Microsoft Excel 2010 elektron cədvəl prosessoru düyməsini sıxıb Baş menyudan Microsoft Excel


Home tabının sonuncu Editing(Redaktə)



Yüklə 1,64 Mb.
səhifə17/35
tarix13.05.2022
ölçüsü1,64 Mb.
#115879
növüКнига
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
Movzu 7. MS Excell

Home tabının sonuncu Editing(Redaktə) qrupunda aşağıdakı əmrlər yerləşdirilmişdir.

Find (Найти, Tap ) - Ctrl+F. Əmr müəyyən sözü, söz birləşməsini, simvolu axtarıb tapmağa xidmət edir.

Go To (Перейти, Keç)-Ctrl+G. Əmr nömrələnmiş sətrə, cədvələ, qeydə və s. avtomatik keçidi təmin edir. Bunun üçün açılmış dialoq pəncərəsindən ünvanı seçmək lazımdır.

Replace (Заменить, Əvəz et) - Ctrl+H. Əmr müəyyən sözü, söz birləşməsini, simvolu axtarıb başqası ilə əvəz etməyə imkan verir.
INSERT (Вставка, Əlavə et) tabı

Bu tab özündə Tables, İllustrations, Charts, Sparklines, Filter, Links, Text, Sumbols qrupları və onların daxilində isə aşağıdakı əmrlər yerləşdirilmişdir.




  • PrivotTable (Сводная таблица, Yekun cədvəllər) əmri mürəkkəb verilənlərin detallaşdırılması və sadələşdirilmiş təqdimatını yerinə yetirir.


Table (Таблица, Cədvəl)-Ctrl+T əmri cədvəllərdə əlaqəli verilənlərlə işləmək, onları analiz etmək, həmçinin vərəqdə seçmə, süzülmə, formatlaşdırma əməliyyatlarını yerinə yetirir.

Picture (Рисунок, Səkil). Əmr fayldan vərəqə şəkilləri daxil etməyi təmin edir. Əmr yerinə yetirildikdə açılmış dialoq pəncərəsində şəklin ünvanını təyin edib şəkli vərəqə gətirmək olar.

ClipArt(Картинкa, ClipArt) əmrini yerinə yetirdikdə pəncərənin sağ tərəfində açılmış «rəsm qalereyasından» tələb olunan rəsmi seçib mousun sol düyməsini sıxmaqla onu cari vərəqə daxil etmək olar.

Shapes (Фигуры, Fiqurlar) əmrini yerinə yetirdikdə ekranda həndəsi fiqurlar paneli əks olunur. Bu və ya digər aləti seçdikdə ilk növbədə kursor öz formasını dəyişərək “+” formasını alır. Siçanın sol düyməsini sıxmaqla sənəd pəncərəsində hərəkət etdirib, buraxdıqda həmin sahədə alətə uyğun avtofiqur cari vərəqə əlavə olunacaq.

SmartArt (Объекты SmartArt, SmartArt qrafiki) əmrini yerinə yetirdikdə ilk növbədə, açılmış pəncərədə yaradılacaq rəngli fiqur-blok sxemin üslübünu seçmək və OK düyməsini sıxmaq lazımdır. Sonra bloklara mətni, obyektləri daxil etmək olar. Bu əmrin vasitəsilə informasiyaları vizual əks etdirmək mümkündür.

ScreenShot (Снимок, Ekranın ani görüntüsü) düyməsini sıxmaqla proqram pəncərələrində olan istənilən fraqmenti sənədə daxil etmək olar. Sənədə daxil edilmiş şəkli qeyd etdikdən sonra Lentin üzərində şəklin formatını dəyişdirmək üçün Format bölməsi əks olunur.

Chart (Диаграмма, Diaqram) əmrini yerinə yetirməzdən öncə açılmış vərəqdə diaqramın qurulması üçün statistik verilənləri cədvələ daxil etmək lazımdır. Bundan sonra pəncərədə əks olunan diaqram təsvirlərindən hər hansı biri seçilir və onun üzərində əməliyyatlar aparılır. Diaqramın tipi, forması, rəngləri və s. parametləri istifadəçini qane etmirsə, onu dəyişmək olar. Burada aşağıdakı diaqram formaları vardır:


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin