Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə39/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   35   36   37   38   39   40   41   42   ...   105
İnsandövrün ən aktual problemi kimi

İslam döv­lə­ti­nin əsasında Qurani Kərim ki­mi nüfuzlu və hərtərəfli bir «qa­nunlar» kitabı və cəmiyyətin bir üzvü olmuş, eyni zamanda seçilmiş tə­fək­kürə və imana malik olan Pey­ğəmbərin (s.) hədis və sünnələri dururdu. Bu səbəbdən də bölgədə təşəkkül tap­mış dini və fəlsəfi məktəb və cə­rə­yan­lar məqsədindən asılı olmayaraq özünü təs­diqləmək, təməl prinsiplərini əsas­­landırmaq üçün ilk növbədə Quran və hədislərə istinad etməli idi. Bu­nun­­la yanaşı, daha bir ənənə də yaranmaqda idi: orta əsrlərdə İslam Şər­qin­də təşəkkül tapan hər hansı bir fəlsəfi cərəyanın mərkəz nöqtəsində mütləq Mə­­həmməd peyğəmbərin (s.) şəxsiyyəti durur və ona (s.) nisbətdə for­ma­la­şır­dı. Bu, İslam dininin peyğəmbərinin (s.) nüfuzunu və bununla da dinin öz nü­fuzunun əhəmiyyətini vurğulamaqla yanaşı, həm də Allah tərəfindən di­gər­ləri arasında fərqləndirilən və seçilən bir insanın həm təfəkkürünə, həm də əxlaqına görə cəmiyyətdə nümunə olmasını bildirmək idi.

Məhəmməd peyğəmbərin (s.) şəxsiyyətinə belə bir hörmət və diqqət bi­­lavasitə insan probleminin də mərkəz mövqedə dayanmasını şərtləndirirdi. Onu da xüsusilə qeyd edək ki, dini təfəkkürün üstünlük təşkil etdiyi bir dövr­də orta əsrlərdə əgər Allah-Yaradan, Ali Varlıq, Mütləq Həqiqət fəlsəfi tə­fəkkürün zəruri bir qütbü idisə, insan bu qütbün əks ucu, bu həqiqəti dərk et­məyə cəhd edən yeganə yaradılmış kimi qəbul edilirdi.

Məhəmməd peyğəmbərin (s.) şəxsiyyəti ilk növbədə ən mükəmməl bir nü­munə kimi yüksək əxlaqın daşıyıcısı olan insan idi. Bu hal əxlaq prob­le­mi­nin həmin dövrdə daha da aktuallaşmasına səbəb olurdu. Ya övladına, ya tə­ləbəsinə müraciətən yazılan nəsihət, vəsiyyət tipli əsərlərin əksəriyyəti in­sa­nın müxtəlif şəraitlərdəki davranış qaydalarına, ədəb-əxlaqının düzgün for­ma­laşmasına və düzgün inkişaf etməsinə həsr edilirdi. Bütün bu əsərlərdə is­tinad yeri, nümunə Məhəmməd peyğəmbərin (s.) şəxsiyyəti idi. Əlbəttə, bir sı­ra hallarda raşidi xəlifələrə – Əbu Bəkrə, Ömər b. Xəttaba, Osmana, Əli b. Əbu Talibə müraciət edilsə də, burada son məqsəd yenə də İslam dininin pey­ğəmbərinə (s.) bənzəmək, onun (s.) kimi bir həyat tərzi sürmək, onun (s.) kimi nümunəvi mömin bir müsəlman olmaq idi.

Xüsusilə qeyd edilməlidir ki, insanın bu şəkildə təhlili bir tərəfdən mü­səlmanlara həm ailədə, həm iman və ibadətində, cəmiyyətdə doğru möv­qe tutmasına, həm də bir fərd, vətəndaş və ümumiyyətlə bir insan ki­mi düzgün formalaşmasında müsbət rol oynayırdı. Digər tərəfdən, məsə­lə­yə bu cür yanaşma əxlaqın daim ön planda durub təfəkkürün özünün də isti­qa­mətləndirilməsində aparıcı rol oynamasına şərait yaradırdı və insanın tə­bi­ətini, mənəvi aləmini təhlil etməyə cəhd göstərən bir çox mütəfəkkirlər məhz insanın əxlaqından çıxış etməli olurdular.

Əlbəttə, inkar edilməməlidir ki, Qədim Yunan fəlsəfəsinin təsiri ilə el­min digər növləri, xüsusilə tibb elmi çox inkişaf etmişdi. Maraqlıdır ki, elm­lə­rin öyrənilməsi də əxlaqla əlaqələndirilirdi. Hətta tibbə aid əsərlərdə də in­sa­nın daxili orqanları ilə xarici aləm, təbiət arasında qarşılıqlı əlaqənin qa­nu­nauyğunluqları aşkarlanır, daxili orqanların əxlaqın hansı cəhətlərində han­sı əhəmiyyətə və rola malik olması təhlil edilirdi. Məsələn, İxvan əs-Sə­fa­nın IX risaləsində bu məsələyə çox geniş yer ayrılır, kosmosun, ulduzların dü­zülüşünün, təbiət hadisələrinin, iqlimin insanın fitri və qazanılan xü­su­siy­yət­lərindəki əhəmiyyəti təhlil edilir.

Təbiət elmlərinin, tibbin inkişafı, eyni zamanda insanın varlığına ezo­te­rik münasibətin yaranması insanın iki aspektdən – zahirən və batinən öy­rə­nilməsini aktuallaşdırırdı. Bu isə o demək idi ki, insanın bir obyekt kimi təd­qiqində müxtəlif mənbələrə ehtiyac var idi. Onu da qeyd edək ki, bu mən­bələr əslində daim mövcud olmuşdur. Burada isə söhbət həmin mənbə­lə­rin kəşf edilməsindən və onlara baxış prizmasından gedir. Başqa sözlə de­sək, insan fenomeninin öyrənilməsində mənbələrin və onların öyrənilmə me­todlarının böyük əhəmiyyəti vardır.


Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin