Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə55/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   51   52   53   54   55   56   57   58   ...   239

Gizir Saqi


Qeyd etdim ki, gizir rütbəli beş hərbçi növbə ilə dustaqlara nəzarət edirdi. Başçıları Saqi, digər dörd nəfərin ikisi kobud, ikisi isə mehriban idi. Saqi ucaboy, enlikürək və güclü bir hərbçi idi; özünə görə şəxsiyyəti vardı, farscasında türk ləhcəsi azacıq hiss olunurdu. Özü gizir olsa da, zabitlərə əmr verirdi. Mən bunu özüm gördüm. Bir dəfə istintaq otağında bir polkovnik-leytenant məni dindirirdi. Bu zaman Saqi icazəsiz otağa girib polkovnik-leytenantla amiranə və kobud tərzdə danışmağa başladı. Bir dəfə də SAVAK-ın rəisi Pakrəvan1 zindana baxış keçirməyə gələndə onun qüdrətinə şahid oldum. Pakrəvanla birgə on zabit də gəlmişdi və onların ən aşağı rütbəlisi polkovnik-leytenant idi. Onların arasında danışan yeganə adam Saqi idi. Pakrəvan mənim kamerama gələndə bəzi suallar verdi, mən də cavablandırdım. Bu zaman Saqi gurultulu, bir qədər batıq və çox cəsarətli səsi ilə müdaxilə edib məni göstərdi və dedi: "General, bu, sakit dustaqdır".

Saqi cəsarətli və alicənab adam idi, möhkəm və vəziyyətindən razı dustaqları sevir, onlara hörmət edirdi. Əksinə, zəiflik göstərənlərə qarşı kobud davranırdı. Bir dustağın yalvardığını və ya ağladığını görəndə söyür, həbsə düşməsinə səbəb olan işinə görə danlayırdı.

Qardaşların biri sonralar bu hərbçinin alicənablığı və mərdliyi barədə mənə çox danışdı. O, deyirdi ki, azadlığa çıxandan sonra Saqi onu evinə dəvət edib və evində onunla bir çox məsələlər barədə söhbət edib.

İnqilabdan sonra siyasi zindanların bütün əməkdaşları kimi Gizir Saqi də həbs olundu. Mən onda İnqilab Şurasında idim. Şura çoxlu üzvlərin iştirakı ilə bir iclas keçirdiyi zaman Saqinin həbs xəbəri verildi. Şuranın bütün üzvləri narahat oldular. Qızıl qala zindanına oradakıların əksərinin yolu düşmüşdü, Saqini tanıyırdılar. İnqilab Şurasında razılığa gəldik ki, bir məktub yazıb ondan razılığımızı bildirək. Bu işi gördük və məktub hamı tərəfindən imzalandı.

***

Gizir Zamani barədə 72 və ya 73-cü ildə Tehranın İşrətabad qarnizonunda ağa Haşimi Rəfsəncani ilə görüşümüzə dair bir hadisə danışmaq istəyirəm.



Yoldaşımla birgə ağa Haşimini ziyarət etmək qərarına gəldik. Siyasi dustaqlarla görüş çox çətin idi. Mən zindanlara dair təcrübələrimin köməyilə bu görüşə nail ola bildim. Əvvəlcə yoldaşım qarnizona girdi, mən də zərif bir hiylə ilə onun ardınca getdim. Ağa Haşimi ilə görüşəndə onu ziyarət etmək üçün seçdiyimiz üsula görə sevinib güldü.

Ağa Haşimi ilə danışanda yaxınlığımızda bir hərbçinin mənə baxıb gülümsədiyini gördüm. Mən də ona təbəssümlə cavab verdim. Görüşümüz bitənə qədər onun üzündən təbəssüm əskik olmadı və iti baxışlarla bizi süzdü. Ağa Haşimi sonralar azadlığa çıxanda dedi: "Sənə baxıb gülümsəyən adamı tanıdın?" Dedim ki, yox. Dedi: "O, Gizir Zamani idi, böyük ehtimalla sizi tanımışdı". Bəli, məncə də tanımışdı. Mən bir ay yarım Qızıl qala zindanında qalmışdım. Üstündən on il keçdiyinə və kökəldiyinə görə mən onu tanımamışdım. O isə məni tanımışdı, amma üz vurmur, heç nə demirdi.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin