Bu kəndin adamları da cəsarətli olub. Burda həmişə sözü yeriyən adamlar olub. Məsələn, bizim kətdə Əsədxan Talışinski olub. Oların nəsli, tayfası çox belə imkanlı olub. Onun əmisi uşağları Mir Abdullaxan, İsaxan uzun müddət bizə böyüklük eliyiblər. Bizim kənd heç vaxt heç kimin qabağında əyilmiyib. Babam da İsa kişi, həmin o Əsədxannan siğə qardaş olub. Onun qardaşı Mir Abdullaxan. Olar mənim babam üçün bi dənə şirniyyat maqazini düzəldiblər. Qamaş çayının yanında oların evləri var idi. 50 il oların evlərində bizim məktəb oldu. Sora biz burda orta məktəb tikdirdüy, yəni köşdülər ora.
Ana babam isə Mirzəmməd kişi, o vaxtı kəntxuda olub, qaçax olub. O vaxtı bu irannılar basqın eliyərmişdər bizim kəndə, evləri çaparmışdar. Hətta Zöylə kəndi var, biraz bizim kətdən aşağı. Ordan gəlib bi dənə qızı qaçırtmışdılar. Fazil kişi var idi orda, onun qızını. Çox da gözəl bi qız idi. Amma bizim kəndə heç kim mənim babamın qorxusunnan girə bilməzdi. O vaxtı deyilənə görə beşatılan tüfəngi olub. Bi dəfə irannılar gəlillər bizim yerli adamlarnan, mənim böyük xalamın evindən oğurruğ eliyillər. Basqın eliyillər ordan at, mal-qara aparıllar. Aparıllar bıra Sığdaş kəndinə, ordan da ki, dağlara aparmalıymışdar. Xəbər çatır mənim babama, babam minir atı, düz buların rəddinnən gedir. Gedir, oları demək qranisanın yanında görür, görür ki, yatıblar bılar. Atan kimi birini öldürür. Bılar ayılılllar, dəyillər bir-birinə. Çoxunun şeyləri də hamısı qalır orda, biri də yaralanır, qalannarı qaçır. Babam oları götürür, səhərə yaxın gətirir verir yiyəsinə.
Əsədxan
Əsədxan da 1929-cu ildə, sovet hökümətinin vaxtında, qaçır gedir İrana, 1946-cı ilə kimi Tehranda vəkil olur. Təmiz rus dilini bilirdi. Peterburqda oxumuşdu. O, bu kəndə havadarlığ eliyirdi. Bi dəfə mənim babamı da aparmağ istiyiblər, babam getmiyib deyib ki, əşi siz hamıvız gedirsüz, qoyun mən qalım burda da. Hə, babam qalıb, getməmişdi. Yəni bu kəndin tarixi var, gözəl adamları da var.
Paşa kişi
Qağam şura hökuməti vaxtı qaçaq düşdü, şuraylə barışa bilmədi. Gündüzlər qamışlıqda gizlənərmiş, gecələr də kolxozun anbarını damdan söküb buğda, çəltik apararmış, verərmiş, əvəzində yemək-içmək alarmış, həm özü yeyərmiş, həm də ayləsini ac qoymazmış. Qağam deyərdi, mən həm qaçax olmuşam, həm də oğru. Amma baxır nətəri oğru. Mən ömrü boyu kiminsə gedib mal heyvanını oğurruyam, ya birinin toyuğunu gətirəm uşaxlarıma yedizdirəm, ömrü boyu belə şey eləməmişəm.
Vaxt gəldi, qağam da şurayla barışmalı oldu, amma hökumətə bir gün də işləmədi. Qağamın yaxşı qardaşdarı olub eeee. Bi qardaşı ölüncən kənd soveti işdiyib, bi qardaşı kolxoz sədri olub, bi dənə qağam əvvəlcə qaçağ, sora da qumarbaz oldu. Həm də dələğayı idi. Qumara uduzurmuş. Bi rəhmətdik Abi – kolxoz sədri bunnan yaxın dost olub. Qumara bir yerdə gedillərmiş. Qumar oynıyannar da Səlyandan gəlillərmiş. Səlyannan 2-3 nəfər gəlib bırda qumar oynuyurlarmış, bular udduğunda dermişdər biz pul istəmirik, bizə cəltik, buğda verin aparağ. Uduzanda qağam dururmuş ayağa, kolxoz sədri belə göz eleermiş ki, yəni dimmə. 3-4 dənə siyəzi götür, get. Gedirdim deer, ambarın taxtasını cıxardardım, çəltiyi, buğdanı doldurardım, ağzın bağlardım, atardım ciynimə, aparıb atardım o səlyannının arabasına, sağ ol-sağ ol. Götürüb çıxıb gedərdilər. Mınnan da bitərdi.
Amma and icərdi ki, mən 1 kilo bi adamın bi şeyini oğurramamışam. Özu də cox quvvalı olub eee qağam. Sarı Süleymannan güləşib. Sarı Süleyman özü qağamı şagird götürürmüş özünə. Deyib, gəl mənnən işdə, qağam deyib, yox. Qumarı qoyub gedərdi heç. Ancax düzgün adam idi. Çox düz danışan olub. Oturardı məsəl evdə, biri vırıb birini öldürüb qan düşüb, ya məsəl hayatınnan tiryək, xaşxaş tapıblar. Durardı gedərdi, 3-4 il iş veriləcək də filankəsə, işi bağlıyardı gələrdi. Bir kəlməsiynən davalılar barışardı. Girdiyi qapıda sülh kəsərdi. Belə kişi idi. Qoçu idi də.
Kişilik
Çox namıssı, qiryətdi idi. Muharibə vaxtı Şura hökumətinə qaçaqçılıq etdiyinə görə aparmadılar. Burda qaldı, ona qacağtutanlığ işi verildi. At veriblər, belinə qatar, beşaçılan, tufəng veriblər. Veriblər ki, muharibəyə getməyib qaçan qacağları tutsun. Qağam muharibədən qacıb gizdənənnəri tuturmuş, verirmiş təhvil. 3-nü deer, tutdum, təhvil verdim, bi dənə orden deer vurdular mənə. Deer bi at veriblər mənə qara atdi, vallah, at deer, əlləri üssə qalxır. Biri də deer ailəsinin az qalıbmış doğmağına, gəldim deer, bını güdə-güdə gördüm deer, bı evdədi. Gəldim yavaşca qapını açdım girdim icəri. Deer, dik qalxdı ayağa. Arvadı yaylığını açdı, atdı ayağımın altına ki, sən gəl mənim ailəmi aparma. 3-4 günə azad olacam. Mənim onnan başqa hec kimim yoxdu. Yetim adamam. Mən bına gümannıyam. Baxdım, baxdım deer, dedim, insandı dana. Əgər bı gedərsə, vətəni qorumağa elə bu da vətəninin adamıdı də. Deer, dedim, mən səni ələ vermərəm. Amma biz 2 yoldaşıq, o da mənnəndi. Məəm kəçimdi.
Nəisə, üssünnən 4-5 gün keçdi, səhər-səhərdi, atı minmişəm. Hələ hava tam işıxlaşmıyıb. Gedirəm, deer. Yer də deer, əl naziklikdə buzdu. Atı sürdüm bizdə çay var – Adıgözəldi adı. Helə ora az qalmışdım, gördüm bi dənə atlı, qabağında bi arvad gətirir. Arvad da buracağ tumanının ətəyini, tutub əlində gəlir. Yer buz, deməynən 3-cə gündü azad olubmuş. Mən də deer, ayrı yerə getmişəm qacağ tutmağa. Bılardan xəbərim yoxdu. Hə bi də gördüm atın qabağında həmən mənim kəçim.
– Ayə bu nədi, dedim.
Ağlım başımnan çıxdı. Ayə bı nağayrır? Gəl ha gəl, gəl ha gəl, gördüm, əəəəə, bu həmin qadındı. Suyu keçdim. Dedim:
– Əəəə, bu kişilikdəndi? Bu arvadı neynirsən, sənə deyiblər kişini tut, bu arvadı neynirsən.
Deer dedi:
– Əmi, belə başaa dönüm, ayağıın altında ölüm, sən də məni bağışda, 3 gündü azad olmuşam.
Dedim:
– Ə, sən nə təhər adamsan.
Bunu deer, hərbələdim. Qolumun pencəyini belə elədim ki, əli əlimə dəyməsin. Bala, Allahın da yanında üzüm ağdı, bəndənin də, pencəyimi belə elədim, dedim, bala, yapış mənim əlimnən. Yapışdı burdan deer, götdüm atdım atın tərkinə. Ata bi qırmanc, aman çəkmədi ki, hazır olduğ bunnarın hayatında. Hey deyərdi, bala, o uşaxların səsi mənim qulağımnan getmir. Biri 3 yaşında, biri 3 gündü doğulub. Ikisi də nətəri ağlaşır, mələşir. Uşağın səsi beynimə girdi.
Dedim:
– Tfuuu, nəhlət olsun sənə, sən nə yava adamsan, ə.
Bala, düş atdan, bıni düşürtdüm.
Həmən bu kəççim bunu görəndə:
– Paşa, səni tutduracam, dedi.
Getdim, deer, Masallıya, rayona, gördüm ordadı. Gördüm oturub mənnən döşüyur. Mən əhvalatı olduğu kimi də danışdım böyügümüzə. Danışan kimi bu vayankom qalxdı yerinnən hax-tfuu üzünə. Hec ölürsən? O nədi əəəə, 2 körpənin sən anasını gətirirsən mənə təhvil verməyə, salaq türməyə, o 2 körpəyə kim baxacaq?
Nəisə, qacaxlardan 2-ni tutdum verdim, bunu isə ələ vermirəm. Deer, dedim səni ələ vermirəm, ailəvi, uşağıvı saxla. İnan, deer, az qalır uzana ayağımın altına. Belə oldu ki, o kəççim gedir deer ki, Paşa qacaxları görür, tutmur. Deer dedim:
– Ayə mən 4 qacax tutmuşam, sən hec bir dənə də tutmamısan.
Deer:
– Yox, mən tuta bilmirəm, sən qacırdırsan.
Nəisə, ikimizi də tutdular. İkimizə də iş verdilər. 6 il ona verdilər, 5 il mənə. Getdik türməyə. O, orda öldü. Mən isə türməmi çəkdim qayıtdım gəldim.