Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə108/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   104   105   106   107   108   109   110   111   ...   239

Məşhədin Xomeynisi


Nəzarətçi məni otağa salıb stulda oturtdu və dedi ki, başını qaldır. Bu söz köynəyi üzümdən götürməyə dair əmr sayılırdı. Gördüm ki, işimi araşdıran müstəntiq qarşımda dayanıb. Fiziki oxşarlığına görə onu Ənvər Sadat adlandırırdıq. Həmişəki sualları verməyə başladı, mən də cavablandırdım. Bu zaman bir kişi qapını açıb başını içəri saldı və müstəntiqə dedi: "Doktor, çayın var?" Müstəntiqlər bir-birini doktor və ya mühəndis çağırırdılar. Bu, təxminən savadsız olan o nadanların həqarət kompleksindən irəli gəlirdi. Çayı soruşmaq da iz azdırmaqdan ötrü idi: guya təsadüfən və çaydan ötrü oraya gəlibmiş.

Otağa girdi. Sonra sanki məni gördüyünə çox təəccüblənib dedi: "Bu nədir?" Bu da şah rejiminin zindanında məşhur bir sual idi. Mən müstəntiqin hansısa dustaq barədə "bu kimdir?" dediyini heç vaxt eşitmədim. Müstəntiq ona cavab verdi: "Bu, Xameneidir, Məşhəddən". Yeni gəlmiş kişi adımı eşidərək təəccüblənibmiş kimi dedi: "Doğrudan?! Bu odur?! Məşhədin Xomeynisi olmaq istəyən adam budur?!" Bu ifadə mənim işimdə dəfələrlə təkrarlanmışdı: "Məşhədin Xomeynisi olmaq istəyir!" Sonra əlavə etdi: "Doktor, bu, təhlükəli adamdır". Sonra başını yelləyib mənə dedi: "Xamenei, sən buradan salamat çıxmayacaqsan". Sonra əlavə etdi: "Mən səndən təqiyyə və tövriyə haqda soruşmaq istəyirəm". Cavab gözləmədən üzünü müstəntiqə tutub dedi: "Bunlar əsl işlərini gizlədib başqa bir iş gördüklərini göstərir və bunu təqiyyə adlandırırlar. Bəzən də zahiri mənası fərqli olan bir söz deyirlər. Bunun da adını tövriyə qoymuşlar".

Bizim təqiyyəmizə görə çox narahat idi. Haqlı idi, çünki biz hakimiyyət qarşısında təqiyyə edirdik. Təqiyyə mübarizəmiz üçün bir səngər idi, hakimiyyət o səngərdə bizimlə vuruşa bilmirdi.

Bu müddətdə başımı aşağı dikmişdim və heç nə danışmırdım. İsrarla bu iki terminin tərifini söyləməyimi istəyəndə başım aşağı halda şəraitə uyğun sadə bir cavab verdim. "Yox, belə deyil" – deyib, məni hədələməyə başladı.

O, içəri girəndən təhlükə hiss edirdim. Başa düşürdüm ki, onun tapşırığı məni incitməkdən ibarətdir. Hədələri artanda narahatçılığım da çoxalırdı. Bu halda başımı qaldırıb üzünə baxdım. Gördüm ki, yuxuda gördüyüm itdir; əməlli-başlı və bütün xüsusiyyətləri ilə.

Yuxum yadıma düşdü: itin mənə doğru qaçması, dayanmadan bərkdən hürməsi, sonra dayanması və mənə zərər yetirməməsi. Birdən qəlbimə tam rahatlıq və arxayınlıq çökdü, əmin oldum ki, mənə heç bir zərər yetirməyəcək. Elə də oldu. Dindirmə saatlarla uzandı, başqaları da gəldilər, sayları doqquza çatdı. Məni hər tərəfdən mühasirəyə aldılar, amma heç bir zərər yetirə bilmədilər. Sonralar həmin it simalı adamı tanıdım. Soyadı Kamali idi. İnqilabdan sonra qaçıb gizləndi. Bir neçə aydan sonra Evin həbsxanasına1 gedib özünü təqdim etdi və bir neçə aydır almadığı maaşını istədi. Ona xoşgəldin deyib içəri atdılar və istintaq başlandı. Məhkəməsi açıq keçirildi, televiziyadan yayımlandı. İstintaqda məndən də ifadə istədilər, amma vermədim. Çünki mənə ziyanı toxunmamışdı. Digərləri cinayətlərinə şahidlik etdilər və o, edam olundu.

Həmin gün məndən sonra digərlərini dindirməyə başladılar. O müddətdə məni döydülər, mənəvi işgəncələrə məruz qoydular və saqqalımı qırxdılar. Dindirmə uzananda və dustaq müqavimət göstərəndə müstəntiqlər onu mənəvi cəhətdən sındırmağa çalışırdılar; azı beş-altı nəfər istintaq otağına toplaşıb dustağı dövrəyə alır, ona ən ağır söyüşləri yağdırırdılar. Əsas müstəntiq bir nəfər idi, digərləri sonradan guya təsadüfən gəlmiş olurdular. Hamısı da cənab doktordan çay istəyərkən söhbətə qoşulurdular!

Onlar məni dəfələrlə dövrəyə alıblar. Onların bütün suallarına çəkinmədən cavab verirdim. Bütün cavablarda çalışırdım ki, öz əleyhimə bəhanə verməyim.

Həmin dindirmələrin birində Kuçisfahani adlı bir müstəntiq rişxənd və qürurla, eyni zamanda təhqiramiz tonda məndən soruşdu:

– Seyid!.. Səidini tanıyırsan?

– Bəli, dostum olub.

Bu, gizli bir şey deyildi, çünki hər ikimiz xorasanlı idik.

– Bilirsən ki, o, həbsxanada öldü?

– Bilirəm.

– Bilirsən ki, onu bu otaqda dindirirdilər?

Bu, yalan idi. Ancaq mən sakit qalıb bir söz demədim.

– Səidiyə dedim ki, nə bilirsənsə, söylə. Cavab verdi ki, gərək Qurana baxım, görüm yaxşı gəlir, yoxsa pis. Ona dedim ki, pis gələcək, yaxşı yox. Sözümü dinləmədi və axırı elə oldu.

Kuçisfahani bir qədər sakit qaldı, sonra yerindən qalxıb mənə yaxınlaşdı. Əlinə bir qələm götürüb təkəbbürlü müəllimlər kimi ucu ilə başıma vurmağa başladı.

– Seyid, pis gələcək, pis...

Ürəyimdə onun axmaqlığına, yalanlarına və məni qorxutmaq üçün uydurduğu nağıllara güldüm. Sözləri mənə əsla təsir etmədi.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin