Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə28/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   24   25   26   27   28   29   30   31   ...   97

Bildirişlər


1. İnsan həqiqəti anladıqda ona tabe olmalıdır. Başqalarının məzəmməti, hədəsi və nüfuzunun təsiri altında həqiqətə göz yummaq olmaz. Bəlkə də həmin vaxt alimlər haqqı gizlətməsəydilər, hazırda bir bu qədər yəhudi və məsihi olmazdı.

2. Azğınların nəzərində hər hansı mövqeyin itirilməməsi üçün həqiqəti gizləmək ağıl nişanəsi və ağıllı hərəkətdir.


77. ﴿أَوَلاَ يَعْلَمُونَ أَنَّ اللّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

Məgər bilmirlərmi ki, Allah onların gizli və aşkar işlərindən xəbərdardır?”


Bildirişlər


1. Allahın hüzuru və elminə iman insanı xətadan uzaqlaşdırır.

2. Allah üçün aşkar və xəlvət eynidir.


78. ﴿وَمِنْهُمْ أُمِّيُّونَ لاَ يَعْلَمُونَ الْكِتَابَ إِلاَّ أَمَانِيَّ وَإِنْ هُمْ إِلاَّ يَظُنُّونَ

Onlardan (yəhudilərdən) bəziləri Allah kitabını yalnız öz xəyal və arzularından ibarət bilən, dərs oxumamış fərdlərdir. Onlar yalnız öz gümanlarına bağlıdırlar.”


Nöqtələr


◘İslam peyğəmbərinin nişanələrindən xəbərdar olan, amma haqqı gizləyən keçmiş elimli yəhudilərin əksinə olaraq, avam camaat səmavi kitabdan xəbərsiz idi və arzu-xəyal içində yaşayırdı. Onlar düşünürdülər ki, yəhudilər üstün irqdirlər, həm də Allahın övladları və əzizləridirlər. Onlar heç vəchlə cəhənnəmə gedə bilməz, olsa-olsa bir neçə gün cəzalandırıla bilərlər. (Növbəti ayələrdə uyğun arzular haqqında danışılmışdır.1

Bildirişlər


1. İnsan öz cəmiyyətini tanımalı, xalqa hakim kəsilən düşüncə və əqidə ilə tanış olmalıdır.

2. Kitab və müəllim olduğu halda savadsız qalmaq nöqsandır. Haqq kitaba çatmaq üçün hamı çalışmalıdır və tənqid hədəfinə çevrilməməlidir.

3. Savadsızlıq və qəflət puç arzu-xəyallara rəvac verir.

4. İnsanın istək və intizarı xəyala yox, elmə əsaslanmalıdır.


79. ﴿فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـذَا مِنْ عِندِ اللّهِ لِيَشْتَرُواْ بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُمْ مِّمَّا يَكْسِبُونَ

Vay olsun o kəslər ki, öz əlləri ilə bəzi mətləbləri yazıb sonra deyərlər: “Bu, Allah tərəfindəndir!” Bununla azca pul əldə etmək istəyərlər. Vay onların halına öz əlləri ilə yazdıqlarından dolayı! Vay onların halına bu yolla ələ gətirdiklərindən dolayı!”


Nöqtələr


◘Bu “vəylun” (vay olsun) sözünün üç dəfə işləndiyi yeganə ayədir. Bu ayədə dünyapərəst alimlərin təhlükəsi bəyan olunur.

Bildirişlər


1. Din çıxarmaq bəşər tarixinin təhlükəli cərəyanlarındandır.

2. Bidət, din çıxarmaq, din satmaq, xalqı çaşdırmaq günahkar alimlər tərəfindən cəmiyyəti hədələyən təhlükələrdir.

3. Zəhərli, təhrifçi və bidətçi qələmlərə, kitablara və məqalələrə nəzarət edin. Hər alimə etimad göstərməyin.

4. Xalq fitri olaraq dinə bağlıdır. Ona görə də fırıldaqçılar öz sözlərini din və məzhəb pərdəsi altında xalqa qəbul etdirirlər.

5. Bidət və iftira səbəblərindən biri dünyanı əldə etmək arzusudur.

6. Ən pis qazanc dini satmaqla əldə olunan qazancdır.

7. Əzabların ən ağırı xalqın düşüncə və etiqadına xəyanət edənlərin payına düşür.

8. Bidət nəticəsində tarixdə baş verən istənilən bir azğınlığın günahı bidətçinin boynunadır.


80. ﴿وَقَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّاماً مَّعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِندَ اللّهِ عَهْدًا فَلَن يُخْلِفَ اللّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ

(Yəhudilər) dedilər: “Cəhənnəm odu yalnız bir neçə məhdud gün bizə çata bilər.” De ki, yoxsa Allahdan bir əhd almısınız? Əlbəttə, Allah heç vaxt öz əhdinə xilaf çıxmır. Ya da Allaha bir şeyi aid edirsiniz ki, ondan xəbəriniz yoxdur?”


Nöqtələr


◘Yəhudilərin əqidə çaşqınlıqlarından biri də bu idi ki, deyirdilər: “Hətta biz günahkar da olsaq, cəzamız başqalarından azdır. Bir neçə gündən artıq əzab çəkməyəcəyik! Çünki biz başqalarından üstünük... Allah bu ayədə uyğun təfəkkür tərziniz üzərindən qara xətt çəkir.”

Bildirişlər


1. İmtiyaz tələbi yəhudilərin xüsusiyyətlərindəndir.

2. Yersiz düşüncə və danışıqları cavabsız buraxmayın.

3. Üstünlük tələbi, irqpərəstlik, əməlsiz arzu qadağandır.

4. Qanun qarşısında hamı bərabərdir. Allah xüsusi bir qövmün nicatı üçün vəd verməmişdir.

5. Din maarifindən xəbərsizlik nəticəsində, insan xurafatları dinə aid edir.
81. ﴿بَلَى مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيـئَتُهُ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

Bəli, hər kəs pislik qazansa və günahı onu əhatə etsə, onlar od əhlidirlər və həmişə orada qalacaqlar.”



Öz ilahi cəzalarını başqalarının ilahi cəzalarından fərqli bilən bəni-İsrail haqqında ayədə belə buyurulur: “Hamınız qanun qarşısında bərabərsiniz. Əgər günah əsərləri insanı əhatə edib ona tövbə fürsəti verməsə, həmişəlik cəhənnəmdə qalacaq.”

Nöqtələr


Bəni-İsrailin gümanının əksinə olaraq, onlar da öz əməlləri qarşısında ilahi cəzaya çatacaqlar. Bu ayədə buyurulur ki, hamı qanun qarşısında bərabərdir. Günahın təsiri insanı elə əhatə edə bilər ki, tövbə edib qayıtmağa fürsət olmaya və əbədi olaraq cəhənnəmdə qalmağa layiq görülə.

Bildirişlər


1. Xəyallar və mövhumatlarla qəti və ciddi rəftar edin.

2. Mükafat və cəza arzudan yox, əməldən asılıdır.

3. Agahlıqla, bilərəkdən, azad şəkildə yol verilən günahların cəzası var. Cəhalətdən və ya məcburi olaraq yol verilən günahlar belə deyil.

4. Günahkar qazanc götürmək fikri ilə günah edir.

5. Hər bir günahın insanı qərq edə biləcək təsir və nəticələri var.

6. İnsan fitrətən pakdır. Amma üz tutmuş günah və xətalar onun varlığını əhatə edib cövhərini dəyişdirir.

7. Günahkarlıq xarakteri əbədi cəhənnəm odunun səbəbidir.
82. ﴿وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُولَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ

İman gətirib saleh işlər görənlər behişt əhlidirlər və orada əbədi qalacaqlar.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin