Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə129/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   125   126   127   128   129   130   131   132   ...   239

İlk inqilab xəbərləri


İlk inqilab xəbərlərini İranşəhrdə eşitdik. 1978-ci ilin 9 yanvarında Qumda ümumxalq etirazı, onun ardınca da bir-bir başqa hadisələr baş verdi. Qum şəhidlərinin qırxı münasibətilə Təbrizdə qanlı ərbəin keçirildi, Təbriz şəhidlərinin qırxı münasibətilə Yəzddə oxşar hadisə baş verdi. Digər şəhərlərdə də böyük aksiyalar baş tutdu.

Qumda baş verənləri eşidəndə çox təəccübləndik, hətta inana bilmirdik. Ölkədə total repressiya vardı, ictimai aksiya ehtimalı yox idi. Üstəlik, qarşıdurma yaranacağını və insanların çəkinmədən şəhidliyə can atacağını heç kim gözləmirdi. Ölkədə buna hazırlıq sayılan bir hadisə də baş verməmişdi ki, inandırıcı olsun. Bu aksiya gözlənilmədən, proqnozdan kənar baş tutmuşdu. Öz miqyasına görə həqiqətən, böyük hadisə idi.

Hadisələr bir-birinin ardınca baş verəndə bildik ki, qarşıda bizi böyük bir dəyişiklik gözləyir. Hadisələri diqqətlə izləyirdim. Bəzi gənclər hadisələrin bütün təfərrüatını mənə xəbər verirdilər. Qumdan Salehi soyadlı bir hövzə tələbəsi belələrindən idi. Onda çox gənc və olduqca fəal idi.

O zaman ağa Səduqi Yəzddən mənə qısa məktub yazdı, ölkədə baş verənlər haqda ona məlumat verməmi istədi. Fürsətdən istifadə edib ağa Səduqi vasitəsilə ölkə ruhanilərinə müraciət etdim, onlarla danışdım, baş verənləri dərindən təhlil etdim və nümayiş etdirməli olduqları mövqeləri açıqladım. Çünki ruhanilər əməli şəkildə xalqa rəhbərlik etməyə başlamışdılar. Bundan ötrü isə təcrübəyə, dəqiqliyə, hadisələr barədə düşünməyə, gələcəyi təsvir etməyə, təxribatlara qarşı sayıq olmağa ehtiyac vardı. Qum, Məşhəd və Tehrandan başqa yerlərdə fəaliyyət göstərən din alimlərində belə xüsusiyyətlər az görünürdü. Onların çoxu hətta məhdud siyasi hadisələrə də rəhbərlik etməmişdilər.

Ağa Səduqiyə iki böyük səhifədə məktub yazıb cari hadisələrə siyasi və dini nöqteyi-nəzərdən mülahizələrimi açıqladım. O mənə yeni bir məktub yazıb təşəkkür etdi və daha artıq məlumat istədiyini bildirdi. O zaman ona səkkiz səhifədən ibarət “İslam inqilabı və din alimlərinin düşmən təxribatlarına qarşı vəzifələri” adlı məqalə yazdım. Məqalə bülleten şəklində və müəllif adı qeyd olunmadan Məşhəd, Yəzd və digər şəhərlərdə yayıldı.

Belə yazıların müsbət və əhəmiyyətli təsirlərini görüb yazmağa davam etdim. Şirazda böyük hadisələrin baş verdiyinə görə Ayətullah Dəstğeybə və Şirazın bütün din alimlərinə müraciətlə dörd-beş səhifəlik bir məktub yazdım. Ciroftdan ağa Şəriətmədariyə də bir məktub yazdım. Ona məktub yazmağıma səbəb qəzetlərdə bəzi insanları radikal adlandırması idi.

Ağa Şəriətmədari adətən, öz açıqlamalarında həm hakimiyyəti razı salmağa çalışırdı, həm də xalqı. Əlbəttə, hakim rejimin razılığına yönəlmiş hissələr ağırlıq təşkil edirdi. Çünki rejim o açıqlamaların mənasını başa düşür, qarşılığında qətiyyətli cavab verirdi. Xalqı isə yüngül və ikibaşlı sözlərlə aldatmaq olurdu. “Radikal” sözü təhlükəli və həssas bir söz idi, dillərə düşsəydi, inqilab yolunda və İmam Xomeyni xəttində olanların hamısı radikal sayılacaqdılar. Buna görə məktub yazıb onu belə açıqlamaların nəticələrindən xəbərdar etdim. Ona yazmışdım: “Bu söz hakimiyyətə radikallıqla mübarizə adı altında inqilabçı kütlələri məhv etmək üçün əsas verə bilər. Belə bir iş baş tutsa, günahı sizin üzərinizdə qalacaq!” Məktubu imzalayandan sonra, hələ onu göndərməmiş Jalə meydanında “Qara cümə” qırğını (8 sentyabr 1978) barədə xəbərlər gəldi. Məktubun altından yazdım: “Bu, radikalların fiziki məhvinə dair əməliyyatların başlanğıcıdır!”

Mənim Cirofta gedişim Cəmşid Amuzqarın1 Baş nazir vəzifəsindən kənarlaşdırılıb Şərif İmaminin2 iş başına gəldiyi zamana təsadüf edirdi. Bu məsələ prosesin sürətləndiyini göstərirdi. Bütün ölkəni böhran bürüdü, elə vəziyyət yarandı ki, hakimiyyət nəzarəti itirdi və təzyiqlər azaldı. Bu şərait sürgün olunanlara da təsir etdi. Onların bəziləri icazə almadan Ciroftdan getdilər; bir qismi xilas oldu, bir qismi isə Tehranda həbs edildi. Digər şəhərlərdən Cirofta göndərilənlərin bəziləri də qərara tabe olmadılar. Ağa Məhəmmədcavad Höccəti Kirmani Sənəndəcə sürgün olunmuşdu, sonra dedilər ki, Cirofta getməlisən. O, Tehrana çatanda Cirofta getməklə razılaşmayıb orada qaldı və buna görə bir neçə günlük həbs olundu. Mənsə qaçdı və ya sürgündən yoruldu deməsinlər deyə Ciroftda qaldım. Bəzi qardaşlar kimi qaçdığım yerdə ələ keçmək istəmirdim. Sürgünümün başa çatdığına dair rəsmi qərar çıxana qədər gözlədim. Bilirdim ki, tezliklə bu qərar çıxarılacaq.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin