Beynəlxalq-elmi konfrans
17-19 avqust, 2009-cu il, Sankt-Peterburg, Rusiya
17-19 avqust 2009-cu il tarixlərində Rusiyanın Sankt-Peterburg şəhərində Rusiya Elmlər Akademiyası Vavilov adına Elm İnsitutunun Sankt-Peterburg filialı və Beynəlxalq Sosiologiya Assosiasiyasının (İSA) 27-ci elm daimi komissiyasının birgə təşkil etdikləri “Elm adamlarının mobilliyi, beynəlxalq elmi ictimaiyyətə inteqrasiyanın bir mexanizmi kimi” mövzusunda beynəlxalq-elmi konfrans keçirilmişdir.
Dünyanın 10-dan çox ölkəsindən olan elm adamlarınin iştirak etdiyi konfransda ölkəmizi AMEA Fəlsəfə, Sosiologiya və Hüquqi Tədqiqatlar İnstitutu sosiologiya şöbəsinin böyük elmi işçisi, sosiologiya elmləri namizədi Əbülfəz Süleymanov təmsil etmişdir. Rusiya Federasiyasının müxtəlif regioanlarından olan mütəxəssislər konfransın işində geniş tərkibdə təmsil olunmuşdur. Üç gün davam edən konfransda iki plenar iclas, beş seksiya iclası keçirilmişdir.
Bu iclaslarda “beyin axını”kimi də qiymətləndirilən intellektual miqrasiyası və bundan irəli gələn məsələlər müxtəlif aspektlərdən müzakirə edilmişdir. Əbülfəz Süleymanovun “Azərbaycan əhalisinin xarici intelektual miqrasiyasının sosioloji aspektləri” mövzusunda məruzəsi konfransın ilk plenar iclasında təqdim olunmuşdur. Sosioloji tədqiqatın nəticələri əsasında hazırlanmış məruzədən sonra konfrans iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Konfransın sonunda hər bir iştirakçıya sertifikat və konfransın materialları əsasında hazırlanan konfransın tezislər kitabı təqdim olunmuşdur.
Fəlsəfi esselər
Dostları ilə paylaş: |