Bildirişlər
1. Başqasının günahına razı olan şəxs həmin günaha şərikdir. Musa dövründə qətlə razı olan yəhudilər qətldə ittiham olunmuşdular.
2. Bəzən insan kimlərisə özündən uzaqlaşdırmaq üçün onları günahda ittiham edir. Belələri anlamırlar ki, Allah ölüyə toxundurmaqla məsələni aşkarlayıb günahkarı ifşa edir.
73. ﴿فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا كَذَلِكَ يُحْيِي اللّهُ الْمَوْتَى وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ﴾
“Belə ki, dedik: “Zibh olmuş inəyin bir parçasını qətlə yetirilənə vurun.” Allah ölüləri bu sayaq dirildər və öz ayələrini sizə göstərər ki, bəlkə düşünəsiniz.”
Bildirişlər
1. Xalqın inam və etiqadını qazanın. Həzrət Musa inəyin ətindən bir parçanı ölüyə toxundurmağı xalqın öhdəsinə buraxıb buyurdu: “Özünüz bu işi görün.”
2. Bu ayə Allahın ölüləri diriltmə qüdrətinin nümunəsidir.
3. İlahi qüdrət nişanələrinin müşahidəsi bir anlıq təəccüb yox, daimi düşüncə üçündür.
4. İnsanın ruhu və düşüncəsi bulaşdıqda ilahi ayələrin müşahidəsi də onun yatmış düşüncəsini oyada bilmir.
74. ﴿ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الأَنْهَارُ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاء وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللّهِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾
“Bu hadisədən sonra sizin qəlbləriniz bərkidi. Daş kimi, ya daha bərk! Necə ki, bəzi daşlar yarılıb nəhrlər çıxır, bəzilərinin çatı götürülür və su ondan sızır və bəzi daşlar da Allah qorxusundan aşağı düşür. (Amma sizin qəlbləriniz təsirlənmir.) Allah sizin əməllərinizdən qəflətdə deyil.”
Nöqtələr
◘Əvvəlki ayələrdə Allahın bəni-İsrailə bir çox lütfləri, o cümlədən, fironun şərindən qurtuluşları, dəryanın parçalanması, onların buzovpərəstlikdən tövbələrinin qəbulu, ən üstün nemətlərin nazil olması, buludların kölgə salması, məsum şəxsin rəhbərliyi xatırlandı. Axırda bir qətl macərası, qatilin ecazkar bir üsulla müəyyən edilməsi haqqında danışıldı. Allah bu ayədə buyurur: “Sizin bütün bu nişanələrə diqqətsizliyiniz səbəbindən qəlblərinizi qəsavət (bərklik) bürüdü və daşqəlbli oldunuz. Hətta qəlbləriniz daşdan da bərk oldu.
◘Daşlar üçün müxtəlif mərhələlər vardır:
a) Onlar xırdalanır və kökslərindən nəhrlər care olub insanları sirab edir. ;
b) Onlar partlamır, amma ən azı özlərini və ətraflarını nəmləndirirlər. ;
v) Allah qorxusundan sükut və səcdə edirlər.
Bildirişlər
1. Qəsavət və daşqəlblilik ardıcıl inadkarlıq nəticəsində yaranmış ən pis ruhi xəstəlikdir.
2. İlahi ayələrin və lütflərin müşahidəsi nəinki inadkar insanların imanını gücləndirmir, hətta onların qəlbini bir az da daşlaşdırır.
3. Nəslimiz üçün xəcalət olası bir iş görməyək. Əcdadlar daşqəlbli idilər. Amma Allah onların nəslinə belə deyir:
4. Elm öz-özlüyündə, təklikdə nuraniyyət gətirmir. Haqında danışılan qövm bütün möcüzələri görsələr də, yenə qəlbləri yumşalmadı.
5. Qəsavətin, qəlbin bərkliyinin də mərhələləri var.
6. Ən sadə təşbehlə ən dərin maarifi bəyan etmək olar.
7. Tənqid əsaslı olmalıdır. Quran buyurur ki, bəzi qəlblər daşdan da bərkdir. Suyun daş kənarından axması dəlil kimi göstərilir.
8. Cansız aləmin də hansısa səviyyədə şüuru var. Çünki onların qorxusu haqqında danışılır. Çünki qorxu yalnız elmdən doğur. “Fatir” surəsinin iyirmi səkkizinci ayəsində buyurulur: “Allahdan yalnız elmi olanlar qorxar.” Mövləvi öz şerində bu məsələni belə nəzmə çəkmişdir:
Zərrələr söz açır gizli və aşkar,
Gecə-gündüz sənlə danışır onlar.
Deyirlər: eşidib, görüb, duyuruq,
Sizinlə söhbəti yersiz sayırıq.
Var suyun, torpağın, çiçəyin dili,
Bunu eşidəsi bəsirət əhli.
9. Qəsavətin dərmanı ilahi elmə diqqətdir.
10. Qəlbidaşlıq bizim rəftarımıza təsirlidir.
11. Allah bizim bütün işlərimizdən xəbərdardır.
75. ﴿أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُواْ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ﴾
“(Belə ki, ey möminlər!) (İnadkar yəhudilərin) sizin dininizə iman gətirməsi intizarındasınızmı? Hansı ki, onlardan bir dəstəsi Allahın sözlərini eşitdilər, onu anladıqdan sonra bilə-bilə təhrif etdilər.”
Bildirişlər
1. Xalqın iman gətirməsi intizarında olmaq yaxşıdır. Amma hamı belə bir tövfiq əldə edə bilmir. Siz də belə bir intizarda olmayın.
2. İnadkar və azğın alimlərin varlığı cəmiyyətin islahına olan ümidi aradan qaldırır.
3. Tənqid edərkən insafı gözləyin. Bütün yəhudilər təhrif əhli olmayıb.
4. Avam günahkarın islah olmasına ümid var. Amma yolunu azmış inadkar alimin islahına ümid yoxdur.
5. Haqqı tanımaq onu qəbul etmək deyil. Haqqı tanıdıqları halda onu qəbul etməyənlər də var.
6. Ustalıq və agahlıqla həyata keçirilmiş təhriflər daha təhlükəlidir.
7. Bixəbər cahil yox, müqəssir (işin mahiyyətindən xəbərdar) cahil hədələnməlidir.
8. Təhrif alimlərin günahıdır.
76. ﴿وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا وَإِذَا خَلاَ بَعْضُهُمْ إِلَىَ بَعْضٍ قَالُواْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ اللّهُ عَلَيْكُمْ لِيُحَآجُّوكُم بِهِ عِندَ رَبِّكُمْ أَفَلاَ تَعْقِلُونَ﴾
“(Həmin yəhudilər) möminlərlə rastlaşdıqları vaxt deyirlər: “İman gətirdik.” Amma onlardan bəziləri o biriləri ilə xəlvətə çəkildikdə belə deyirlər: “Nə üçün Allahın sizə açdığını (müsəlmanlara) xəbər verirsiniz ki, (qiyamət günü) Rəbbinizin hüzurunda sizin ziddinizə bununla dəlil gətirsinlər? Məgər düşünmürsünüz?”
Nöqtələr
◘Yəhudilərdən bəziləri müsəlmanları gördükdə onlara deyirdilər: “Məhəmmədin xüsusiyyətləri və nişanələri Tövratda olduğu üçün biz də ona iman gətirmişik... Amma bir başqaları onlarla görüşdükdə məzəmmət edirdilər ki, nə üçün Məhəmmədin Tövratdakı nişanələrini müsəlmanlara danışıblar? Onların fikrincə, Tövratda olanları müsəlmanlara deməklə qiyamətdə özlərinə qarşı dəlil vermiş olurlar.
Dostları ilə paylaş: |