cavan oğlan bıçağı atdi.
Dedi:
– Sən kimsən?
Dedim:
– Mən kömürçü qızıyam.
Atdi, dəydi mənim kürəyimə. Bax bu bıçağ da məndədi.
Aradan zaman keçir, bu kasıb kömürçü varranır. Bular bu şəhərdə yaşiyillər, olullar milyonçi. Varlı olullar. Bu oğlan da hələ gəzir qızçün. Bi günləri də bu yolnan keçəndə, görür pencərədə bir qız oturub. Xanım, gözəl bir qızdi. Mahnı oxuya-oxuya tikiş tikir. Bu qıza baxır. Bir könüldən, min könülə aşiq olur.
Gedir atasına diyir ki, qəbul eliyirəm. Bi dənə filan şəhərdə qız var, çox gözəl, onu mənçün alacaqsan. Atası gedir bu qızı alır. Qızı alandan sora toy gecəsi olur, oğlan diyir ki, sənin kürəyində yara var, nədi, bu bıçağ yarası nədi. Mən səninçün danışmıram, o cür diyir ki, bəs mən filan gün atamçün, biz kasıbıdux kömür şələsini aparanda, bir oğlan didi:
– Kimsən?
Dedim:
– Kömürcü qızi, pıçaği atdı.
Diyir:
– O pıçağ qalıb?
Diyir:
– Hə budu ha, qoynumdadi.
Göstərir.
Diyir:
– Hə bu bıçağ mənimdi. Mən vurmuşam.
Demək yazıdan qaçmax olmazmış.
Taxta qız
Çox qədim zamanlarda bir qızın anası rəhmətə gedir. Bunun atası başqa bir arvad alır. Analığı gəlir qızı çox incidir, eliyir. Axırda ərinə toy vurur ki, apar bu qızı itir. Kişi qorxusunnan qızını aparır meşədə azdırır. Azdırannan sora qız dönür olur taxta. Bir gün kişi meşəyə oduna gedir görür ki, bir dənə qəşəng taxtadı, götürür gətirir evə. Kişi bını qoyur suyun altına. Qız gecələr durarmış, olarmış yenə həmən qız, evin işini görərmiş. Analığı bınnan şübhələnir. Deyir:
– A kişi, bu taxtanı yandır getsin.
Diyir:
– Arvad, sabah yandıraram.
Kişi hazırraşır ki, taxtanı yandırsın. Qız baxır ki, olmayacaq, gecə olan kimi evdən çıxıb gedir. Gəlir görür ki, bir imarətdə gözəl bir xanım əyləşib. Diyir ki:
– Sən burda niyə əyləşmisən?
Diyir:
– Mən ölü Məhəmmədin qulluğunda dururam. O mənim qardaşımdı.
Diyir:
– Qulluğunda durub neynirsən? Ona nə verirsən?
Diyir:
– Mən hər gün ona alma suyu verirəm.
Bu xanım qıza diyir ki, sən gəl mənim yerimə ölü Məhəmmədə bax. Bir gün olacaq ölü Məhəmməd diriləcək. Qırxıncı gün tamam olanda ölü Məhəmməd diriləcək.
Qız diyir:
– Yaxşı.
Qız diyir ki:
– Mən palımı-paltarımı dəyişmək üçün qoy gedim, sən gəlginən, qalginən bu ölü Məhəmmədin yanında, buna alma suyu ver.
Qız da başdıyır ona alma suyu verməyə. Alma suyu verəndə həmən bu taxta qızın məqamında ölü Məhəmməd gözdərini açır, dirilir. Baxır ki, gözəl-göyçək bi qız onun başı üstündə. Sorasına evlənirlər. Qırx gün, qırx gecə bulara toy olunur.
Vəhşi qız
Qağam bizə bir nağıl danışardı. Deyərdi bi kişinin vəhşi bi qızı olub. Bu qız hər şeyi yiyib, sora evin cücələrin yiyib, toyuqların yiyib, sora keçib mal-qaraya. Mal-qaraya keçib, kəntdə bular ölüblər xəcalətlərindən. Bi gün kişi oğluna diyib ki, bunu apar meşəyə, azdır. Bu vəhşidi də. Oğlan aparır bunu bıraxır meşəyə, özü də qayıdıb gəlir evə.
Bi gün də anası dözmür, diyir ogluna ki, get bacıvı bir yoxla, gör öldü, ya sağdı. Oğlan minir ata gedir. Gəlib meşəyə çatanda at artıq hiss eliyir ki, nəsə qabaqda bir bir vəhşi var. (At kimi xəbərdarlıq edən heyvan yoxdur. At qədər ayıq-sayıq olan heyvan yoxdu). Oğlan baxır ki, bcısıdı, budu gəlir. Bacısı bunu görən kimi diyir:
Bu oğlanın da iki dənə saz iti var imiş. Birinin adı Dartan, birinin adı Yırtan imiş. Bu oğlan da bacısının yanına gedəndə qaba su tökür diyir:
– Ana, haçan bu qabın suyu qana döndü, itləri buraxarsan. Onda bil mənim başım zəlalət çəkir.
Həə, bacısı buna diyir:
– Qardaş, sənin atın üc ayağlı idi?
Diyir:
– Yox.
Bir az keçir qız genə icazə alıb evdən çıxır, az keçmiş qayıdıb gəlir, diyir:
– Ay qardaş sənin atın iki ayaqlı idi?
Diyir:
– Yox.
Sonra qız genə gedir, qayıdanda diyir:
– Ay qardaş, sənin atın yoxdu.
Oğlan hər şeyi başa düşür, ama gec idi. Qız hücum çəkir qardaşına. Oğlan bir təhər bacısının əlindən canını qurtarır çıxır bir yekə ağaca. Qız bunu görəndə diyir:
– Ə, düş aşağı!
Diyir:
– İndi düşəcəm.
Diyir:
– Elə bilirsən boğazımnan, dişimnən kəsmərəm.
Oğlan baxır yola çağırır Dartan hay, Yırtan hay. Hardasuz, gəlün, mən dardayam. Diyir:
– Orda nə daşırsan e, mən eşitmirəm, ağac çox hündürdü düş aşağı. Bu axşama da şamım var. Nə yaxşı.
Yiyəcəy də bunu. Oğlan görür uzaxdan iki qaraltı gəlir. Dartanla Yırtan gəlir. Bu itlər hücum çəkillər qıza, qızı yıxıllar yerə. Qızı öldürüllər. Qardaşı da götürür kəsir qızın ətindən, diyir, anam məndən istiyər, nə deyərəm?! Arvadı da dərd götürür, fikri qalır ki, ay Allah, bu oğlan necə oldu.
Görür həə, oğlan itdərnən gəlir.
Diyir:
– Bala, nə oldu? Diyir:
– Ana bu vəziyyətə düşdüm.
Oğlan bir də görür böyründən qan axır. Axı qızın ətindən kəsib qoymuşdu cibinə. Ona görə də, o qızın kəsilmiş əti də o cibdə oğlanın ətini yiyirmiş.
Diyir:
– Ana, görürsən də, onun əti də məni yiyirmiş burda.